Qanunvericilik › Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində fəaliyyətin əsas prinsipləri

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

5.0. Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində fəaliyyətin əsas prinsipləri aşağıdakılardır:

5.0.1. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi əsaslarla uzlaşdırılması;

5.0.2. mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə əlaqədar fəaliyyətin planlaşdırılması zamanı aqroekosistemlərin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə alınması;

5.0.3. aqrofitomüxtəlifliyin qorunub saxlanması və istifadəsi üzrə fəaliyyətin bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi;

5.0.4. aqroekosistemlərdə təsərrüfat və ya digər fəaliyyətin səbəb olduğu antropogen çirklənmənin müəyyən edilməsi və onun qarşısının alınması;

5.0.5. gen mühəndisliyinin və yeni texnologiyaların tətbiqindən alınmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının sonrakı istifadəsinə maneə törədən və (və ya) onların azalmasına səbəb olan genetik modifikasiya olunmuş bitkilər və digər məhsulların aqroekosistemlərə mənfi təsirinin qarşısının alınması;

5.0.6. Azərbaycan Respublikasının bir sıra bitkilərin ilkin və ikinci əmələgəlmə və mədəniləºdirmə mərkəzi olmasının sübut edilməsi və Azərbaycan alimləri tərəfindən və xalq seleksiyası nəticəsində yaradılmış bitki sortlarının mənşəyini təsdiq etmək məqsədi ilə genetik pasportlaşdırmanın həyata keçirilməsi;

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver