Qanunvericilik › Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Qanunun tətbiq dairəsi

Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziyalaşdırma subyektlərinin, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir.

3.2. Bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, təşkilati hüquqi formasından asılı olmayaraq, bütün hüquqi şəxslərə, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinə və fərdi sahibkarlara, habelə lisenziyalaşdırma subyektlərinə şamil olunur.

3.3. Bu Qanunun tələblərinə əməl olunmaqla, bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlarla lisenziyaların (icazələrin) verilməsinə dair xüsusi qaydalar və bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar müəyyən oluna bilər.

3.4. Maliyyə bazarları sahəsində lisenziya və icazə sistemi Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Poçt haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Valyuta tənzimi haqqında”, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunları və maliyyə bazarları sahəsində qəbul edilən digər qanunlarla müəyyən edilir.

* (3.4-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 413-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2026-cı il dekabr 25-dən qüvvəyə minir.)

* (3.4-cü maddəyə Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD nömrəli Qanunu ilə edilmiş dəyişiklik 2027-ci il yanvarın 24-dən qüvvəyə minir.)

3.5. Ələt azad iqtisadi zonasında lisenziyalar və icazələr sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver