Qanunvericilik › Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Tələblərin maliyyə icarəsi obyektinə yönəldilməsi

Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Bu Qanunda və maliyyə icarəsi müqaviləsində nəzərdə tutulan hallar istisna olmaqla maliyyə icarəsi müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verən maliyyə icarəsi obyekti ilə bağlı tələb irəli sürə bilməz.

14.2. İcarəçinin öhdəlikləri üzrə üçüncü şəxslərin tələbləri maliyyə icarəsi obyektinə yönəldilə bilməz.

14.3. İcarəyə verənin öhdəlikləri üzrə icarəyə verənin kreditorlarının, o cümlədən təminatlı kreditorlarının icarəçinin sahibliyində və istifadəsində olan maliyyə icarəsi obyektinə dair tələbləri yalnız icarəyə verənin bu Qanundan və maliyyə icarəsi müqaviləsindən irəli gələn hüquqlarına yönəldilmiş hesab olunur. Bu halda icarəyə verənin vəzifələri də həmin kreditorlara keçir.

14.4. Bu Qanunun 14.3-cü maddəsinin müddəaları icarəyə verənin müflis elan olunduğu halda da tətbiq edilir və bu zaman maliyyə icarəsi obyektinə tələblərin yönəldilməsinin digər xüsusiyyətləri “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver