31.1. Bu Qanunun qüvvəyə mindiyi günədək verilmiş icazələr onlarda göstərilmiş müddət bitənədək öz qüvvəsini saxlayır.
31.2. Bu Qanun qüvvəyə mindikdən sonra lisenziya tələb olunan fəaliyyət növlərini tənzimləyən qanunlarda müvafiq lisenziya şərtləri təsbit olunanadək, həmin fəaliyyət növlərinə lisenziya verilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlər tətbiq edilir.