Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 35.4-cü, “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 22.1-ci, “Kredit ittifaqları haqqında” Qanununun 15-1.1-ci və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununun 22.0.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
1. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 08 oktyabr tarixli 1851100011 nömrəli Qərarı ləğv edilsin.
3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.1-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) Mərkəzləşdirilmiş Kredit Reyestrinə (bundan sonra – MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.
1.3. MKR-in məqsədi maliyyə sabitliyinin qorunması məqsədilə Mərkəzi Bank tərəfindən effektiv nəzarət mexanizminin qurulması üçün borc öhdəlikləri ilə bağlı data əsaslı məlumat bazasının mövcudluğunun təmin edilməsidir.
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1 kredit – hesabat tarixinə istənilən valyutada borc verilmiş pul vəsaiti, açılmış kredit xətləri, verilmiş qarantiya və zaminliklər, faktorinq və lizinq əməliyyatları, habelə balansdan silinmiş kreditlər;
2.1.2. məlumat təchizatçısı – MKR-ə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatı;
2.1.3. kreditin eyniləşdirmə nömrəsi – kredit təşkilatı tərəfindən kreditə verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;
2.1.4. birgə borcalanlar qrupunun eyniləşdirmə nömrəsi – kredit təşkilatı tərəfindən birgə borcalanlar qrupuna verilən və məlumat təchizatçısının daxilində təkrar olunmayan unikal kod;
2.1.5. birgə borcalanlar qrupu – müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış etdiyi şəxslər;
2.1.5-1. bir-biri ilə əlaqədar borcalanlar qrupu – Mərkəzi Bankın İdarə Heyətinin 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nın 3.1-ci bəndinə əsasən müəyyən edilmiş şəxslər;
2.1.5-2. bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyniləşdirmə nömrəsi – prudensial hesabatlıq məqsədilə məlumat təchizatçısının daxilində təkrar olunmayan və bir-biri ilə əlaqədar borcalanlar qrupuna verilən unikal kod;
2.1.5-3. ödəmə qabiliyyəti (DSCR) əmsalı – hüquqi şəxsin və ya fərdi sahibkarın qanunla nəzərdə tutulmuş vergilər və digər məcburi ödənişlər ödənilənədək olan gəlirinin illik borc yükünə nisbəti əmsalı;
2.1.6. fərdi sahibkar – hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs.
3.1. Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir.
3.2. Yeni kreditlər haqqında məlumatlar MKR-ə kreditin verildiyi tarixdən növbəti iş günü ərzində təqdim edilir.
3.3. Kreditlər üzrə ay ərzində hər hansı ödəniş olduğu təqdirdə bu barədə məlumat növbəti iş günü ərzində, borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda) istisna olmaqla digər məlumatlar kredit təşkilatları tərəfindən hər təqvim ayının sonuncu gününə olan vəziyyətə növbəti ayın ilk 4 (dörd) iş günü ərzində təqdim edilir. Borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda) kredit təşkilatları tərəfindən təqvim ili ərzində azı bir dəfə təqdim edilir.
3.4. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir.
3.6. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.
3.7. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir.
3.8. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir.
3.9. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların vaxtında, tam və düzgün təqdim edilməsini təmin etməlidirlər.
3.10. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının özləri tərəfindən, habelə məlumat təchizatçısının yazılı, o cümlədən MKR vasitəsilə elektron formada müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
3.11. Bir kredit üzrə bir neçə şəxs birgə borclu qismində çıxış etdikdə həmin şəxslərin kredit üzrə birgə borclu olduğu qeyd edilməklə həmin kredit məbləği hər borclu üzrə tam həcmdə qeyd olunur.
1. Kredit təşkilatı barədə:
1.2. lisenziyasının nömrəsi (ləğvetmə prosesində olan hallar istisna olmaqla).
2. Kredit təşkilatının MKR-ə məlumatların daxil edilməsi üzrə məsul əməkdaşı və hesabat tarixi barədə:
2.1.1. əməkdaşın adı, soyadı, atasının adı və vəzifəsi;
2.1.2. əməkdaşın şəxsiyyətini təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN)-i (olduqda), şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi, doğum tarixi;
3. Borcalan barədə ümumi məlumatlar:
3.1. bankdaxili unikal identifikasiya nömrəsi (CİF kod);
3.2. 5 rəqəmli balans hesabı nömrəsi;
3.3. kredit təşkilatına aidiyyəti olan şəxsdirsə, adı, şəxsiyyətini təsdiq edən sənədin FİN-i (olduqda), şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi, doğum tarixi, VÖEN-i (olduqda) və Mərkəzi Bankın İdarə Heyətinin 2024-cü il 31 yanvar tarixli 06/6 tarixli Qərarı ilə təsdiq edilmiş “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”na, bank olmayan kredit təşkilatlarına münasibətdə isə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən borcalanın kredit təşkilatına aidiyyəti şəxs olması meyarı;
3.4. birgə borcalanlar qrupu barədə:
3.4.2. eyniləşdirmə nömrəsi;
3.5. bir-biri ilə əlaqədar borcalanlar qrupu barədə (banklar üçün):
3.5.1. borcalanın daxil olduğu bir-biri ilə əlaqədar borcalan qrupunun eyniləşdirmə nömrəsi;
3.5.2. bir-biri ilə əlaqədar borcalanlar qrupuna daxil olan şəxslərin müflis elan olunub-olunmaması barədə qeyd;
3.6. birgə borclu olub-olmaması barədə qeyd.
4.1. eyniləşdirmə nömrəsi;
4.2.4. qarantiya və ya zaminlik;
4.2.5. overdraft xətləri;
4.3. ümumi sektor təyinatı:
4.3.1. fiziki şəxslərə istehlak kreditləri;
4.3.2. fiziki şəxslərə ipoteka kreditləri;
4.3.3. ticarət və xidmət sektoru;
4.3.4. energetika, kimya və təbii ehtiyatlar sektoru;
4.3.5. kənd təsərrüfatı və emal sektoru;
4.3.6. inşaat və əmlak sektoru;
4.3.7. sənaye və istehsal sektoru;
4.3.8. nəqliyyat və rabitə sektoru;
4.3.9. neft-qaz sektoru;
4.4. vergi orqanı tərəfindən müəyyən edilmiş fəaliyyət kodu üzrə borcalanın fəaliyyət növü;
4.5.1. tam ödənilmiş;
4.5.3. balansdan silinmiş;
4.5.5. tələb hüququ üçüncü şəxsə ötürülmüşdür;
4.5.6. borcalan tərəfindən kreditdən imtina edilmişdir;
4.6. kreditin təminata olan nisbəti (KTN əmsalı) (təminat mövcuddursa);
4.8. açılmış kredit xətləri üzrə limitlərin tam məbləği;
4.9. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən kredit xətləri üzrə limitlərin tam məbləği;
4.10. açılmış kredit xətləri üzrə limitlərin istifadə edilmiş məbləği;
4.11. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən kredit xətləri üzrə limitlərin istifadə edilmiş məbləği;
4.12. hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği;
4.13. hesabat tarixinə kreditin müqavilə üzrə cəmi faiz məbləği;
4.14. hesabat tarixinə hesablanmış gecikməmiş faiz məbləği;
4.15. hesabat tarixinə hesablanmış gecikmiş faiz məbləği;
4.16. hesabat tarixinə hesablanmış digər ödənişlərin məbləği;
4.17. ödənilmiş əsas məbləğ;
4.18. ödənilmiş faiz və (və ya) digər ödənişlərin məbləği;
4.19. kreditin verildiyi (hüquqi şəxsin hüquqi ünvanı, istehlakçının qeydiyyatda olduğu) region (şəhər/rayon);
4.21. verilmə tarixi;
4.22. ilkin müqavilədə göstərilmiş ödəniş tarixi;
4.23. vaxtının uzadılması, yenidən rəsmiləşdirilmə, restrukturizasiya və başqa dəyişikliklərlə bağlı müqavilə üzrə son ödəniş tarixi;
4.24. müddət (aylarla);
4.25. müqavilədə nəzərdə tutulan dövrilik üzrə ödənilməli məbləğ (əsas borc, faiz və (və ya) digər ödənişlər);
4.26. illik faiz dərəcəsi;
4.27. faktiki illik faiz dərəcəsi;
4.28. faiz dərəcəsinin növü:
4.29. hesabat tarixinə sonuncu ödənişin tarixi;
4.30. kreditin təminatının balansa götürülməsi hesabına kreditin ödənilmiş məbləği (təminatlı olduqda);
4.31. kredit təşkilatı tərəfindən bağışlanılmış məbləğ;
4.32. təminata tutma yönəltmə hesabına ödənilmiş məbləğ;
4.33. borcalan üzrə ümidsiz aktivin balansdan silinmiş qalıq məbləği;
4.34. əsas borc üzrə vaxtı keçmiş hissə;
4.35. kreditin təyinatı:
4.35.1. dövriyyə vəsatinin alınması və cari xərclər;
4.35.2. daşınmaz əmlakın alınması, tikintisi və yenidənqurma işləri ilə bağlı xərclər;
4.35.3. avadanlıq alınması ilə bağlı xərclər;
4.35.4. kapital xərcləri;
4.36. maliyyələşdirmə mənbəyi:
4.36.1. bankın vəsaiti hesabına;
4.36.2. ixtisaslaşmış dövlət qurumlarının vəsaiti hesabına:
4.36.2.1. Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaiti hesabına verilmiş kreditlər;
4.36.2.2. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş kreditlər;
4.36.2.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına verilmiş kreditlər;
4.36.2.4. digər ixtisaslaşmış dövlət qurumlarının vəsaiti hesabına verilmiş kreditlər;
4.36.3. xarici təşkilatlardan cəlb edilmiş vəsaitlər hesabına;
4.37. kreditin ödənilməsini təmin etmək üçün əlavə mənbələrdən vəsaitlərin cəlb edilməsinə (məsələn, əmlakın satışı, borcalan tərəfindən əlavə vəsaitlərin cəlb olunması) və ya kredit üzrə əlavə təminatın təqdim edilməsinə zərurət yaranıbmı?;
4.38. kredit dosyesində kreditin qiymətləndirilməsi ilə bağlı sənədlər mövcuddurmu?;
4.39. kreditin verildiyi filial barədə:
4.39.1. filialın adı;
4.39.2. filialın kodu;
4.40. kredit üzrə mübahisə:
4.40.1. məhkəmə icraatındadır;
4.40.2. məhkəmə qərarı mövcuddur;
4.40.3. mediasiya prosesində baxılmaqdadır;
4.40.4. mediasiya vasitəsilə barışıq sazişi bağlanılmışdır;
4.40.5. icra qeydi əsasında tələb yönəldilməsi üçün müraciət edilmişdir;
4.41. müqavilə şərtlərinə əsasən əsas borcun və faiz və (və ya) digər ödənişlərin ödənilməsi dövriliyi (günlərlə ifadə edilməklə):
4.41.1. əsas borc üzrə dövrilik (müddətin sonunda olduğu təqdirdə qeyd olunsun);
4.41.2. faiz və (və ya) digər ödənişlər üzrə dövrilik (müddətin sonunda olduğu təqdirdə qeyd olunsun);
4.42. əsas borc üzrə sonuncu ödəniş məbləği;
4.43. faiz və (və ya) digər ödənişlər üzrə sonuncu ödəniş məbləği;
4.44. əsas borc üzrə müqavilə ilə müəyyən edilmiş güzəşt müddəti (kreditin verilmə tarixindən günlərlə ifadə edilməklə);
4.45. kreditin verilməsi prosesində davranış modellərindən istifadə edilməsi barədə qeyd (bəli, xeyr);
4.46. kredit üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunub-olunmaması barədə:
4.46.1. sığortaçının adı və VÖEN-i (sığorta müqaviləsi bağlandıqda);
4.46.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət (sığorta müqaviləsi bağlandıqda);
4.46.3. sığorta müqaviləsi bağlanmamışdır.
