“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığortaçılardan, təkrarsığortaçılardan, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “2008-ci il 1 yanvar tarixinə qədər Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyul tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, №7, maddə 673; 2010, №7, maddə 701; 2014, №1, maddə 57) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 1 oktyabr 2014-cü il
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumlar:
“Azneft” İstehsalat Birliyi
“Azərikimya” İstehsalat Birliyi
“Azəriqaz” İstehsalat Birliyi
“Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi
Heydər Əliyev adına Neft Emalı Zavodu
“Azərneftyağ” Neft Emalı Zavodu
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
“Azenco” Açıq Səhmdar Cəmiyyəti
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
“Avro-Asiya İnşaat Korporasiyası” “Evrascon” Açıq Səhmdar Cəmiyyəti
Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti
“Silk Way Aviaşirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti
“BakuSteelCompany” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Azərinşaatservis” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyəti
“KaspianDrilinqKompaniLimited” Məhdud Məsuliyyətli Cəmiyyəti
“AzercellTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Azfen” Birgə Müəssisəsi
1. 11 mart 2016-cı il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 aprel 2016-cı il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 789)
2. 7 fevral 2017-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2017-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 288)
3. 24 fevral 2017-ci il tarixli 67 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 fevral 2017-ci il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 2, maddə 320)
4. 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1938)
5. 31 mart 2022-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 6 aprel 2022-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 291)
6. 23 fevral 2024-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27 fevral 2024-ci il, № 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 2, maddə 229)