Qanunvericilik › Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.04.2002) › Tam mətn

Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.04.2002)

Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 29.04.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Loqopedik xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Loqopedik xidmət haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 29 aprel 2002-ci il

1. Loqopedik xidmət məktəbəqədər və ümumtəhsil müəssisələri nəzdində şifahi və yazılı nitqində pozuntu olan uşaqlara kömək məqsədilə təşkil edilir. Eşitmə, görmə qabiliyyəti qismən məhdud olan, çəpgözlüyü olan, fiziki çatışmazlığı, əqli geriliyi olan, normal intellektli nitq pozuntusu olan uşaqlar üçün məktəbəqədər təhsil müəssisələrində, eşitmə qabiliyyəti qismən məhdud olan və eşitmə qabiliyyətini sonradan tam itirmiş, görmə qabiliyyəti tam və qismən məhdud olan, fiziki çatışmazlığı, əqli geriliyi olan, dayaq-hərəkət aparatının inkişafı pozulan nitq pozuntusu olan uşaqlar üçün xüsusi təhsil müəssisələrində loqopedik kabinetlər təşkil edilir.

Loqopedik kabinetin qarşısında duran əsas vəzifə uşaqlarda olan şifahi və yazılı nitq pozuntusunun təshihi (korreksiyası), bu sahədəki müvəffəqiyyətsizliyin qarşısını vaxtında almaq və onu aradan qaldırmaq, loqopedik bilikləri təhsil işçiləri, valideynlər və əhali arasında təbliğ etməkdir.

2. Loqopedik xidmət ümumi təyinatlı təhsil müəssisələrində loqoped-müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və regional təhsil idarələrinin (bundan sonra – yerli təhsili idarəetmə orqanları) tabeliyindəki loqopedik kabinet, həmçinin loqopedik mərkəz vasitəsilə həyata keçirilir.

3. Loqopedik mərkəz (kabinet) müvafiq tədris-maddi baza və ixtisaslı kadrlarla təminat olduğu halda Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq yerli təhsili idarəetmə orqanları tərəfindən açılır.

4. Rayon (şəhər) ərazisində 3 və daha artıq loqopedik kabinet olduqda rayon (şəhər) loqopedik mərkəzi yaradıla bilər.

5. Loqopedik xidmət buna ehtiyacı olan uşaqlar üçün Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilən saya uyğun olaraq təşkil edilir.

1. Loqopedik xidmət Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir. Loqopedik kabinetə ümumtəhsil müəssisələrində şifahi və yazılı nitqlərində pozuntuları, ümumi nitq inkişafının ləngiməsi, qeyri-iradi nitq pozuntusu, tələffüz pozuntuları, fonetiko-fonematik və fonematik pozuntuları, tələffüz pozuntuları - fonetik pozuntular, nitq aparatının qüsuru və funksiyalarının pozuntuları (dizartriya, rinolaliya) olan uşaqlar qeydə alınırlar. Loqopedik kabinetdə qeydiyyat il boyu aparılır.

Loqopedik yardım uşağın təlim-tərbiyə aldığı dildə aparılmalıdır.

2. Loqopedik kabinetdə qeydə alınmaq üçün nitq pozuntusu olan uşaqların aşkar edilməsi hər il sentyabrın 1-dən 15-nə və mayın 10-dan 25-dək aparılır. Aşkar edilmiş nitq pozuntusu olan uşaqlar sonradan nitq pozuntusundan asılı olaraq qruplar üzrə paylaşdırılmaq üçün siyahıda (1 nömrəli əlavə) qeyd olunmalıdır.

Loqopedik kabinetdə qeydə alınan hər bir uşaq üçün müəllim-loqoped nitq xəritəsi doldurmalıdır (2 nömrəli əlavə).

3. Loqopedik kabinetdə nitqindəki pozuntulara görə proqram materialını mənimsəyə bilməyən uşaqlar qeydə almırlar (Ümumi nitq inkişafının ləngiməsi ÜNİL, fonetiko-fonematik və fonetik inkişafsızlıq).