5.1. təminatın üsulu:
5.1.1. girov (ipoteka):
5.1.1.1.1. daşınmaz əmlak;
5.1.1.1.2. daşınar əmlak;
5.1.1.1.3. hesabda olan vəsait;
5.1.1.2. predmeti və təsviri;
5.1.1.3. dəyəri (manatla);
5.1.1.4. təminatın qiymətləndirilən bazar qiyməti;
5.1.1.5. təminat üzrə yüklülüyü qeydiyyata almış dövlət orqanının (qurumunun) adı və qeydiyyat tarixi;
5.1.1.6. girov qoyulmuş əmlakın qeydiyyat şəhadətnaməsinin nömrəsi (olduqda);
5.1.1.7. təminatın qiymətləndirilməsi ilə bağlı məlumatlar:
5.1.1.7.1. təminatın bank tərəfindən son qiymətləndirmə tarixi;
5.1.1.7.2. təminatın müstəqil qiymətləndirici tərəfindən son qiymətləndirmə tarixi (olduqda);
5.1.1.7.3. müstəqil qiymətləndiricinin eyniləşdirmə məlumatları (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı);
5.1.1.8. təminatın sığortalanması ilə bağlı məlumatlar:
5.1.1.8.1. sığortaçının adı və VÖEN-i (sığorta müqaviləsi bağlandıqda);
5.1.1.8.2. sığorta müqaviləsinin qüvvədə olduğu müddət (sığorta müqaviləsi bağlandıqda);
5.1.1.8.3. sığorta müqaviləsi bağlanmamışdır;
5.1.2.1. zamin fiziki şəxs barədə:
5.1.2.1.1. adı, soyadı, atasının adı;
5.1.2.1.2. şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi;
5.1.2.1.3. FİN-i (olduqda);
5.1.2.1.4. doğulduğu yer və tarix;
5.1.2.1.5. VÖEN-i (olduqda);
5.1.2.2. zamin hüquqi şəxs barədə:
5.2. Mərkəzi Bankın İdarə Heyətinin 22 iyul 2022-ci il tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na əsasən təminatın qrupu.
6.1. kredit üzrə zəmanət və ya subsidiya verən qurumun adı;
6.2. kreditin təyinatı üzrə istifadə olunmasını təsdiq edən sənədlər təqdim edilib? (biznes kreditidirsə);
6.3. Mərkəzi Bankın İdarə Heyətinin 24 oktyabr 2022-ci il tarixli 46/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası”na uyğun olaraq layihə maliyyələşdirilməsi krediti olması barədə məlumat;
6.4. borcalanın hedcləşdirilməsi barədə məlumat (kredit xarici valyutada verilibsə);
6.5. Mərkəzi Bankın İdarə Heyətinin 24 aprel 2020-ci il tarixli 16/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na əsasən kreditin risk qrupu (kreditin iki fərqli risk qrupu olduqda, yuxarı risk qrupu qeyd edilir);
6.6. risk üzrə ölçülmüş aktivin məbləği;
6.7. kreditin yenidən maliyyələşməsi barədə (restrukturizasiya istisna olmaqla):
6.7.1. borcalanın maliyyə problemləri ilə bağlı olmayan səbəblərdən kredit müqaviləsində edilən dəyişikliklər;
6.7.2. rəqabət nəticəsində bank tərəfindən kreditin faiz dərəcəsinin azalması;
6.7.3. dövriyyə kapitalının mütəmadi yenidən maliyyələşməsi;
6.7.4. yeni layihənin maliyyələşməsi üçün yenidən maliyyələşmə;
6.8. restrukturizasiya edilməsi barədə:
6.8.1. ümumi restrukturizasiya sayı;
6.8.2. Mərkəzi Bankın İdarə Heyətinin 22 iyul 2022-ci il tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın qüvvəyə mindiyi tarixdən etibarən restrukturizasiya sayı;
6.8.3. sonuncu restrukturizasiya olunduğu tarixdə əsas borcun qalıq məbləği;
6.8.4. sonuncu restrukturizasiya olunduğu tarixdə faiz və (və ya) digər ödənişlər üzrə borc;
6.8.5. sonuncu restrukturizasiya olunduğu tarixdə kreditin Mərkəzi Bankın İdarə Heyətinin 22 iyul 2022-ci il tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na əsasən təsnifat kateqoriyası;
6.8.6. sonuncu restrukturizasiya olunduğu tarixdə kreditin gecikmə günü;
6.8.7. restrukturizasiya olunmuş kreditin son 12 ay ərzində gecikmə günlərinin cəmi;
6.9. biznes planda müəyyən edilmiş işlərin görülməsi qrafikində əhəmiyyətli gecikmələr varmı? (bəli, xeyr);
6.10. borcalanın (qrupun) qeyri-standart aktivlərinin cəmi onun (onların) ümumi öhdəliklərinin 20%-dən çoxunu təşkil edirmi?;
6.11. müqavilə üzrə akseptsiz silinmə mümkündürmü?;
6.12.1. əsas borcun ehtiyat dərəcəsi;
6.12.2. əsas borcun ehtiyat məbləği;
6.12.3. faiz borcunun ehtiyat dərəcəsi;
6.12.4. faiz borcunun ehtiyat məbləği;
6.13. 9 №-li “Maliyyə alətləri” adlı Maliyyə Hesabatının Beynəlxalq Standartına uyğun olaraq başa çatmış maliyyə ili üzrə kreditin bu standart əsasında müəyyən edilmiş aşağıdakı məlumatları:
6.13.1. kreditin təsnifatı üzrə səviyyə;
6.13.2. kreditin ehtiyat məbləği;
6.13.3. ödəmə qabiliyyəti əmsalı (DSCR);
6.14. Mərkəzi Bankın İdarə Heyətinin 22 iyul 2022-ci il tarixli 29/1-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na əsasən kreditin təsnifat kateqoriyası;
6.15. kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı;
6.16. faizlərin və (və ya) digər ödənişlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı;
6.17. borcalanın reytinqi barədə:
6.17.1. bankdaxili risk reytinqi;
6.17.2. kənar təşkilat tərəfindən verilmiş reytinq;
6.17.3. reytinq təşkilatının adı (kənar təşkilat tərəfindən verilmiş reytinqi olduqda);
6.18. təsərrüfat subyekti olan borcalanın hüquqi statusu (dövlət orqanı (qurumu), dövlət müəssisəsi (təşkilatı), sahibkarlıq subyekti və s.) barədə məlumat;
6.19. kreditin portfel üzrə bölgüsü:
6.19.2. daşınmaz əmlakla bağlı;
7. Borcalan fiziki şəxs barədə:
7.1. ümumi məlumatlar:
7.1.1. adı, soyadı, atasının adı;
7.1.2. şəxsiyyətini təsdiq edən sənədin növü və nömrəsi;
7.1.3. doğulduğu yer və tarix;
7.1.4. FİN-i (olduqda);
7.1.5. fiziki şəxsin vəfat etməsi və ya itkin düşməsi, habelə ölmüş, fəaliyyət qabiliyyətsiz və ya məhdud fəaliyyət qabiliyyətli elan olunub-olunmaması statusu (bəli, xeyr);
7.1.6. VÖEN-i (olduqda);
7.1.7. fərdi sahibkarın vəfat etməsi və ya itkin düşməsi, habelə ölmüş, fəaliyyət qabiliyyətsiz və ya məhdud fəaliyyət qabiliyyətli elan olunub-olunmaması statusu (bəli, xeyr);
7.1.8. fərdi sahibkarın müflis elan olunub-olunmaması barədə (bəli, xeyr);
7.2. borcalanın gəliri barədə:
7.2.1. xalis gəliri (manat və ya xarici valyutada);
7.2.2. borcun gəlirlərə nisbəti (BGN əmsalı) (istehlak kreditidirsə);
