Qanunvericilik › “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 10.07.2012) › Tam mətn

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 10.07.2012)

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 10.07.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 32.1-ci maddələrinə uyğun olaraq

1. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası” təsdiq edilsin (əlavə olunur);

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydanın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin;

3. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası” 01.11.2012-ci il tarixdən qüvvəyə minsin və həmin tarixdən Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 10.05.2005-ci il tarixli qərarı ilə (11 nömrəli protokol) təsdiq olunmuş (30.05.2005-ci il tarixli 3154 nömrəli şəhadətnamə) “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası” və bu Qaydaya 27.05.2008-ci il tarixli (15.06.2008-ci il tarixli 3401 nömrəli şəhadətnamə) və 14.10.2008-ci il tarixli qərarlarla təsdiq olunmuş (23.10.2008-ci il tarixli 3412 nömrəli şəhadətnamə) dəyişikliklər ləğv edilsin;

4. Pul siyasəti departamentinə (X.Abdullayev, A.Ələsgərov) tapşırılsın ki, Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qaydanın kommersiya banklarına göndərilməsini və bununla bağlı banklar üçün xüsusi təqdimatın keçirilməsini təmin etsin.

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 32-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları (bundan sonra – banklar) üçün məcburi ehtiyatlar normasını, məcburi ehtiyatların hesablanması və saxlanması qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. məcburi ehtiyatlar – ölkədə pul kütləsinin və bank sisteminin likvidliyinin tənzimlənməsində Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən istifadə olunan pul siyasəti aləti;

1.2.2. məcburi ehtiyatların norması – bankın məcburi ehtiyatlarının hesablanmasında istifadə olunan və hesablama bazasının müəyyən hissəsini ifadə edən faiz göstəricisi;

1.2.3. hesablama bazası – məcburi ehtiyatların hesablanmasında nəzərə alınan bankın milli və xarici valyutada, qiymətli metallarda öhdəlikləri;

1.2.4. hesablama dövrü – məcburi ehtiyatların hesablandığı və hesablama bazasının aid olduğu günləri əhatə edən dövr;

1.2.5. saxlama dövrü – son hesablama dövrünün hesablama bazası əsasında hesablanmış məcburi ehtiyatların saxlandığı günləri əhatə edən dövr.

1.2.6. əlaqəli depozitlər – aşağıdakı qrupların birinə aid olan bank depozitləri:

1.2.6.1. bir fiziki şəxsə məxsus bir neçə depozit;

1.2.6.2. bir hüquqi şəxsə məxsus bir neçə depozit;

1.2.6.3. hüquqi şəxsin və onda nəzarət zərfinə malik hüquqi və ya fiziki şəxslərin depozitləri;

1.2.6.4. nəzarət zərfi bankın depozitoru olmayan eyni şəxsə məxsus iki və daha çox hüquqi şəxsin depozitləri;

1.2.6.5. hər hansı depozitorun bankda krediti olduqda onun və həmin kredit üzrə birgə və ya subsidiar məsuliyyət daşıyan şəxsin (məsələn, zamin) depozitləri;

1.2.6.6. bankda kreditləri üzrə eyni təminatı təqdim edən iki və ya daha çox şəxsin depozitləri;

1.2.6.7. nəzarət zərfi dövlətə məxsus olan bütün hüquqi şəxslərin depozitləri;

1.2.7. bu Qaydanın məqsədləri üçün ”nəzarət zərfi” dedikdə hüquqi şəxsin nizamnamə kapitalında 51 və daha artıq faizlə iştirak payı, ”banka aidiyyəti olan şəxs” dedikdə isə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan şəxslər başa düşülür.

2.1. Məcburi ehtiyatların norması öhdəliklərin faizi nisbətində müəyyən edilir.

2.2. Məcburi ehtiyatların norması əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payından, banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payından, eyni zamanda milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin isə ümumi məbləğinin yeddi yüz əlli milyon manat ekvivalentini üstələməsindən asılı olaraq aşağıdakı kimi diferensiallaşdırılmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir:

2.2.1. milli valyutada cəlb edilmiş:

2.2.1.1. fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə;

2.2.1.2. hüquqi şəxslərin depozitləri üzrə;

2.2.2. xarici valyutada cəlb edilmiş:

2.2.2.1. fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə;

2.2.2.2. hüquqi şəxslərin depozitləri üzrə;

2.2.3. qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə;

2.2.4. qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə:

2.2.4.1. manatda öhdəliklər və manatla hesablaşmalar üzrə;

2.2.4.2. xarici valyutada öhdəliklər və xarici valyutada hesablaşmalar üzrə;

2.2.4.3. qiymətli metallarla öhdəliklər üzrə.

2.3. Məcburi ehtiyat norması və məcburi ehtiyat normasının ləğvi barədə qərar Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi tarixdən qüvvəyə minir və bu barədə banklara rəsmi məlumat verilir.

2.5. Məcburi ehtiyatlar bankın hesablama bazasının (Əlavə 1) hesablama dövrü üzrə orta günlük qalığı əsasında hesablanır. Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı hesablama dövrü üzrə orta günlük qalığı əsasında hesablanır və məcburi ehtiyatlar üzrə hesabatda göstərilir.

2.5-1. Əlaqəli depozitlər bir neçə qrupa aid edildikdə ümumi məbləği ən yüksək olan qrupun payı götürülməli və hesabata daxil edilməlidir.

2.5-2. Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı hesablanarkən bütün aidiyyəti şəxslər cəm şəklində nəzərə alınmalıdır.

2.5-3. Depozitlər eyni zamanda aidiyyəti şəxsə və əlaqəli depozitlərə aid olduqda, onlar həm əlaqəli depozitlərin cəmi depozitlərdə payının hesablanmasında, həm də banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payının hesablanmasında nəzərə alınmalıdır.

2.5-4. Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı hesablanarkən aşağıdakı depozitlər əlaqəli depozitlərdə və banka aidiyyəti olan şəxslərin depozitlərində nəzərə alınmır:

2.5-4.1. maliyyə institutlarının depozitləri, o cümlədən bankın törəmə maliyyə təşkilatlarının hesabları;

2.5-4.2. loro hesabları;

2.5-4.3. subordinasiya borc öhdəlikləri kimi cəlb edilmiş depozitlər.

2.6. Xarici valyuta və qiymətli metallar üzrə məcburi ehtiyatlar Mərkəzi Bankın hesablama dövrünün son iş gününə Mərkəzi Bankın manata qarşı müəyyən etdiyi rəsmi məzənnələri əsasında hesablanır.

2.7. Hesablama dövrü hər ayın ilk təqvim günü başlayır və son təqvim günü bitir.

2.8. Bank yenidən təşkil olunduqda yenidən təşkilin formasına uyğun olaraq yenidən təşkil olunan bank (banklar) üçün məcburi ehtiyatlar həmin bankın (bankların) hesablama bazası əsasında yenidən hesablanır.

2.9. Bank hesablama dövründən sonrakı 5 (beş) iş günü ərzində məcburi ehtiyatlar üzrə hesabatı (Əlavə 2) Mərkəzi Banka təqdim etməlidir.

2.10. Növbəti saxlama dövrünün məcburi ehtiyatları həmin hesabatla müəyyən edilir.

2.11. Bankın Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən filiallarının balansında olan depozitlər hesablama bazasına daxil edilmir.

3.1. Məcburi ehtiyatlar bankın Mərkəzi Bankda olan müxbir hesabında saxlanılır.

3.2. Saxlama dövrü hesablama dövrü bitdikdən sonrakı ayın 15-ci təqvim günü başlayır və növbəti ayın 14-cü təqvim gününədək davam edir.

3.3. Müxbir hesabın saxlama dövrü üzrə orta günlük qalıq məbləği son hesablama dövrünü əhatə edən hesablama bazası əsasında hesablanmış məcburi ehtiyatlardan az olmamalıdır.

3.4. Saxlama dövrü ərzində qeyri-iş günləri üçün müxbir hesabların qalığı əvvəlki iş gününün qalığı məbləğində nəzərə alınır.

3.5. Bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda ABŞ dollarında olan müxbir hesabında saxlamalıdır.

3.6. Saxlama dövrü ərzində məcburi ehtiyatların hesablanması və ya saxlanması qaydası pozulduqda banka qarşı məcburi ehtiyatların təmin edilməmiş məbləğinə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə müvafiq qaydada maliyyə sanksiyası tətbiq edilir və maliyyə sanksiyasının məbləği bankın Mərkəzi Bankdakı müxbir hesabından (hesablarından) tutulur.

3.8. Hər bir bank məcburi ehtiyatların saxlanmasına məsul olan inzibatçı təyin etməli və həmin şəxs haqqında yazılı məlumatı (soyadı, adı, atasının adı, bankdakı vəzifəsi və əlaqə rekvizitləri) Mərkəzi Banka təqdim etməlidir. Məcburi ehtiyatların saxlanmasına məsul olan inzibatçı dəyişdikdə bank yeni inzibatçı barədə yuxarıda göstərilən yazılı məlumatı 3 (üç) iş günü ərzində Mərkəzi Banka təqdim etməlidir.

3.9. Ölkədə makroiqtisadi sabitliyin, maliyyə bazarlarının dayanıqlığının və sabitliyinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti saxlanılan məcburi ehtiyatlar üzrə faizlərin ödənilməsi barədə qərar qəbul etdikdə bu barədə bütün kredit təşkilatlarına rəsmi məlumat verilir. Faizlər İdarə Heyətinin qərarında göstərilən müddətdə ödənilir və məcburi ehtiyat saxlayan bütün kredit təşkilatlarına şamil edilir.

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanılması Qaydası”na

Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər

35215, 35218, 35265, 35268, 35295, 35298, 35325, 35328, 35375, 35378, 35405, 35408, 35435, 35438, 35485, 35488, 35515, 35518, 35545, 35548, 35595, 35598, 35625, 35628, 35715, 35718, 35755, 35758, 35775, 35778, 35931, 35933, 35939

35225, 35228, 35240, 35243, 35275, 35278, 35305, 35308, 35335, 35338, 35350, 35353, 35385, 35388, 35415, 35418, 35445, 35448, 35460, 35463, 35495, 35498, 35525, 35528, 35555, 35558, 35570, 35573, 35605, 35608, 35635, 35638, 35725, 35728, 35740, 35743, 35765, 35768, 35785, 35788, 35941, 35943, 35949

35235, 35238, 35250, 35253, 35285, 35288, 35315, 35318, 35345, 35348, 35360, 35363, 35395, 35398, 35425, 35428, 35455, 35458, 35470, 35473, 35505, 35508, 35535, 35538, 35565, 35568, 35580, 35583, 35615, 35618, 35645, 35648, 35951, 35953, 35959

Büdcə təşkilatları və dövlət fondları qarşısında öhdəliklər

36010, 36015, 36040, 36045, 36115, 36140, 36143, 36145, 36148,, 36315, 36318, 36340, 36343, 36345, 36348, 36930, 36931, 36932, 36933

36020, 36025, 36050, 36055, 36120, 36123, 36125, 36150, 36153, 36155, 36158, 36320, 36323, 36325, 36328, 36350, 36353, 36355, 36358, 36940, 36941, 36942, 36943

36030, 36035, 36060, 36065, 36130, 36133, 36135, 36138, 36160, 36163, 36165, 36168, 36330, 36333, 36335, 36338, 36360, 36363, 36365, 36368, 36950, 36951, 36952, 36953

Beynəlxalq Maliyyə institutları ilə hesablaşmalar

Dövlət mülkiyyətində olan hüquqi şəxslər qarşısında öhdəliklər

38010, 38020, 38030, 38040, 38050, 38060, 38070, 38080, 38090, 38310, 38320, 38330, 38340, 38350, 38360, 38363, 38370, 38373, 38380, 38383, 38390, 38393, 38610,38613, 38620, 38623, 38630, 38633, 38640, 38643, 38650, 38653, 38660, 38663, 38670, 38673, 38680, 38683, 38690, 38693, 38931, 38932, 38933, 38934, 38935, 38936, 38937, 38938, 38939

38110, 38120, 38130, 38140, 38150, 38160, 38170, 38180, 38190, 38410, 38413, 38420, 38423, 38430, 38433, 38440, 38443, 38450, 38453, 38460, 38463, 38470, 38473, 38480, 38483, 38490, 38493, 38710, 38713, 38720, 38723, 38730, 38733, 38740, 38743, 38750, 38753, 38760, 38763, 38770, 38773, 38780, 38783, 38790, 38793, 38941, 38942, 38943, 38944, 38945, 38946, 38947, 38948, 38949

38210, 38220, 38230, 38240, 38250, 38260, 38270, 38280, 38290, 38510, 35813, 38520, 35823, 38530, 35833, 38540, 35843, 38550, 35853, 38560, 35863, 38570, 35873, 38580, 35883, 38590, 35893, 38810, 38813, 38820, 38823, 38830, 38833, 38840, 38843, 38850, 38853, 38860, 38863, 38870, 38873, 38880, 38883, 38890, 38893, 38951, 38952, 38953, 38954, 38955, 38956, 38957, 38958, 38959

Xarici dövlətlərin rəsmi idarələri qarşısında öhdəliklər

39010, 39040, 39070, 39100, 39103, 39130, 39133, 39160, 39163, 39190, 39220, 39250, 39930, 39931, 39939

39020, 39050, 39080, 39110, 39113, 39140, 39143, 39170, 39200, 39230, 39260, 39940, 39941, 39949

39030, 39060, 39090, 39120, 39123, 39150, 39153, 39180, 39210, 39240, 39270, 39950, 39951, 39959

Dövlət mülkiyyətində olmayan hüquqi şəxslər qarşısında öhdəliklər

40010, 40015, 40020, 40025, 40030, 40035, 40040, 40045, 40050, 40055, 40060, 40065, 40070, 40075, 40080, 40085, 40090, 40095, 40310, 40315, 40318, 40320, 40323, 40325, 40328, 40330, 40333, 40335, 40338, 40340, 40343, 40345, 40448, 40350, 40353, 40355, 40358, 40360, 40363, 40365, 40368, 40370, 40373, 40375, 40378, 40380, 40383, 40385, 40388, 40390, 40393, 40395, 40398, 40610, 40613, 40615, 40618, 40620, 40623, 40625, 40628, 40630, 40633, 40635, 40638, 40640, 40643, 40645, 40648, 40650, 40653, 40655, 40658, 40660, 40663, 40665, 40668, 40670, 40673, 40675, 40678, 40680, 40683, 40685, 40688, 40690, 40693, 40695, 40698, 40930, 40931, 40932, 40933, 40934, 40935, 40936, 40937, 40939

40110, 40115, 40120, 40125, 40130, 40135, 40140, 40145, 40150, 40155, 40160, 40165, 40170, 40175, 40180, 40185, 40190, 40195, 40410, 40415, 40420, 40423, 40425, 40428, 40430, 40433, 40435, 40438, 40440, 40443, 40445, 40448, 40450, 40453, 40455, 40458, 40460, 40463, 40465, 40468, 40470, 40473, 40475, 40478, 40480, 40483, 40485, 40488, 40490, 40493, 40495, 40498, 40710, 40713, 40715, 40718, 40720, 40723, 40725, 40728, 40730, 40733, 40735, 40738, 40740, 40743, 40745, 40748, 40750, 40753, 40755, 40758, 40760, 40763, 40765, 40768, 40770, 40773, 40775, 40778, 40780, 40783, 40785, 40788, 40790, 40793, 40795, 40798, 40940, 40941, 40942, 40943, 40944, 40945, 40946, 40947, 40949

40210, 40215, 40220, 40225, 40230, 40235, 40240, 40245, 40250, 40255, 40260, 40265, 40270, 40275, 40280, 40285, 40290, 40295, 40510, 40513, 40515, 40518, 40520, 40523, 40525, 40528, 40530, 40533, 40535, 40538, 40540, 40543, 40545, 40588, 40550, 40553, 40555, 40558, 40560, 40563, 40565, 40568, 40570, 40573, 40575, 40578, 40580, 40583, 40585, 40588, 40590, 40593, 40595, 40598, 40810, 40813, 40815, 40818, 40820, 40823, 40825, 40828, 40830, 40833, 40835, 40838, 40840, 40843, 40845, 40848, 40850, 40853, 40855, 40858, 40860, 40863, 40865, 40868, 40870, 40873, 40875, 40878, 40880, 40883, 40885, 40888, 40890, 40893, 40895, 40898, 40950, 40951, 40952, 40953, 40954, 40955, 40956, 40957, 40959

Fiziki şəxslər və fərdi sahibkarlar qarşısında öhdəliklər

41010, 41015, 41040, 41045, 41110, 41113, 41115, 41118, 41210, 41213, 41215, 41218, 41930, 41931, 41932, 41933

41020, 41025, 41050, 41055, 41120, 41123, 41125, 41128, 41220, 41223, 41225, 41228, 41940, 41941, 41942, 41943

41030, 41035, 41060, 41065, 41130, 41133, 41135, 41138, 41230, 41233, 41235, 41238, 41950, 41951, 41952, 41953

Buraxılmış borc qiymətli kağızları

42010, 42013, 42030, 42033, 42050, 42053, 42070, 42073, 42110, 42113

42020, 42023, 42040, 42043, 42060, 42063, 42080, 42083, 42120, 42123

45011, 45012, 45079, 45270

45021, 45022, 45089, 45280

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanılması Qaydası”na Əlavə № 2

Balans hesabları üzrə qalıqlar

qiymətli metallarla, cəmi

4. Dövlət mülkiyyətində olan hüquqi

5. Dövlət mülkiyyətində olan hüquqi

6. Dövlət mülkiyyətində olan hüquqi

qiymətli metallarla, cəmi

qiymətli metallarla, cəmi

10. Dövlət mülkiyyətində

11. Dövlət mülkiyyətində

xarici valyutada, cəmi

12. Dövlət mülkiyyətində

qiymətli metallarla, cəmi

qiymətli metallarla, cəmi

borc qiymətli kağızları

17. Buraxılmış borc qiymətli

xarici valyutada, cəmi

qiymətli metallarla, cəmi

21. Hüquqi şəxslərin milli valyutada cəlb edilmiş depozitləri, cəmi (sətir

22. Fiziki şəxslər və fərdi sahibkarların milli valyutada cəlb edilmiş depozitləri üzrə,

23. Hüquqi şəxslərin xarici valyutada cəlb edilmiş depozitləri üzrə, cəmi (sətir

24. Fiziki şəxslər və fərdi sahibkarların xarici valyutada cəlb edilmiş

depozitləri üzrə, cəmi (sətir 14)

25. Qiymətli metallarda, cəmi (sətir 3+6+9+12+15+20)

26. Əlaqəli depozitlərin cəmi depozitlərdə payı, %-lə

27. Banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə payı, %-lə

28.Məcburi ehtiyatlar (manatla)

29.Məcburi ehtiyatlar (valyutada)

30.Məcburi ehtiyatlar (qiymətli metallarda)

Balans hesabları üzrə qalıqlar

1. Qeyri- rezident maliyyə sektoru qarşısında öhdəliklər

2. Qeyri- rezident maliyyə sektoru qarşısında öhdəliklər

3. Qeyri- rezident maliyyə sektoru qarşısında öhdəliklər

qiymətli metallarla, cəmi

4. Beynəlxalq Maliyyə institutları ilə hesablaşmalar

5. Beynəlxalq Maliyyə institutları ilə

6. Beynəlxalq Maliyyə institutları ilə

qiymətli metallarla, cəmi

7. Cəmi, manatla (sətir 1+4)

8. Cəmi, xarici valyutada (sətir

9. Cəmi, qiymətli metallarda

10. Məcburi ehtiyatlar (manatla)

11. Məcburi ehtiyatlar (xarici valyutada)

12. Məcburi ehtiyatlar (qiymətli metallarda)

Cəmi məcburi ehtiyatlar (manatla)

Cəmi məcburi ehtiyatlar (xarici valyutada)

Cəmi məcburi ehtiyatlar (qiymətli

1. Hər balans hesablarının qalığı müvafiq günün sütununda yazılır.

2.Yekun sütununda hesabat ayında gündəlik balans hesablarının qalığının cəmi qeyd olunur (sətir 26 və sətir 27 istisna olmaqla).

3.Sətir 26 və sətir 27-nin Yekun sütununda ay üzrə orta günlük rəqəm qeyd olunur.

4. Aşağıda göstərdiyimiz balans hesablarının qalıqları bu şəkildə hesablanmalıdır:

45011-ci balans hesabının qalığından 25011-ci balans hesabının qalığı çıxılmalıdır. 45012-ci balans hesabının qalığından 25012-ci balans hesabının qalığı çıxılmalıdır. 45079-cu balans hesabının qalığından 25079-cu balans hesabının qalığı çıxılmalıdır. 45270-ci balans hesabının qalığından 25270-ci balans hesabının qalığı çıxılmalıdır.

45021-ci balans hesabının qalığından 25021-ci balans hesabının qalığı çıxılmalıdır. 45022-ci balans hesabının qalığında 25022-ci balans hesabının qalığı çıxılmalıdır. 45089-cu balans hesabının qalığından 25089-cu balans hesabının qalığı çıxılmalıdır. 45280-ci balans hesabının qalığından 25280-ci balans hesabının qalığı çıxılmalıdır.

45290-ci balans hesabının qalığından 25290-ci balans hesabının qalığı çıxılmalıdır.

5. Qeyri-iş günləri üçün cəlb edilmiş vəsait qalıqları əvvəlki iş gününün məbləği səviyyəsində götürülür.

6. L1- Əlaqəli depozitlərin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı üzrə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş limit.

7. L2-banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə (milli və xarici valyutada hüquqi və fiziki şəxslər üzrə) payı üzrə Mərkəzi Bank tərəfindən müəyyən olunmuş limit.

8. Məcburi ehtiyatların Mərkəzi Bankda saxlanmalı olan məbləği aşağıdakı kimi hesablanır:

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 23-ün yekunu (≤750 mln.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 23-ün yekunu (≤750 mln.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 23-ün yekunu (≤750 mln.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 23-ün yekunu (≤750 mln.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 23-ün yekunu (>750 mln.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 23-ün yekunu (>750 mln.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 23-ün yekunu (>750 mln.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 23-ün yekunu (>750 mln.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 21-in yekunu (≤1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (≤ L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (≤ L1) və sətir 27-nin yekunu (>L2):

Sətir 21-in yekunu (>1 mlrd.), sətir 26-nın yekunu (> L1) və sətir 27-nin yekunu (>L2):

ME1 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME2 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME3 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME4 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME5 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME6 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME7 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME8 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

MEN1 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN2 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN3 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN4 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN5 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN6 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN7 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN8 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

ME9 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME10 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME11 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME12 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME13 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME14 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME15 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

ME16 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa saxlanmalı məcburi ehtiyat məbləği

MEN9 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN10 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN11 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN12 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN13 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN14 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN15 – xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEN16 - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği yeddi yüz əlli milyon manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa müəyyən edilmiş məcburi ehtiyat norması

MEqm1 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MEqm2 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MEqm3 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MEqm4 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MEqm5 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MEqm6 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MEqm7 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MEqm8 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklər üçün saxlanılmalı olan məcburi ehtiyat məbləği

MENqm1 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

MENqm2 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

MENqm3 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

MENqm4 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan az, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

MENqm5 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

MENqm6 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən çox və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən az olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

MENqm7 – milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan çox, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən az və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

MENqm8 - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği bir milyard manatdan, əlaqəli depozitlərin cəmi depozitlərdə xüsusi çəkisi L1-dən və banka aidiyyəti olan şəxslərin depozitlərinin cəmi depozitlərdə xüsusi çəkisi L2-dən çox olarsa qiymətli metallar üzrə öhdəliklərə müəyyən edilmiş məcburi ehtiyat norması

Sətir 28, sətir 29 və sətir 30-un hesablanmasında qeyd olunan diferensiasiya nəzərə alınır.

1. Hər balans hesabları qrupunun qalığı müvafiq günün sütununda yazılır.

2. Məcburi ehtiyatların Mərkəzi Bankda saxlanmalı olan məbləği aşağıdakı düsturla hesablanır:

ME – Məcburi ehtiyatların həcmi

MEN – Mərkəzi Bankın müəyyən etdiyi məcburi ehtiyatlar norması

Məcburi ehtiyatların Mərkəzi Bankda saxlanmalı olan yekun məbləği aşağıdakı düsturla hesablanır: Cəmi manatla:

Cəmi manatla məcburi ehtiyatlar = sətir 28 (cədvəl 1) + sətir 10 (cədvəl 2) Cəmi x / valyutada:

Cəmi x / valyutada məcburi ehtiyatlar = sətir 29 (cədvəl 1) + sətir 11 (cədvəl 2) Cəmi qiymətli metallarla:

Cəmi qiymətli metallarla məcburi ehtiyatlar = sətir 30 (cədvəl 1) + sətir 12 (cədvəl 2)

1. 11 mart 2013-cü il tarixli 06/01 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201303110601, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 mart 2013-cü il)

2. 30 iyul 2014-cü il tarixli 18/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201407300182, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 avqust 2014-cü il)

3. 26 fevral 2015-ci il tarixli 11/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201502260112, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 06 mart 2015-ci il)

4. 3 mart 2016-cı il tarixli 16/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201603030164, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 mart 2016-cı il)

5. 30 may 2017-ci il tarixli 14/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201705300141, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyun 2017-ci il)

6. 6 iyun 2022-ci il tarixli 20/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202206060201, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 iyun 2022-ci il)

7. 19 dekabr 2022-ci il tarixli 57/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202212190571, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 dekabr 2022-ci il)

8. 3 iyul 2023-cü il tarixli 33/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202307030331, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyul 2023-cü il)

9. 02 avqust 2023-cü il tarixli 39/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202308020393, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 avqust 2023-cü il)

10. 01 noyabr 2023-cü il tarixli 53/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202311010531, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 noyabr 2023-cü il)

11. 31 iyul 2024-cü il tarixli 32/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202407310322, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 avqust 2024-cü il)

12. 27 noyabr 2024-cü il tarixli 48/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202411270481, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 dekabr 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver