Qanunvericilik › “Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024) › Tam mətn

“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024)

“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 08.02.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.17-ci, 52.2-ci, 53.4-cü və 53.7-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası” qüvvəyə mindiyi gündən ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank fəaliyyətinin yoxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 mart tarixli 1951100013 nömrəli, “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılmış fəaliyyətin yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 02 may tarixli 1951100022 nömrəli, “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 02 may tarixli 1951100023 nömrəli və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 2019-cu il 02 may tarixli 1951100023 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta bazarında peşəkar fəaliyyətin yoxlanılması Qaydası”nda dəyişiklik edilməsi barədə” 2019-cu il 26 iyul tarixli 1951100031 nömrəli qərarları ləğv edilsin.

3. Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 52.2-ci, 53.4-cü və 53.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bankların və xarici bankların yerli filiallarının, bank olmayan kredit təşkilatlarının, sığorta bazarının peşəkar iştirakçılarının, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondlarının, investisiya fondlarının idarəçilərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının, ödəniş sistemləri operatorlarının, kredit bürolarının, kredit ittifaqlarının və poçt rabitəsinin milli operatorunun (bundan sonra – nəzarət subyektləri) fəaliyyətinin yoxlanılması, yoxlama haqqında hesabatın məzmunu, forması və tərtib edilməsi qaydasını müəyyən edir.

1.2. Yoxlama bir yoxlayıcı tərəfindən həyata keçirildikdə bu Qaydada yoxlama qrupunun rəhbərinə aid müddəalar həmin yoxlayıcıya şamil edilir.

2.1. Nəzarət subyektlərində yoxlamalara dair tələblər, o cümlədən yoxlamaların növləri, planlaşdırılması, yoxlamalara hazırlıq, yoxlamaların aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydası, bu zaman yoxlayıcıların və nəzarət subyektlərinin hüquq və vəzifələri Qanunla və bu Qayda ilə müəyyən edilir.

2.2. Yoxlama qrupunun rəhbəri və ya onun tərəfindən müvəkkil edilmiş şəxs nəzarət subyektinə yoxlama barədə bildiriş təqdim edildikdən sonra yoxlama üçün zəruri olan sənədlərin hazırlanması məqsədilə yoxlanılacaq (əvvəlcədən məlumatlandırmadan aparılan yoxlamalar istisna olmaqla) nəzarət subyektinin icra orqanının rəhbəri və ya səlahiyyətli vəzifəli şəxsi ilə əlaqə yarada bilər.

2.3. Yoxlama qrupunun rəhbəri yoxlama barədə qərarı nəzarət subyektinin icra orqanının rəhbərinə və ya səlahiyyətli vəzifəli şəxsinə təqdim edir.

2.4. Yoxlamalar iş günü və nəzarət subyektinin iş vaxtı ərzində onun fəaliyyətinə mane olmamaqla həyata keçirilir.

2.5. Nəzarət subyektlərinin yoxlanılması prosesi yoxlama barədə qərarın nəzarət subyektinin icra orqanının rəhbərinə və ya səlahiyyətli vəzifəli şəxsinə təqdim olunduğu gündən başlanmış hesab olunur.

2.6. Yoxlamanın ilk günü nəzarət subyektinin icra orqanının rəhbəri və ya səlahiyyətli vəzifəli şəxsi yoxlama qrupunun üzvlərini qəbul edir, onların səlahiyyətləri ilə tanış olur və onları nəzarət subyektinin rəhbər işçilərinə təqdim edir.

3.1. Nəzarət subyektində həyata keçirilən hər bir yoxlamanın nəticələri yazılı şəkildə tərtib olunmuş yoxlama haqqında hesabatla rəsmiləşdirilir. Yoxlama haqqında hesabatın məzmunu oxunaqlı və aydın olmalıdır.

3.2. Yoxlama zamanı aşkar edilmiş faktlar yoxlama haqqında hesabatda aydın və dəqiq göstərilməlidir. Yoxlama haqqında hesabata yoxlanılan nəzarət subyektinin fəaliyyəti ilə bağlı təsdiqini tapmamış müxtəlif məlumatların daxil edilməsinə yol verilmir.

3.3. Yoxlama haqqında hesabat bu Qaydaya 1-4-cü əlavələrdə müəyyən edilmiş formalarda tərtib edilir.

3.4. Yoxlama haqqında hesabata aşkar olunmuş qanun pozuntuları, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarət subyekti tərəfindən görülməli olan tədbirlər, icra müddətləri və görüləcək tədbirlər üzrə məsul şəxslər barədə təkliflər də daxil edilə bilər.

3.5. Yoxlama haqqında hesabat yoxlama qrupunun bütün üzvləri tərəfindən, onun bütün səhifələri isə yoxlama qrupunun rəhbəri tərəfindən imzalanır. Yoxlama haqqında hesabatın bütün səhifələri nömrələnir.

“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 1

Nəzarət subyektinin adı

______________________________________

Lisenziyanın tarixi və nömrəsi

______________________________________

Yoxlama aparılan ünvan

______________________________________

______________________________________

Yoxlamanın əhatə dövrü

______________________________________

Yoxlamanın başlanma tarixi

______________________________________

Yoxlamanın bitmə tarixi

______________________________________

Hərtərəfli yoxlama haqqında hesabata azı aşağıdakı bölmələr daxil edilir:

1. Nəticələr və rəylər, o cümlədən aşkar edilmiş nöqsanlar barədə icmal məlumat;

2. İcrası məcburi göstərişlərin icra vəziyyəti (olduqda);

3. Aktivlərin keyfiyyəti;

8. Balansdankənar maddələr;

11. Hesabatlılıq işinin təşkili;

12. Kredit bürolarına münasibətdə məlumat təchizatçıları və istifadəçiləri ilə işin təşkili;

13. İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində qiymətləndirmə;

14. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyətin qiymətləndirilməsi;

15. İnformasiya təhlükəsizliyinin idarə edilməsinin təşkili;

16. Maliyyə bazarlarını tənzimləyən digər müvafiq hüquqi aktların tələblərinə riayət edilməsi.

Tematik yoxlama haqqında hesabata onun əhatə etdiyi sahə nəzərə alınmaqla azı 1-ci və 2-ci hissələr daxil edilir.

Yoxlayıcının (yoxlama qrupunun üzvlərinin) soyadı, adı, atasının adı, vəzifəsi

Nəzarət subyektinin səlahiyyətli nümayəndələrinin soyadı, adı, atasının adı, vəzifəsi

Hesabatın tərtib edildiyi tarix ________________

“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 2

Nəzarət subyektinin adı

______________________________________

Lisenziyanın tarixi və nömrəsi

______________________________________

Yoxlama aparılan ünvan

______________________________________

______________________________________

Yoxlamanın əhatə dövrü

______________________________________

Yoxlamanın başlanma tarixi

______________________________________

Yoxlamanın bitmə tarixi

______________________________________

Hərtərəfli yoxlama haqqında hesabata azı aşağıdakı bölmələr daxil edilir:

1. Nəticə və rəylər, o cümlədən aşkar edilmiş nöqsanlar barədə icmal məlumat;

2. İcrası məcburi göstərişlərin icra vəziyyəti (olduqda);

7. Sığorta ehtiyatları;

9. Müstəqil audit (sığorta vasitəçilərinə münasibətdə iri və orta sahibkarlıq subyektləri sayılan və hüquqi şəxs olan sığorta brokerləri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər);

10. Sığorta və təkrarsığorta əməliyyatları;

11. Hesabatlılıq işinin təşkili;

12. İstehlakçıların hüquqlarının müdafiəsi istiqamətində qiymətləndirmə;

13. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyətin qiymətləndirilməsi (həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə münasibətdə);

14. İnformasiya təhlükəsizliyinin idarə edilməsinin təşkili;

15. Sığorta fəaliyyətini tənzimləyən digər müvafiq hüquqi aktların tələblərinə riayət edilməsi.

Tematik yoxlama haqqında hesabata onun əhatə etdiyi sahə nəzərə alınmaqla azı 1-ci hissə daxil edilir.

Yoxlayıcının (yoxlama qrupunun üzvlərinin) soyadı, adı, atasının adı, vəzifəsi

Nəzarət subyektinin səlahiyyətli nümayəndələrinin soyadı, adı, atasının adı, vəzifəsi

Hesabatın tərtib edildiyi tarix ________________

Qeyd 1: 7-ci hissə sığorta vasitəçilərinə şamil edilmir.

Qeyd 2: 3-cü, 4-cü, 5-ci, 6-cı və 13-cü hissələr yoxlanılan nəzarət subyekti üçün hüquqi aktlarda müvafiq tələblər müəyyənləşdirildiyi halda hesabata daxil edilir.

“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 3

Nəzarət subyektinin adı

______________________________________

Lisenziyanın tarixi və nömrəsi

______________________________________

Yoxlama aparılan ünvan

______________________________________

______________________________________

Yoxlamanın əhatə dövrü

______________________________________

Yoxlamanın başlanma tarixi

______________________________________

Yoxlamanın bitmə tarixi

______________________________________

Hərtərəfli yoxlama haqqında hesabata azı aşağıdakı bölmələr daxil edilir:

1. Nəticələr və rəylər, o cümlədən aşkar edilmiş nöqsanlara dair icmal məlumat;

2. İcrası məcburi göstərişlərin icra vəziyyəti (olduqda);

7. Balansdankənar maddələr (olduqda);

10. Hesabatlılıq işinin təşkili;

11. İnvestorların hüquqlarının müdafiəsi istiqamətində qiymətləndirmə;

12. Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyətin qiymətləndirilməsi;

13. İnformasiya təhlükəsizliyinin idarə edilməsinin təşkili;

14. Qiymətli kağızlar bazarında fəaliyyəti tənzimləyən hüquqi aktların tələblərinə riayət edilməsi.

Tematik yoxlama haqqında hesabata onun əhatə etdiyi sahə nəzərə alınmaqla azı 1-ci daxil edilir.

Yoxlayıcının (yoxlama qrupunun üzvlərinin) soyadı, adı, atasının adı, vəzifəsi

Nəzarət subyektinin səlahiyyətli nümayəndələrinin soyadı, adı, atasının adı, vəzifəsi

Hesabatın tərtib edildiyi tarix ________________

Qeyd: 12-ci hissə fond birjasına şamil edilmir.

“Maliyyə bazarlarında fəaliyyətin yoxlanılması Qaydası”na Əlavə 4

Nəzarət subyektinin adı

______________________________________

Lisenziyanın tarixi və nömrəsi

______________________________________

Yoxlama aparılan ünvan

______________________________________

______________________________________

Yoxlamanın əhatə dövrü

______________________________________

Yoxlamanın başlanma tarixi

______________________________________

Yoxlamanın bitmə tarixi

______________________________________

Hərtərəfli yoxlama haqqında hesabata azı aşağıdakı bölmələr daxil edilir:

1. Nəticələr və rəylər, o cümlədən aşkar edilmiş nöqsanlar barədə icmal məlumat;

2. İcrası məcburi göstərişlərin icra vəziyyəti (olduqda);

3. Daxili nəzarət sistemlərinin təşkili;

4. Risklərin idarə edilməsi sistemlərinin təşkili;

5. Fövqəladə hallarda fəaliyyətin davamlılığının təşkili;

7. Hesabatlılıq işinin təşkili;

8. İstehlakçıların hüquqlarının müdafiəsi istiqamətində qiymətləndirmə;

9. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyətin qiymətləndirilməsi;

10. İnformasiya təhlükəsizliyinin idarə edilməsinin təşkili;

11. Ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətini tənzimləyən hüquqi aktların tələblərinə riayət edilməsi.

Tematik yoxlama haqqında hesabata onun əhatə etdiyi sahə nəzərə alınmaqla azı 2-5-ci, 8-11-ci bölmələr daxil edilir.

Yoxlayıcının (yoxlama qrupunun üzvlərinin) soyadı, adı, atasının adı, vəzifəsi

Nəzarət subyektinin səlahiyyətli nümayəndələrinin soyadı, adı, atasının adı, vəzifəsi

Hesabatın tərtib edildiyi tarix ________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver