Qanunvericilik › Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Lisenziyanın və icazənin verilməsindən imtina

Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

20.1. Lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:

20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə);

20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə.

20.2. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver