AZƏRBAYCAN RESPUBLİKASININ QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI
"Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın yeni redaksiyada təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikasında məcburi köçkünlərə dövlət büdcəsindən yemək xərci üçün verilən aylıq müavinətin paylanılmasını tənzimləyən "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010-cu il 17 dekabr tarixli 4076 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmışdır.
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78-ci maddəsinin tələblərinə əsasən qəbul edilmiş bütün hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydası müəyyənləşdirilmişdir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli Fərmanının 2-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasma dair Təlimat"ın yenidən işlənilməklə təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi zərurəti yaranmışdır.
Hazırkı Təlimat Azərbaycan Respublikasının Ədliyyə, Maliyyə nazirlikləri, Milli Bank və əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin rəy və təklifləri nəzərə alınmaqla yenidən işlənilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli Fərmanının 2-ci hissəsinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Əsasnamə"sinin 4.5-ci, 4.7-ci bəndlərinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında" 2001-ci il 20 avqust tarixli 139 nömrəli qərarının 4-cü hissəsini rəhbər tutaraq
2. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2010-cu il 10 dekabr tarixli 127 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2010-cu il 17 dekabr tarixli 4076 nömrəli şəhadətnamə verilməklə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" ləğv edilsin.
3. Qərar qəbul edildiyi gündən üç gün ərzində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadova tapşırılsın.
Baş nazirin müavini -
Dövlətqaçqınkomun sədri
1. 29 iyul 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201607290003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 8 avqust 2016-cı il)
15 fevral 2017-ci il tarixli 1 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702150001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 fevral 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI