“Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 3.1.3-cü, 3.1.4-cü və 3.1.5-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Lisenziyalar və icazələr” portalına inteqrasiya edilməli olan informasiya sistemlərinin siyahısı və həmin informasiya sistemlərinin portala inteqrasiyası üçün son müddətlər” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “İnformasiya sistemlərinin “Lisenziyalar və icazələr” portalına inteqrasiyası üçün texniki tələblər” təsdiq edilsin (3 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 29 dekabr 2017-ci il
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Azərbaycan Respublikasının Energetika Nazirliyi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti
Azərbaycan Respublikasının Auditorlar Palatası
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi
Bakı Nəqliyyat Agentliyi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
Rayon (şəhər) icra hakimiyyətləri
Dənizkənarı Bulvar İdarəsi
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
- fərdi sahibkarın soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi
- hüquqi şəxsin ünvanı
- fərdi sahibkarın yaşadığı ünvan
- hüquqi şəxsin tipi (kommersiya və ya qeyri-kommersiya)
- hüquqi şəxsin və ya fərdi sahibkarın VÖEN-i
- VÖEN-in verilmə tarixi
- vergi ödəyicisinin statusu (aktiv, dayandırılmış, bağlı)
- vergi ödəyicisinin fəaliyyətinin dayandırılma tarixi
- vergi ödəyicisinin fəaliyyət növü (növləri)
- hüquqi şəxsin rəhbərinin soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi, əlaqə nömrəsi
- fərdi sahibkarın əlaqə nömrəsi
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
- şəxsin soyadı, adı, atasının adı
- şəxsin vətəndaşlığı
- şəxsiyyəti təsdiq edən sənədin növü, seriyası və nömrəsi
- şəxsin doğulduğu yer və tarix
- şəxsin yaşayış yeri
- şəxsin fərdi identifikasiya nömrəsi
- şəxsiyyəti təsdiq edən sənədin verilmə tarixi
- şəxsiyyəti təsdiq edən sənədin etibarlılıq müddəti
- şəxsiyyəti təsdiq edən sənədi verən orqan
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi
- nəqliyyat vasitəsinin qeydiyyat nişanı
- nəqliyyat vasitəsinin markası, modeli, tipi, mühərrik nömrəsi, buraxılış ili, ban nömrəsi
- nəqliyyat vasitəsinin sahibi barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı)
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilmə tarixi
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti
- nəqliyyat vasitəsinin sonuncu texniki baxışdan keçdiyi tarix
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemi
- əmək müqaviləsinin bağlanılması ilə bağlı bildirişin nömrəsi və sistemə daxil edildiyi tarix
- işəgötürən barədə məlumat (hüquqi şəxsin adı, fiziki şəxsin soyadı, adı, atasının adı, VÖEN-i)
- işçi barədə məlumat (soyadı, adı, atasının adı, qeydiyyatda olduğu ünvan, şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, iş stajı)
- iş yeri barədə məlumat (iş yerinin adı, əsas və ya əlavə olması barədə məlumat, işçinin məşğulluq təsnifatı və əmək müqaviləsi üzrə vəzifəsi)
- əmək müqaviləsinin bağlandığı tarix və müddət
- əməyin ödənilməsinin işəmuzd və ya vaxtamuzd olması barədə məlumat
“Elektron notariat” informasiya sistemi
Sənədlərin üzərində yerləşdirilmiş ştrixkod (barkod) nömrəsi, bu nömrə olmadıqda isə həmin sənədin reyestr nömrəsi və tarixi əsasında aşağıdakı məlumatlar əldə olunur:
1. daşınmaz əmlakın icarəyə və ya istifadəyə verilməsinə dair müqavilələr üzrə:
1.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, əqdin son qüvvədə olma tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı);
1.2. icarəyə və ya istifadəyə verən və götürən şəxslər barədə məlumat (fiziki şəxs olduqda - soyadı, adı və atasının adı, qeydiyyat ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hüquqi şəxs olduqda - adı və hüquqi ünvanı);
1.3. icarəyə və ya istifadəyə verilən daşınmaz əmlak barədə məlumat (əmlakın növü, ünvanı, ümumi sahəsi, hüquqmüəyyənedici sənədin növü, reyestr və qeydiyyat nömrəsi, daşınmaz əmlakın yüklülüyü barədə məlumat (yüklülüyün növü və müddəti);
2. nəqliyyat vasitəsinin icarəyə və ya digər əşya hüququ üzrə istifadəyə verilməsinə dair müqavilələr üzrə:
2.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, əqdin son qüvvədə olma tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı);
2.2. nəqliyyat vasitəsinin icarəyə və ya digər əşya hüququ üzrə istifadəyə verən və götürən şəxslər barədə məlumat (fiziki şəxs olduqda - soyadı, adı və atasının adı, qeydiyyat ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hüquqi şəxs olduqda - adı və hüquqi ünvanı);
2.3. icarəyə və ya digər əşya hüququ üzrə istifadəyə verilən nəqliyyat vasitəsi barədə məlumat (dövlət qeydiyyat nişanı, markası, mühərrik nömrəsi, buraxılış ili, qeydiyyat şəhadətnaməsinin seriyasi, nömrəsi və verilmə tarixi);
3. nəqliyyat vasitəsinə dair rəsmiləşdirilmiş etibarnamələr üzrə:
3.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, etibarnamənin son qüvvədə olma tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı);
3.2. nəqliyyat vasitəsinə dair etibarnamə verən və etibar edilən şəxslər barədə məlumat (fiziki şəxs olduqda - soyadı, adı və atasının adı, qeydiyyat ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, hüquqi şəxs olduqda - adı və hüquqi ünvanı);
3.3. etibarnamə verilmiş nəqliyyat vasitəsi barədə məlumat (dövlət qeydiyyat nişanı, markası, mühərrik nömrəsi, buraxılış ili, qeydiyyat şəhadətnaməsinin seriyasi, nömrəsi və verilmə tarixi);
4. xaricdə verilmiş sənədlərin tərcüməsinin düzgünlüyünün, eləcə də sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üzrə:
4.1. notariat hərəkətinin qeydiyyat məlumatları (rəsmiləşdirilmə tarixi, reyestr nömrəsi, notariat ofisinin adı, notariusun soyadı, adı və atasının adı);
4.2. tərcüməsinin, eləcə də surət və çıxarışlarının düzgünlüyü təsdiq edilmiş sənəd barədə məlumat (sənədin adı, verilmə tarixi, nömrəsi, verən orqan)
“Qeyri-kommersiya hüquqi şəxslər” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
- qeyri-kommersiya hüquqi şəxsin adı və təşkilati-hüquqi forması
- qeyri-kommersiya hüquqi şəxsin ünvanı
- qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatına alındığı tarix və qeydiyyat nömrəsi
- qeyri-kommersiya hüquqi şəxsinin rəhbərinin soyadı, adı, atasının adı
“Elektron hökumət” portalı
- dövlət informasiya ehtiyatlarından və fərdi məlumatların informasiya sistemlərindən “Elektron hökumət” şlüzü vasitəsilə əldə olunan məlumatlar
Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi
- hüququ rəsmiləşdirilən şəxs
- daşınmaz əmlakın növü
- daşınmaz əmlakın ünvanı
- daşınmaz əmlak üzərində mülkiyyət növü
- daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə)
- hüquq sahibinin payı, reyestr nömrəsi, qeydiyyat nömrəsi və qeydiyyat tarixi
- daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi
- daşınmaz əmlak ümumi paylı mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi, qeydiyyat tarixi və payı
Ünvan Reyestri İnformasiya Sistemi
- daşınmaz əmlak obyektlərinin əvvəlki ünvan məlumatları
- daşınmaz əmlak obyektlərinin yeni ünvan məlumatları
Tibb kadrlarının vahid reyestri
- tibb və ya əczaçılıq təhsili haqqında dövlət sənədinin verilmə tarixi və nömrəsi
- şəxsin bitirdiyi təhsil müəssisəsinin (müəssisələrinin) adı, bitirdiyi il və ixtisası
- şəxsin praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin verilmə tarixi və nömrəsi
- sertifikasiya şəhadətnaməsi üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş ixtisas
- sertifikasiya şəhadətnaməsi verilmiş şəxsin həkim, orta tibb işçisi, əczaçı olması barədə məlumat
- şəxsin praktik tibb və ya əczaçılıq fəaliyyəti üzrə işlədiyi yer və təcrübəsi barədə məlumatlar
- xarici ölkədə tibb və ya əczaçılıq sahəsi üzrə hazırlıq keçən şəxsin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa icazəsi olması barədə şəhadətnamənin verilmə tarixi, nömrəsi və həmin şəhadətnamə üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmiş ixtisas
Vətəndaşın Elektron Sağlamlıq Kartı Sistemi
- avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar
Milli Təhsil Məlumat Bazası
- şəxsin soyadı, adı və atasının adı
- təhsil haqqında sənədin seriyası və nömrəsi
- təhsil haqqında sənədin verilmə tarixi
- təhsil haqqında sənədi verən təhsil müəssisəsinin adı
- təhsil sənədi üzrə ixtisas
Azərbaycan Respublikası ərazisində xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaları tanınan şəxslər barədə məlumat bazası
- şəxsin soyadı, adı və atasının adı
- diplomun seriyası və nömrəsi
- diplomun verilmə tarixi
- diplomu verən ali təhsil müəssisəsinin adı
- diplomu verən ali təhsil müəssisəsinin yerləşdiyi ölkə
- diplom üzrə ixtisas
- xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması tarixi
- xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədin seriyası və nömrəsi
- uyğunlaşdırılmış ixtisas
İstismara qəbul olunmuş maye və təbii qaz təsərrüfatı obyektlərinin Reyestri
- maye və təbii qaz təsərrüfatı obyektinin istismara qəbulu aktının tarixi və nömrəsi
- maye və təbii qaz təsərrüfatı obyektinin yerləşdiyi ünvan
- maye və təbii qaz təsərrüfatı obyektini istismar edən şəxs barədə məlumatlar (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı)
Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlıqların texniki təhlükəsizlik sertifikatlarının informasiya sistemi
- texniki təhlükəsizlik sertifikatını verən orqanın adı
- texniki təhlükəsizlik sertifikatının qeydiyyat tarixi və nömrəsi
- texniki təhlükəsizlik sertifikatının qüvvədə olma müddəti
- texniki təhlükəsizlik sertifikatı təqdim olunan təsərrüfat subyekti barədə məlumat (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və yaşayış ünvanı, VÖEN-i)
- təhlükə potensiallı obyektin adı və ünvanı
- texniki təhlükəsizlik sertifikatı verilən qurğunun və avadanlığın adı, tipi və mənşəyi
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri
- təhlükə potensiallı obyektin adı
- təhlükə potensiallı obyektin vahid dövlət reyestrində qeydiyyata alınma tarixi, qeydiyyat nömrəsi və etibarlılıq müddəti
- təhlükə potensiallı obyektin istismara verildiyi tarix
- təhlükə potensiallı obyekti istismar edən şəxs barədə məlumatlar (hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və yaşayış ünvanı, VÖEN-i)
- qeydiyyat orqanının adı
Dövlət Xidmətlərinin Elektron Reyestri
- xidmət təminatçıları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatlar
“Asan ödəniş” informasiya sistemi (asanpay)
- ödənişin həyata keçirilməsi üçün veb-servis
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilən təsdiqedici sənədlərin informasiya ehtiyatı
- təsdiqedici sənədin qeydiyyat tarixi və qeydiyyat nömrəsi
- təsdiqedici sənədin verildiyi şəxs barədə məlumat (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı)
- təsdiqedici sənəddə göstərilən fəaliyyət növü
- təsdiqedici sənəddə göstərilən fəaliyyətin həyata keçiriləcəyi ünvan
- təsdiqedici sənəddə göstərilən avadanlıqlar barədə məlumat
- təsdiqedici sənədin etibarlılıq müddəti
Akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqanlar üzrə informasiya ehtiyatı
- akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqan haqqında məlumatlar (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı, yaşayış ünvanı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi)
- akkreditasiya attestatının nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti
- akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən orqanın akkreditasiya sahəsi
Uyğunluq sertifikatları üzrə informasiya ehtiyatı
- uyğunluq sertifikatını verən orqanın adı
- uyğunluq sertifikatını verən orqanın akkreditasiya (sertifikatlaşdırma) sahəsi
- uyğunluq sertifikatının verilmə tarixi
- uyğunluq sertifikatının qüvvədə olma müddəti
- uyğunluq sertifikatı təqdim olunan təsərrüfat subyekti barədə məlumat (hüquqi şəxs olduqda - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fiziki şəxs olduqda - soyadı, adı, atasının adı və yaşayış ünvanı, VÖEN-i)
- uyğunluq sertifikatı verilən məhsul (xidmət) barədə məlumat (adı, miqdarı, kodu, istehsal olunduğu ölkə)
- texniki-normativ aktın işarəsi
- uyğunluq sertifikatının tanındığı ölkə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər haqqında məlumatlar
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşayan, habelə Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumatlar
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər haqqında məlumatlar
“Tələbə-məzun” Dövlət Elektron Məlumat Sistemi
- şəxsin soyadı, adı və atasının adı
- təhsil müəssisəsinin adı
- təhsil haqqında sənədin seriyası və nömrəsi
- təhsil haqqında sənədin verilmə tarixi
- təhsil sənədi üzrə ixtisas
“Şagird-məzun” Dövlət Elektron Məlumat Sistemi
- şəxsin soyadı, adı və atasının adı
- təhsil müəssisəsinin adı
- təhsil haqqında sənədin seriyası və nömrəsi
- təhsil haqqında sənədin verilməsi tarixi
- təhsil sənədi üzrə ixtisas (ixtisas olduğu halda)
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilən lisenziya və icazələr barədə məlumatlar
1.1. Bu sənəd “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının 3.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və “Lisenziyalar və icazələr” portalının (bundan sonra – portal) iştirakçılarının informasiya sistemlərinin və ehtiyatlarının (bundan sonra – informasiya sistemi) portala inteqrasiyası üçün texniki tələbləri müəyyən edir.
2.1. Portal iştirakçılarının informasiya sistemlərinin portalla əlaqəsini təmin edən veb-servislər mövcud infrastruktur çərçivəsində portal iştirakçılarının daxili şəbəkəsində (ayrılmış şəbəkədə) quraşdırılmalı və onların təhlükəsizliyi daxili sistemlərin təhlükəsizlik səviyyəsində olmalıdır.
2.2. Şəbəkə və sistem tənzimləmələri təhlükəsiz məlumat mübadiləsini təmin etməli və yalnız icazəsi olanlara həmin veb-servislərdən istifadə etmə imkanını yaratmalıdır.
2.3. Portalın iştirakçıları sorğuların verilməsini və onlara təqdim edilən cavabların qeydə alınmasını (loqlanması) təmin etməli, informasiya sisteminin istifadə edilməsi haqqında statistik məlumatların toplanılmasını həyata keçirməlidir.
3.1. Portal iştirakçıları portala inteqrasiya ilə əlaqədar aşağıdakı texniki məsələləri həyata keçirməlidirlər:
3.1.1. informasiya sistemi ilə portal arasında təhlükəsiz rabitə kanalının qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi;
3.1.2. təhlükəsiz məlumat mübadiləsinin təmin edilməsi və bu məqsədlə:
3.1.2.1. mərkəzi serverlərin sertifikatlarının daxil edilməsi;
3.1.3. portal vasitəsilə sorğu vermək hüququna malik olan istifadəçilərin təyin edilməsi;
3.1.4. tətbiq serverinin yaradılması, quraşdırılması və bu məqsədlə:
3.1.4.1. əməliyyat sisteminin quraşdırılması;
3.1.4.2. veb - serverin (web - server) yaradılması və əlaqəli proqram paketlərinin yüklənilməsi;
3.1.4.3. HTTPS (Hypertext Transfer Protocol Secure) və SSL (Secure Sockets Layer) sertifikatlarının yüklənilməsi;
3.1.4.4. tətbiq serverinin konfiqurasiya edilməsi;
3.1.5. informasiya sisteminin informasiya təhlükəsizliyinin təmin edilməsi;
3.1.6. server inzibatçısının təyin edilməsi.
4.1. Portala inteqrasiya olunan informasiya sistemi SOAP (Simple Object Access Protocol) və REST (Representational State Transfer) vasitəsilə sorğularla işləmə imkanına malik olmalıdır.
4.2. Sorğunun informasiya sistemindən cavablandırılma vaxtı verilənlər bazasında xidmətin emalına və şəbəkə ilə məlumatların ötürülməsinə sərf edilmiş vaxt nəzərə alınmaqla 3 (üç) saniyədən artıq olmamalıdır.
4.3. Tətbiq serveri saniyədə 60 sorğunun emalını təmin etməlidir.
4.4. Məlumatların ötürülməsində saniyədə 100 Mbit-dən az olmayan ötürmə sürətini və təhlükəsiz VPN kanalının yaradılmasını dəstəkləyən şəbəkə avadanlığı istifadə edilməlidir.
5.1. Portala inteqrasiya olunan informasiya sistemlərində informasiyanın mühafizəsi aşağıdakı əsas səviyyələr üzrə təmin olunmalıdır:
5.1.3. qurumun alt strukturları.
5.2. Portala inteqrasiya olunan informasiya sistemlərinin təhlükəsizlik sistemi aşağıdakı səviyyələrdə təmin olunmalıdır:
5.2.1. informasiyanın fiziki qorunması;
5.2.2. əlyetərlilik nəzarəti və fərdi identifikasiya;
5.2.3. məlumatların şifrlənməsi üçün açarlardan istifadə;
5.2.4. “əks-sorğu” müdafiəsi.
5.3. Portal iştirakçılarının sistemə müraciəti yalnız verilmiş sertifikata malik olan server vasitəsilə aparılmalıdır.
5.4. Portal iştirakçılarının sistemə müraciəti zamanı təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sertifikat əsasında autentifikasiya tətbiq olunmalıdır.
5.5. Autentifikasiya aşağıdakı vasitələrdən biri ilə həyata keçirilməlidir:
5.5.1. gücləndirilmiş elektron imza (o cümlədən Asan imza) sertifikatı;
5.5.2. portalın operatoru tərəfindən istifadəçilərə verilən identifikasiya vasitələri.
5.6. Portala inteqrasiya olunan informasiya sistemləri arasında avtomatik sorğular əsasında aparılan informasiya mübadiləsi zamanı sorğunun təşəbbüskarı olan portal iştirakçılarının məlumat mübadiləsinin aparılması üzrə səlahiyyətli şəxs (şəxslər) elektron xidmət istifadəçisi hesab edilir.
5.7. Portaldan istifadə prosesində informasiya təhlükəsizliyi ilə bağlı baş verən problemlər haqqında məlumatlar portalın operatoru tərəfindən qeydə alınmalı və saxlanılmalıdır.
1. 8 noyabr 2018-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2433)
2. 6 dekabr 2018-ci il tarixli 525 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2018-ci il, № 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2726)
3. 21 yanvar 2019-cu il tarixli 21 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 165)
4. 27 mart 2019-cu il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 558)
5. 28 mart 2019-cu il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, № 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 566)
6. 19 mart 2021-ci il tarixli 75 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 aprel 2021-ci il, № 65, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 294)
7. 6 dekabr 2021-ci il tarixli 384 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 dekabr 2021-ci il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1510)
8. 20 fevral 2025-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 fevral 2025-ci il, “Xalq” qəzeti, 22 fevral 2025-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 196)
9. 22 sentyabr 2025-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2025-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 877)
10. 22 yanvar 2026-cı il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 yanvar 2026-cı il, “Xalq” qəzeti, 23 yanvar 2026-cı il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 93)
11. 9 iyun 2026-cı il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 iyun 2026-cı il, “Xalq” qəzeti, 12 iyun 2026-cı il, № 102)