4. Uşaqlarla məşğələ həm fərdi, həm də qruplarla aparılır. Loqopedik işin təşkilinin əsas forması qruplarla məşğələdir.

Qruplara imkan daxilində eyni pozuntuları olan uşaqlar seçilir.

İlkin nitq patologiyası ilə aşkar olunmuş şagirdlərdən aşağıda göstərilən qrup və mikroqruplar komplektləşdirilə bilər (mötərizədə şəhər və kənd ümumi-təhsil müəssisələrindəki uşaqların sayı göstərilir):

ümumi nitq inkişafının ləngiməsi (ÜNİL), oxu və yazı pozuntuları - (4; 3);

qeyri-kəskin ifadə olunmuş ÜNİL (5; 4);

fonetiko-fonematik (FFNİL) və ya fonematik nitq inkişafsızlığı (FNİ nəticəsində yaranmış oxu və yazı pozuntuları ilə) (5; 4);

ÜNİL-dən yaranmış oxu və yazı pozuntuları (4; 3);

qeyri-iradi nitq pozuntusu ilə (3; 2);

tələffüz pozuntusu ilə (5; 4);

qrupla məşğələdə şagirdlərin minimal sayı 3 nəfər olmalıdır.

5. Loqopedik məşğələlər dərsdən kənar vaxtlarda aparılır. Fərdi məşğələlər ağır nitq pozuntusu olan uşaqlarla aparılır. ÜNİL və nitq aparatının qüsuru və hərəkətinin pozulması (rinolaliya, dizartriya) olanlarla dərs məşğələləri I, II dərs saatlarında aparılır.

ÜNİL və FFNİL ilə olan 6 yaşlı uşaqlarla məşğələ bu siniflərin rejiminə əsasən aparılır. Proqram materiallarının mənimsənilməsinə mane olmayan, fonetik tələffüz pozuntuları olan 6 yaşlı uşaqlarla təshih işi müstəsna olaraq dərs vaxtı aparıla bilər (Azərbaycan dili, xarici dil və riyaziyyat dərslərindən başqa).

6. Fərdi qrupla məşğələlərin mövzusu və uşaqların davamiyyəti sinif jurnalında qeyd olunur. Hər qrupa lazımi səhifə ayrılır.

7. ÜNİL və bununla əlaqədar olan oxu və yazı pozuntuları olan uşaqlarla təshih işi həftədə 3 dəfədən az olmamaq şərti ilə;

FFNİL və FNİL və bunun nəticəsində yaranmış oxu və yazı pozuntuları olan uşaqlarla məşğələ həftədə 2-3 dəfədən az olmamaq şərti ilə;

fonetik pozuntusu olan uşaqlarla həftədə 3 dəfədən az olmamaq şərti ilə;

qeyri-iradi nitq pozuntusu olan qrupun uşaqları ilə həftədə 3 dəfədən az olmamaq şərti ilə;

ağır nitq pozuntusu olan uşaqlar ilə fərdi məşğələ həftədə 2-3 dəfədən az olmayaraq aparılmalıdır.

Qrupla məşğələ 40 dəqiqə, fərdi məşğələ hər uşaqla 20 dəqiqə aparılır.

8. FFNİL, FNİL-dən yaranan oxu və yazı pozuntuları olan uşaqlarla təshih işinin müddəti 1,5-2 dərs ili davam edir.

9. Şagirdlərin buraxılışı bütün dərs ili boyu onların nitq pozuntularının aradan götürülməsi əsasında aparılır.

10. Nitq pozuntusu olan uşaqlar lazım olduqda valideynlər və ya onların qanuni nümayəndələrinin razılığı ilə mütəxəssis həkimlərin (nevropatoloq, psixiatr, otolarinqoloq və b.) müayinəsi üçün rayon poliklinikasına və psixofiziki vəziyyətlərini müəyyənləşdirmək üçün psixoloji-tibbi-pedaqoji komissiyaya göndərilir.

11. Loqopedik məşğələlərdə şagirdlərin davamiyyətinə müəllim - loqoped, sinif rəhbəri və müəssisənin rəhbəri məsuliyyət daşıyır.

1. Müəllim-loqoped vəzifəsinə defektoloq təhsili olan, ixtisasdəyişmə kurslarını (loqopediya) keçmiş ali pedaqoji təhsilli işçilər təyin edilir. Müəllim-loqoped yerli təhsili idarəetmə orqanlarının razılığı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təyin edilir.

2. Müəllim-loqoped qrupların komplektləşdirilməsinə, oxu və yazı pozuntuları olan şagirdlərin təshihi işinin keyfiyyətinə məsuliyyət daşıyır.

şagirdlərin müəllim və valideynlərinə müvəffəqiyyətsizliklərin səbəbini aydınlaşdırır və onların aradan götürülməsinə aid məsləhətlər verir;

müntəzəm olaraq şagirdlərlə yazılı və şifahi nitqin müxtəlif pozuntularının aradan qaldırılmasına aid məşğələlər aparır;

loqopedik məşğələdə ilkin nitq pozuntusu ilə əlaqədar olaraq ana dili dərsində müvəffəqiyyətsizliyin qarşısını almaq və aradan götürmək məqsədi ilə təshih-tərbiyə işi aparır;

loqopedik məşğələlərdə iştirak edən uşaqların müəllimləri ilə ardıcıl əlaqə yaradır;

nitqində pozuntu olan uşaqlar üçün olan məktəbəqədər, ümumtəhsil məktəbləri, uşaq poliklinikasının mütəxəssis-həkimləri və psixoloji-tibbi-pedaqoji komissiya ilə əlaqə yaradır;

ümumtəhsil müəssisələrinin pedaqoji şuraları qarşısında duran məsələlər, görülmüş işin məzmunu və nəticələri haqqında məlumat verir;

hər il sxem üzrə (3 nömrəli əlavə) hesabat hazırlayır. Həmin hesabatı təhsil müəssisəsinin müdiriyyətinə və ya yerli təhsili idarəetmə orqanlarına verir. Hesabatda şagirdlər arasında mövcud nitq pozuntuları və onların aradan götürülməsi nəticələrini əks etdirir.

1. Müəllim-loqopedin işinə rəhbərlik təhsil müəssisələri rəhbərliyi tərəfindən aparılır.

2. Loqopedik mərkəzin rəhbərliyinə təcrübəli və defektoloq təhsili olan müəllim-loqoped təyin edilir.

3. Loqopedik mərkəzin rəhbəri müəllim-loqopedlərin görəcəyi işləri müəyyən edir. Onların peşə ixtisasının artırılmasına zəmin yaradır. Gənc mütəxəssislərə metodiki kömək göstərir. Loqopedik kabinetlərdə qrupların düzgün komplektləşdirilməsinə, ilkin nitqində pozuntu olan uşaqlarla işin məqsədyönlü aparılmasına məsuliyyət daşıyır.

V. Maddİ-texnİkİ və malİyyə təmİnatı

1. Loqopedik kabinetlərin maddi-texniki bazası və elmi-metodik təminatı "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun həyata keçirilir.

2. Loqopedik xidmət üçün yerli təhsil idarəetmə orqanları tərəfindən kabinet ayrılır (20 kv.m.dən az olmamaqla) Kabinet sanitar-gigiyenik tələblərə cavab verməli (əl-üz yuyan, düzgün işıqlanma, hava rejiminə riayət), lazımi vəsaitlərlə təchiz edilməlidir (4 nömrəli əlavə).

3. Loqopedik kabinet ümumtəhsil müəssisəsi binasında, zəruri hallarda yerli təhsili idarəetmə orqanının binasında da yerləşdirilə bilər.

4. Loqopedik kabinetin təminatını və təmirini yerli təhsili idarəetmə orqanları həyata keçirir.

5. Loqopedik mərkəzin ştat cədvəlində müəllim-loqopedlərin əməyinin ödənilməsi pedaqoji işçilərə bərabər tutularaq qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.

6. Yerli xərclərin vəsaiti hesabına təhsili idarəetmə orqanları loqopedik mərkəzin rəhbərinə, üzvlərin sayı 5-10 nəfər olarsa 0,25 stavka, 10 nəfərdən artıq olarsa 0,5 stavka əlavə əmək haqqı müəyyən edə bilər.

NİTQ POZUNTUSU OLAN uşaqların sİyahısı

İşlər müdiri A. HACIYEV

1. Soyadı, adı, atasının adı

3. Ev ünvanı, telefon nömrəsi

4. Kabinetə qəbul olunduğu tarix

5. Ana dilindən müvəffəqiyyəti (müayinə vaxtı)

6. Müəllimin və ya valideynin şikayəti

9. Nitq inkişafı haqqında məlumat

10. Nitq aparatının vəziyyəti (quruluşu və hərəkəti)

11. Nitqin ümumi xarakteristikası (söhbətin və rabitənin, mülahizənin yazılması)

a) lüğət ehtiyatı (kəmiyyət və keyfiyyət xarakteristikası)

1) kəmiyyət xarakteristikası: ümumi lüğət ehtiyatı

2) keyfiyyət xarakteristikası: söz işlənərkən səhvlərə yol verilməsi (mənaya görə dəyişiklik və akustik oxşarlıq)

b) Qrammatik quruluş: işlədilən cümlələrin tipləri. Nümunələr göstərmək.

c) Tələffüz və səslərin fərqləndirilməsi: səsin tələffüzü, təhrif edilməsi, əvəz edilməsi, müxtəlif səslərin qarışdırılması. Nümunәlәr göstərmək.

12. Sözün səs tərkibinin təhlili vərdişlərinin formalaşması səviyyəsi.

13. Yazı: spesifik sahələr (qarışıq salma, samit səslərin dəyişik salınması və s.)

14. Oxu: oxu texnikasına yiyələnmə səviyyəsi (hərflə, heca ilə, sözlə oxu, oxu zamanı səhvlər, oxunmuş mətnin dərk edilməsi)

15. Qeyri-iradi nitq pozuntusu: a) təxmin edilən səbəb; b) nitq davranışının ümumi xüsusiyyətləri (ünsiyyətli, qaradinməz, tezçoşan)

16. Pedaqoji müşahidə əsasında uşağa verilən qısa xasiyyətnamə (planlaşdırılmış, sərbəst, işgüzar, müşahidəsiz, öz pozuntusuna münasibəti).

18. Nitq düzəlişinin nəticəsi (şagirdlərin loqopedik kabinetlərdə buraxılışı xəritədə qeyd edilir).

İşlər müdiri A. HACIYEV

Məşğələlərin davamı üçün saxlanılmışdır

İşlər müdiri A. HACIYEV

“Loqopedik xidmət haqqında Əsasnamə”yə

1. Loqopedik məşğələlər üçün divar güzgüsü (50 x 100)

2. Fərdi məşğələ üçün divar güzgüsü (9 x 12)

3. Loqopedik zondlar, şpatellər

6. Vəsaitlər üçün şkaflar

9. Komplekt “parta-stul”

10. Kəsmə divar əlifbası

11. Kəsmə stolüstü əlifba

- tələb olunan miqdarda

22. Stolüstü oyuncaqlar, oyunlar, konstruktorlar

24. Dezinfeksiya preparatları (spirt, xlor, pambıq, yod, cuna)

- tələb olunan miqdarda

İşlər müdiri A. HACIYEV

1. 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173)

2. 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1300)

3. 19 aprel 2022-ci il tarixli 166 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2022-ci il, № 84, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 413)

4. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

5. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver