Qanunvericilik › “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 21.09.2023) › Tam mətn

“Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 21.09.2023)

“Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 21.09.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 10.5-ci, “Sığorta fəaliyyəti haqqında” Qanununun 38.1-ci, “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 63.2-ci, “İnvestisiya fondları haqqında” Qanununun 40.4-cü və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununun 22.1.17-ci maddələrinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

1. “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 30 yanvar tarixli 1951100006 nömrəli və “Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyası Qaydaları”nın təsdiq edilməsi barədə” 2018-ci il 8 oktyabr tarixli 1851100001 nömrəli qərarları ləğv edilsin.

3. Hüquq departamentinə (Rəna Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Qayda Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 10.5-ci, “Sığorta fəaliyyəti haqqında” Qanununun 38.1-ci, “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 63.2-ci, “İnvestisiya fondları haqqında” Qanununun 40.4-cü maddələrinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən bankın, sığortaçının, təkrarsığortaçının, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, səhmdar investisiya fondunun və investisiya fondunun idarəçisinin (bundan sonra – nəzarət subyektləri) müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada icra orqanı dedikdə, kollegial və (və ya) təkbaşına icra orqanı başa düşülür.

1.3. Bu Qayda ilə müəyyən edilən müsahibənin keçirilməsi qaydaları xarici bankın və xarici investisiya şirkətinin yerli filiallarının rəhbərlərinə də şamil edilir.

1.4. Müsahibənin keçirilməsində məqsəd namizədin peşəkarlıq və bilik səviyyəsini yoxlamaqla, iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir.

2.1. Nəzarət subyektlərinin lisenziyalaşdırılması prosesində (ilkin və yekun (müsahibədən müvəffəqiyyətlə keçmiş namizəd yekun müraciətədək dəyişdikdə) müraciət zamanı), habelə nəzarət subyektlərinin fəaliyyəti dövründə müsahibədən keçməsi nəzərdə tutulan namizəd haqqında aşağıdakı sənədlər Mərkəzi Banka təqdim olunur:

2.1.1. təhsil və əmək fəaliyyəti (iş təcrübəsi) haqqında sənədlərin notariat qaydasında və ya müvafiq hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

2.1.2. namizəd tərəfindən bu Qaydaya 1 nömrəli Əlavəyə uyğun olaraq doldurulmuş anket (ərizə);

2.1.3. namizədin cavabdeh olacağı sahə haqqında yazılı məlumat;

2.1.4. namizəd əcnəbi (xarici fiziki şəxs) olduqda, rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə son 3 (üç) ay ərzində verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.

2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi namizədin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir.

2.3. Lisenziyalaşdırılma prosesində namizədin bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan sənədlərində səhvlər və ya çatışmazlıqlar olmadıqda, həmçinin namizədin məqbul və lazımi keyfiyyətlərə malik olmamasına dair məlumat olmadıqda Mərkəzi Bank müsahibənin yerini və vaxtını təyin edir və bu barədə müsahibə gününə ən azı 3 (üç) iş günü qalmış nəzarət subyekti fəaliyyətinə lisenziya almaq istəyən şəxsə məlumat verir.

2.4. Nəzarət subyektlərinin fəaliyyəti dövründə namizəd haqqında təqdim edilən sənədlərə Mərkəzi Bank tərəfindən 30 (otuz) təqvim günü müddətində baxılır. Təqdim olunan sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda, həmçinin namizədin məqbul və lazımi keyfiyyətlərə malik olmamasına dair məlumat olmadıqda Mərkəzi Bank müsahibənin yerini və vaxtını təyin edir və müsahibə gününə ən azı 3 (üç) iş günü qalmış müsahibənin keçirilmə yeri və vaxtı barədə müraciəti təqdim edən nəzarət subyektinə məlumat verir. Təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə nəzarət subyektlərinə sənədlərin təqdim edildiyi gündən 15 (on beş) təqvim günü müddətində məlumat verilir və onlara bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Bildirişə baxılma müddəti ərzində namizədlər müsahibəyə dəvət edilmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.

2.5. Namizəd üzrlü səbəbdən müsahibəyə gəlmədikdə, bu barədə məlumat müsahibəyə qədər və ya müsahibənin təyin olunduğu tarixdən 2 (iki) iş günü müddətində Mərkəzi Banka təqdim edilir. Təqdim edilən məlumat əsasında Mərkəzi Bank 20 (iyirmi) təqvim günü müddətində (namizədin müsahibəyə gəlməməsinin səbəbindən asılı olaraq nəzarət subyekti ilə razılaşdırmaqla başqa vaxta) müsahibənin vaxtını təyin edir və müsahibə gününə ən azı 3 (üç) iş günü qalmış bu barədə müraciəti təqdim edən nəzarət subyektinə məlumat verir.

2.6. Bu Qaydanın 2.5-ci bəndinin məqsədləri üçün üzrlü səbəb dedikdə, namizədin səhhəti ilə bağlı olan, habelə onun iradəsindən asılı olmayaraq baş verən və onun müsahibədə iştirakını istisna edən digər hallar nəzərdə tutulur.

2.7. Namizəd üzrlü səbəb olmadan təyin olunan vaxtda müsahibəyə gəlmədikdə həmin şəxs müsahibədən keçməmiş sayılır.

2.8. Müsahibə namizədin razılığı ilə videoçəkiliş aparılmaqla və Müsahibə komissiyası tərəfindən həmin komissiyanın iclaslarında namizədin bu Qaydanın 2.10-cu bəndində nəzərdə tutulmuş meyarlar üzrə qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Namizəd videoçəkilişə razılıq vermədikdə müsahibə videoçəkilişsiz keçirilir.

2.9. Namizədi irəli sürən nəzarət subyektinin icra orqanının rəhbəri (icra orqanının üzvlərinin müsahibəsi zamanı) və (və ya) müşahidə (direktorlar) şurasının ən çoxu 2 (iki) üzvü Müsahibə komissiyasının iclasında müşahidəçi qismində iştirak edə bilər. Müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə maneə törətməməlidir.

2.10. Müsahibə komissiyası namizədlərin müvafiq vəzifəyə yararlılığını aşağıdakı meyarlara əsasən qiymətləndirir:

2.10.1. bilik səviyyəsi – maliyyə bazarları üzrə nəzəri bilikləri və vəzifənin tələblərinə uyğun səviyyədə qanunvericilik bilikləri, o cümlədən korporativ idarəetmə (strateji planlaşdırma, daxili nəzarət və risklərin idarə edilməsi və s.) prudensial tənzimləmə və nəzarət, valyuta tənzimi və nəzarəti, bazar davranışları, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri;

2.10.2. təcrübə və idarəetmə bacarığı – heyətin idarə edilməsi, problemlərin həll edilməsi, qərarvermə, liderlik bacarıqları.

2.11. Müsahibə olunan namizədə onun peşəkar fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə qiymətləndirilməsi yolverilməzdir.

2.12. Nəzarət subyektlərinin fəaliyyətinə lisenziya verilməsi prosesində, habelə nəzarət subyektlərinin fəaliyyəti dövründə müsahibədən müvəffəqiyyətlə keçmiş müşahidə (direktorlar) şurasının və ya icra orqanının üzvlərinin müsahibədən əvvəl təqdim edilmiş sənəd və ya məlumatlarında dəyişiklik olduqda, nəzarət subyekti 5 (beş) iş günü müddətində müvafiq yenilənmiş sənəd və ya məlumatları Mərkəzi Banka təqdim etməlidir.

3.1. Müsahibə komissiyası sədr və üzvlər daxil olmaqla 7 (yeddi) nəfərdən az olmayan tərkibdə Mərkəzi Bankın əməkdaşları sırasından Mərkəzi Bankın səlahiyyətli şəxsinin qərarı ilə yaradılır. Müsahibə komissiyasının fəaliyyətinə Müsahibə komissiyasının sədri rəhbərlik edir.

3.2. Müsahibə komissiyası komissiyanın iclaslarında ən azı 5 (beş) nəfər üzv iştirak etdikdə səlahiyyətli sayılır.

3.3. Aşağıdakı hallarda Müsahibə komissiyasının üzvü (üzvləri) özü-özünə etiraz edir:

3.3.1. üzv namizədlə yaxın qohumluq (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları), asılılıq, yaxud şəxsi ədavət münasibətində olduqda;

3.3.2. üzv müsahibədən əvvəlki 2 (iki) il ərzində namizədin təyin olunduğu nəzarət subyektində vəzifə tutduqda;

3.3.3. üzv bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olduqda.

3.4. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş əsaslar olduqda namizəd müsahibə başlanmazdan əvvəl Müsahibə komissiyasının üzvünə (üzvlərinə) etiraz edə bilər.

3.5. Bu Qaydanın 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan hallar baş verdikdə, müvafiq komissiyanın üzvü (üzvləri) həmin namizədlə müsahibədə iştirak edə bilməz.

3.6. Müsahibə komissiyasının işi obyektivlik və qərəzsizlik şəraitində aparılmalıdır. Müsahibə komissiyası öz qərarını açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab edilir.

3.7. Müsahibə komissiyası iclasında müsahibənin nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

3.7.1. namizəd iddia etdiyi vəzifəyə uyğundur;

3.7.2. namizəd iddia etdiyi vəzifəyə uyğun deyildir.

3.8. Müsahibədə nəzarət subyekti tərəfindən iştirak edən müşahidəçilərin, həmçinin namizədin müsahibəyə dair xüsusi rəyi olduqda həmin rəy yazılı qaydada bu Qaydaya 2 nömrəli Əlavəyə uyğun olaraq tərtib olunmuş qiymətləndirmə vərəqəsinə əlavə edilir.

3.9. Müsahibənin nəticələri iki nüsxədə tərtib edilən, Müsahibə komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan qiymətləndirmə vərəqəsi ilə rəsmiləşdirilir. Qiymətləndirmə vərəqəsi müsahibənin keçirildiyi gündən 3 (üç) iş günü müddətində müraciət etmiş nəzarət subyektinə təqdim olunur.

3.10. Müsahibə komissiyasının bu Qaydanın 3.7-ci bəndində nəzərdə tutulmuş qərarından məhkəməyə şikayət verilə bilər.

4.1. Müsahibədən müvəffəqiyyətlə keçmiş şəxs aşağıdakı hallarda yenidən müsahibəyə dəvət olunur:

4.1.1. nəzarət subyektinin icra orqanının üzvü olan şəxs həmin və ya eyni sahədə fəaliyyət göstərən digər nəzarət subyektində müşahidə (direktorlar) şurasının üzvü vəzifəsinə, müşahidə (direktorlar) şurasının üzvü olan şəxs isə həmin və ya eyni sahədə fəaliyyət göstərən digər nəzarət subyektində icra orqanının üzvü vəzifəsinə təyin edildikdə;

4.1.2. fərqli sahədə fəaliyyət göstərən nəzarət subyektində müşahidə (direktorlar) şurasının və ya icra orqanının üzvü vəzifəsinə təyin edildikdə;

4.1.3. müsahibədən keçdiyi gündən etibarən müşahidə şurasının üzvü 5 (beş) il, icra orqanının üzvü isə 3 (üç) il ərzində müsahibədən keçdiyi sahədə fəaliyyət göstərən nəzarət subyektində müvafiq olaraq müşahidə (direktorlar) şurasının və ya icra orqanının üzvü vəzifəsi üzrə işləmədikdə;

4.1.4. xarici bankın və xarici investisiya şirkətinin yerli filiallarının rəhbərləri həmin vəzifələrdən birindən digərinə, habelə eyni və ya fərqli sahədə fəaliyyət göstərən nəzarət subyektində müşahidə (direktorlar) şurasının və ya icra orqanının üzvü vəzifəsinə təyin edildikdə, həmçinin müsahibədən keçdiyi gündən etibarən 3 (üç) il ərzində müvafiq vəzifə üzrə işləmədikdə.

4.2. Namizəd barəsində bu Qaydanın 2.1.1-ci yarımbəndində qeyd olunan sənəd Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənəddə dəyişiklik olmadıqda onun yenidən təqdim edilməsi tələb olunmur, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.

4.3. Müsahibənin nəticəsində barəsində “namizəd iddia etdiyi vəzifəyə uyğun deyildir” qərarı qəbul edilən şəxsin namizədliyi nəzarət subyekti tərəfindən müsahibə günündən ən azı 3 (üç) ay keçdikdən sonra yenidən təqdim oluna bilər.

4.4. Üzrlü səbəb olmadan müsahibədə iştirak etməyən və ya müsahibənin nəticəsinə görə barəsində ardıcıl 2 (iki) dəfə “namizəd iddia etdiyi vəzifəyə uyğun deyildir” qərarı qəbul edilən şəxsin namizədliyi nəzarət subyekti tərəfindən müsahibə günündən ən azı 1 (bir) il keçdikdən sonra yenidən təqdim oluna bilər.

1. Adı_________________________________________________________________________

2. Doğulduğu tarix _____________________________________________________________

3. Doğulduğu yer ______________________________________________________________

4. Fərdi identifikasiya nömrəsi (bu olmadıqda şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)

_______________________________________________________________________________

5.Vətəndaşlığı _________________________________________________________________

6. Qeydiyyat ünvanı _______________________________________________________

7. Yaşadığı ünvan (Qeydiyyat ünvanından fərqlidirsə) ______________________________ ________________________________________________________________________________

8. Əlaqə telefonu (ları) ________________ __________________ ________________

9. Elektron poçt ünvanı(ları) (əgər varsa) _____________________________________

10. İddia olunan vəzifə haqqında aşağıdakı məlumatlar:

a) iddia olunan vəzifənin adı

___________________________________________________________________

b) iddia olunan vəzifəyə təyinat müddəti

___________________________________________________________________

c) vəzifə səlahiyyətlərinin icrasına başlama vaxtı

___________________________________________________________________

ç) bu vəzifə üzrə əvvəllər əvəzedici olduqda əvəzetmənin səbəbləri

___________________________________________________________________

*Qeyd: Namizəd müşahidə (direktorlar) şurasının müstəqil üzvü vəzifəsinə iddia etdikdə müstəqillik meyarlarına uyğun olması barədə məlumatlar əlavə edilir.

11. İstifadə edilmiş və ya dəyişdirilmiş adlar və soyadlar Bütün digər keçmiş ad və soyadları, onların dəyişdirilməsinin səbəblərini, habelə istifadə dövrünü göstərin (nikahdan əvvəlki soyadınız, əvvəlki nikahlardakı soyadınız, qanuni olaraq dəyişdirilmiş soyadlarınız və s.).

Adı, soyadı, atasının adı

Dəyişdirilmənin səbəbləri

a) Yaxın qohumları (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları):

- Onlardan müvafiq nəzarət subyektində işləyənlərin adı, soyadı, atasının adı, tutduqları vəzifə, nəzarət subyektində səhmdar olduğu halda isə adı, soyadı, atasının adı və payının həcmi

_________________________________________________________________________

- Onların məhkumluğunun olub-olmaması barədə məlumat

_________________________________________________________________________

Məhkum olunma tarixi və cinayət qanununun maddəsi

________________________________________________________________________

13. Təhsili barədə məlumatlar

a) Təhsiliniz barədə məlumatları göstərin.

b) Elmi dərəcələrinizi, elmi adlarınızı və elmi əsərlərinizi göstərin.

c) İxtisas dərəcənizi müəyyənləşdirmək üçün mühüm hesab etdiyiniz hər hansı başqa məlumatları (ixtisas üzrə yerli və ya beynəlxalq seminarlarda, treyninq-kurslarda, simpoziumlarda və s. tədbirlərdə iştirak) təqdim edin.

_______________________________________________________________________________ _______________________________________________________________________________

14. İş yeri (əsas və əlavə) və fəaliyyətiniz barədə məlumatlar

a) Əsas və əlavə iş yeriniz barədə aşağıdakı məlumatları xronoloji qaydada göstərin (sonuncu iş yerindən başlayaraq).

b) Müstəqil fəaliyyətin növü və fəaliyyət müddəti

______________________________________________________________________________

c) İddia etdiyiniz vəzifənin aid olduğu sahə üzrə aşağıdakı istiqamətlərdə bilik və bacarıqlarınızın səviyyəsi:

- Strateji planlaşdırma:

- Daxili nəzarət və risklərin idarə edilməsi:

- Mühasibat uçotu, maliyyə hesabatlılığı və audit:

- İnsan resurslarının idarəedilməsi:

- Korporativ idarəetmə:

- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə:

- İnformasiya təhlükəsizliyi və texnologiyaları:

15. Vətəndaş qüsursuzluğu barədə məlumatlar

a) Məhkumluğunuz varmı?

Məhkum olunma tarixi və cinayət qanununun maddəsi __________________________________________________________________

b) Keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilmisinizmi?

Cinayət məsuliyyətinə cəlb edilmə tarixi və cinayət qanununun maddəsi ________________________________________________________________________

c) Məhkəmə qərarı ilə müəyyən vəzifə tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilmisinizmi?

Məhrum olunma tarixi, məhrum olunduğunuz vəzifə və ya fəaliyyətin adı, məhrum olunma müddəti

_________________________________________________________________________

ç) Məhkəmə qərarı ilə müflis elan edilmisinizmi?

Müflis elan edilmə tarixi

_________________________________________________________________________

d) Keçmişdə və ya hazırda bu hissənin a-ç bəndlərində sadalanan tələblərə cavab verməyən ortaq marağınız olduğu şəxslərlə hər hansı cinayətkar sövdələşməniz mövcuddurmu?

Həmin şəxs(lər) haqqında məlumatlar _____________________________________________________________________

16. İşgüzar nüfuz və digər məlumatlar

a) Hazırda barənizdə cinayət təqibi həyata keçirilirmi?

Cinayət təqibi aparılan cinayət qanununun maddəsi ­­­­­

_________________________________________________________________________

b) Son 5 ildə məhkəmə və ya digər orqanın qərarı ilə sahibkarlıq və ya peşəkar fəaliyyətdən, habelə vəzifələrin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsindən irəli gələn hər hansı inzibati xətanın törədilməsində təqsirli hesab edilmisinizmi?

Qərarın tarixi və inzibati xətanın adı və mahiyyəti

_________________________________________________________________________

c) Hazırda mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatında, o cümlədən təyin olunduğunuz nəzarət subyektinə qarşı tərəf qismində çıxış edirsinizmi ?

İcraatda hansı subyekt qismində iştirak etdiyiniz və iddianın növü barədə məlumat _________________________________________________________________________

ç) Maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqədar məcburi ləğv olunmuş, yaxud müflis elan olunmuş hüquqi şəxsdə ləğvetmə və ya iflas haqqında qərarın qəbul edildiyi tarixdən əvvəl hüquqi şəxsin fəaliyyət strategiyasının müəyyən edilməsi və qərarların qəbul edilməsi proseslərində iştirak etmisinizmi?

Hüquqi şəxsin adı və həmin şəxsdə fəaliyyətinizin müddəti

_________________________________________________________________________

d) Hər hansı orqanın və (və ya) işəgötürənin qərarı ilə tutduğunuz vəzifədən kənarlaşdırılıb və ya azad edilmisinizmi?

Qərarı qəbul edən orqanın və (və ya) işəgötürənin adı, qərarın tarixi və kənarlaşdırılma səbəbiniz

________________________________________________________________________

e) İştirak etdiyiniz hüquqi şəxslər və ya xarici hüquqi təsisatlar barədə məlumatları qeyd edin.

ə) müşahidə (direktorlar) şurasının, icra orqanının, təftiş komissiyasının, audit komitəsinin üzvü və ya daxili audit xidmətinin (bölməsinin) əməkdaşı və ya digər rəhbəri olduğunuz hüquqi şəxslər (məhdud məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti, təsərrüfat ortaqlığı və s.) barədə aşağıdakı məlumatları qeyd edin.

İştirak etdiyiniz hüquqi şəxsdə və ya xarici hüquqi təsisatda digər təsisçi və ya benefisiar mülkiyyətçi olan fiziki şəxslər (təsisçi, yaxud benefisiar mülkiyyətçi olması göstərilməklə):

Onların məhkumluğunun olub-olmaması barədə məlumat

Məhkum olunma tarixi və cinayət qanununun maddəsi ____________________________________________________________________

Digər sahibkarlıq münasibətində olduğunuz fiziki şəxslər:

Onların məhkumluğunun olub-olmaması barədə məlumat

________________________________________________________________________

Məhkum olunma tarixi və cinayət qanununun maddəsi ________________________________________________________________________

g) Siyasi nüfuzlu şəxs statusunuza maliksinizmi?

Statusunuzun nə olduğunu qeyd edin _________________________________________________________________________

ğ) Siyasi nüfuzlu şəxslərin yaxın qohumusunuzmu?

Siyasi nüfuzlu şəxsi, statusunu və onunla olan qohumluq əlaqənizi qeyd edin _________________________________________________________________________

h) Siyasi nüfuzlu şəxsin yaxın münasibətdə olduğu şəxssinizmi?

Siyasi nüfuzlu şəxsi, statusunu və onunla olan yaxınlıq əlaqənizi qeyd edin _________________________________________________________________________

x) Keçmişdə və ya hazırda lisenziyalaşdırılan (icazə tələb olunan) hər hansı fəaliyyət növü ilə məşğul olmusunuzmu?

Lisenziyalaşdırılan (icazə tələb olunan) fəaliyyətin növü

________________________________________________________________________

ı) Lisenziyanız (icazəniz) ləğv edilmişdirmi?

Lisenziyanın (icazənin) ləğvi əsası

_________________________________________________________________________

i) Əgər sizin məqbul və lazımi keyfiyyətlərə malik olmanızı və ya peşəkarlığınızı təsdiq edən hər hansı əlavə məlumatlara maliksinizsə, həmin məlumatları göstərin.

________________________________________________________________________

j) Namizədliyinizin təqdim edildiyi nəzarət subyektinə münasibətdə hər hansı maliyyə öhdəlikləriniz varmı?

Maliyyə öhdəliyiniz barədə məlumatı qeyd edin

________________________________________________________________________

*Qeyd: Bu Anketdə “siyasi nüfuzlu şəxslər”, “siyasi nüfuzlu şəxslərin yaxın qohumu” və “siyasi nüfuzlu şəxslərin yaxın münasibətdə olduğu şəxs” dedikdə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.24-cü, 1.1.25-ci və 1.1.26-cı maddələrində qeyd olunan anlayışlar nəzərdə tutulmuşdur.

Bu anketdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və həmin məlumatlarda baş verən hər hansı dəyişikliklər barədə Mərkəzi Banka məlumat verməyi öhdəmə götürürəm. Haqqımda olan sənəd və ya məlumatların əlavə olaraq sorğu əsasında müstəqil və etibarlı mənbələrdən, habelə dövlət orqanlarından (qurumlarından) əldə olunmasına etiraz etmirəm.

İmza: ________________

Tarix: ________________

1. Namizədin adı, soyadı, atasının adı

______________________________________________________________________

2. Namizədin iddia etdiyi vəzifə

______________________________________________________________________

3. Namizədin xüsusi rəyi (olduqda)

______________________________________________________________________

4. Namizədi təqdim etmiş nəzarət subyektinin müsahibədə iştirak etmiş müşahidə (direktorlar) şurasının üzvünün və (və ya) icra orqanının rəhbərinin xüsusi rəyi (olduqda)

______________________________________________________________________

5. Müsahibə nəticələrinə görə qəbul edilmiş qərar

______________________________________________________________________

Səslərin miqdarı: lehinə _______________ əleyhinə _______________

Qeyd____________________________________________________________

______________________________________________________________________

Müsahibə komissiyasının sədri: _______________ _________________________

Müsahibə komissiyasının üzvləri:

________________ ______________________

________________ ______________________

Müsahibənin keçirilmə tarixi___________________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver