Qanunvericilik › Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları (Energetika Nazirliyi, 28.07.2010) › Tam mətn

Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları (Energetika Nazirliyi, 28.07.2010)

Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları (Energetika Nazirliyi, 28.07.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Qaydalar 2002-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən işlənilmiş və 01.01.2008-ci il tarixindən bir il qüvvədə qalma müddəti Sənaye və Energetika Nazirliyinin 57 nömrəli 21 noyabr 2007-ci il tarixli əmri ilə uzadılmışdır.

ARDNŞ-in Neft kəmərləri idarəsi ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış TET 09/78-3 nömrəli 15.03.2009-cu il tarixli müqaviləyə əsasən Qaydalar yenidən işlənmişdir. Qeyd olunanları nəzərə alaraq

1. “” adlı sənəd təsdiq edilsin.

2. Qaydaların qüvvəyə minməsi 01.09.2010-cu ildən və qüvvədə qalma müddəti isə 01.09.2015-ci ilədək hesab edilsin.

3. Sənaye və Energetika Nazirliyinin 21.10.2007-ci il tarixli 57 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.

4. Əmrin icrasına nəzarət nazir müavini NAbbasova həvalə edilsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver