22.1. Lisenziyalar (bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə verilən lisenziyalar istisna olmaqla) müddətsiz verilir. Bu Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur.
22.1-1. Bu Qanunun 2 nömrəli əlavəsinin 4-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növünə lisenziya 10 il müddətinə verilir.
22.2. Müddətli icazənin müddətinin uzadılması icazənin yenidən rəsmiləşdirilməsi qaydasında həyata keçirilir.
22.3. İcazənin müddətsiz uzadılmaqla yenidən rəsmiləşdirilməsi istisna olmaqla, yenidən rəsmiləşdirilmiş icazənin müddəti əvvəlki icazənin müddəti ilə məhdudlaşır.
22.4. Lisenziyanın (icazənin) dublikatının müddəti əvvəlki lisenziyanın (icazənin) müddəti ilə məhdudlaşır.
22.5. Lisenziyanın (icazənin) dayandırıldığı müddət lisenziyanın (icazənin) müddətinə daxil edilir.