7.2.3. bu kredit üzrə BGN əmsalı 45%-dən artıq olduqda son 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı;
7.3. borcalanın məşğulluğu barədə:
7.3.1. iş yerinin adı (olduqda);
7.3.2. iş yerinin VÖEN-i (olduqda);
7.3.4. fərdi sahibkar olması barədə qeyd;
7.4. borcalanın bankda aktiv əmək haqqı, pensiya və ya sosial xarakterli ödənişlər üçün kartının mövcudluğu barədə məlumat:
7.4.1. əmək haqqı kartı;
7.4.2. pensiya kartı;
7.4.3. sosial xarakterli ödənişlər (müavinət və digər sosial ödənişlər) üçün kart;
7.5. istehlak kreditləri üzrə borcalanların fəaliyyət sahəsi üzrə bölgüsü:
7.5.1.1. dövlət orqanlarında (qurumlarında) və ya özəl sektorda:
7.5.1.1.1. mədən çıxarma sənayesi;
7.5.1.1.2. emal sənayesi;
7.5.1.1.3. sənayenin digər sahələri;
7.5.1.1.4. kənd təsərrüfatı;
7.5.1.1.6. nəqliyyat;
7.5.1.1.7. informasiya və rabitə;
7.5.1.1.11. incəsənət;
7.5.4. xarici iqtisadi fəaliyyəti olduqda:
8. Borcalan hüquqi şəxs barədə:
8.1. ümumi məlumatlar:
8.1.3. icra orqanının rəhbərinin adı;
8.1.4. mühüm iştirak pay (nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizi) sahibləri barədə (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin FİN-i (olduqda), şəxsiyyəti təsdiq edən sənədin növü və nömrəsi, doğum tarixi); hüquqi şəxs olduqda - hüquqi şəxsin tam adı və VÖEN-i);
8.2. sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü (biznes kreditidirsə):
8.2.1. mikro sahibkar;
8.2.2. kiçik sahibkar;
8.2.3. orta sahibkar;
8.3. borcalanın zərərlə fəaliyyət göstərməsi bir ildən artıq davam edib (biznes və ya strateji planında borcalanın müəyyən vaxt ərzində zərərlə fəaliyyət göstərməsi nəzərdə tutulan hallar istisna olmaqla)?;
8.4. xarici iqtisadi fəaliyyəti olduqda:
8.5. borcalanın maliyyə vəziyyətini əks etdirən hesabatlarla bağlı məlumatlar (olduqda):
8.5.1. hesabatın tarixi;
8.5.2.1. maliyyə hesabatı (olduqda, auditor rəyi ilə birlikdə kənar auditor yoxlamasından keçmiş maliyyə hesabatları);
8.5.2.2. vergi orqanlarına təqdim etdiyi hesabatlar;
8.5.4. faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət;
8.5.5. faiz və vergidən əvvəlki mənfəət;
8.5.6. faiz xərcləri yaradan öhdəliklər üzrə faiz xərcləri;
8.5.7. xalis mənfəət;
8.5.8. cəmi aktivlər;
8.5.9. xarici valyutada aktivlər;
8.5.10. xarici valyutada öhdəliklər;
8.5.11. faiz xərcləri yaradan öhdəliklər;
8.5.12. cəmi öhdəliklər;
8.5.13. xarici valyutada faiz xərcləri yaradan öhdəliklər;
8.5.14. cəmi kapital;
8.5.15. müflis elan olunub-olunmaması barədə (bəli, xeyr).
29 iyul 2025-ci il tarixli 28/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202507290281, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 avqust 2025-ci il) (Bu Qərar dərc edildiyi gündən banklara münasibətdə 6 (altı) ay sonra, bank olmayan kredit təşkilatlarına və kredit ittifaqlarına münasibətdə 9 (doqquz) ay sonra qüvvəyə minir.)