Qanunvericilik › “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 17.11.2011) › Tam mətn

“Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 17.11.2011)

“Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 17.11.2011) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QƏRARA ALIR:

1. “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).

2. Kadrlarla iş və hüquq şöbəsinə (N. Şükürlüyə) tapşırılsın ki, yuxarıda qeyd edilən hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Ümumi şöbəyə (B. Əliyevə) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə çatdırılmasını təmin etsin.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2009-cu il 10 mart tarixli 4 nömrəli kollegiya qərarının 1-ci hissəsi və 2010-cu il 20 iyul tarixli 4-2 nömrəli kollegiya qərarı ləğv edilsin.

5 Bu Qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.

“Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” (bundan sonra “VTİSK” adlandırılacaq) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci və 156-cı maddələrinin 2-ci hissələrinin tələblərinə uyğun olaraq hazırlanmışdır.

VTİSK mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mədəni-maarif müəssisələrində qulluqçu vəzifələrinin (rəhbərlər, mütəxəssislər) əməyinin ödəniş dərəcəsinin müəyyən edilməsi üçün tətbiq edilir.

VTİSK mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətlərini özündə əks etdirir.

VTİSK-də hər bir vəzifənin tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir:

- “Əmək funksiyası” bölməsində bu vəzifəni tutan işçinin görməli olduğu işlərin həcmi və məzmunu;

- “Bilməlidir” bölməsində işçinin qanunvericilik aktlarını və digər normativ hüquqi sənədləri, eləcə də yerinə yetirilən işin üsul və vasitələrini bilməsi kimi tələblər;

- “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin xüsusi hazırlıq səviyyəsi, ixtisas və əmək stajına olan tələblər öz əksini tapmışdır.

VTİSK qulluqçu vəzifələrini tutan işçilərin əsas vəzifələrini, hüquq və məsuliyyətini əks etdirən vəzifə təlimatlarının hazırlanmasında, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisaslarından asılı olaraq onların məşğulluğunun səmərəli təmin edilməsinə nəzarətin həyata keçirilməsində, qulluqçuların attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

VTİSK-də rəhbərlərin və müvafiq hallarda mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir. Mədəni-maarif müəssisələrinin rəhbərlərinin və müvafiq halda mütəxəssislərinin əməyinin ödəniş qrupları aşağıdakı göstəricilər üzrə müəyyən edilir:

- kitabxanalar (mərkəzləşdirilmiş kitabxana sistemləri)

Milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən; oxucularının və istifadəçilərinin orta illik sayı 45 min nəfərdən, kitab və digər informasiya daşıyıcılarının verilişi 550 min nüsxədən çox olan

Oxucuların və istifadəçilərinin orta illik sayı 30 mindən 45 min nəfərədək, kitab və digər informasiya daşıyıcılarının verilişi 400 mindən 550 min nüsxəyədək olan

Oxucuların və istifadəçilərinin orta illik sayı 20 mindən 30 min nəfərədək, kitab və digər informasiya daşıyıcılarının verilişi 200 mindən 400 min nüsxəyədək olan

Oxucuların və istifadəçilərinin orta illik sayı 20 min nəfərədək, kitab və digər informasiya daşıyıcılarının verilişi 200 min nüsxəyədək olan

- klublar, mədəniyyət evləri (sarayları)

Tamaşa zalında oturacaq yerlərin sayı 500-dən, bədii özfəaliyyət kollektivləri dərnəklərin sayı 5-dən çox olan, maraq klubları və həvəskar birliklərinin sayı 4 və daha çox olan, “xalq” adını daşıyan kollektivi (kollektivləri) olan, ödənişli dərnəklərinin sayı 5 və daha çox olan

Tamaşa zalında oturacaq yerlərin sayı 250-dən 500-dək olan, bədii özfəaliyyət kollektivləri dərnəklərinin sayı 4 və ya 5, maraq klubları və həvəskar birliklərin sayı 3, ödənişli dərnəklərinin sayı 4 olan

Tamaşa zalında oturacaq yerlərin sayı 100-dən 250-dək olan, bədii özfəaliyyət kollektivləri dərnəklərin sayı 3, maraq klubları və həvəskar birliklərin sayı 2, ödənişli dərnəklərin sayı 3 olan

Tamaşa zalında oturacaq yerlərin sayı 100-dən az, bədii özfəaliyyət kollektivləri dərnəklərin sayı 2, maraq klubları və həvəskar birliklərin sayı 1, ödənişli dərnəklərin sayı 2 və bu göstəricilərdən az olan

- tarix-diyarşünaslıq muzeyləri

İl ərzində muzeyə gələnlərin sayı 50 min nəfərdən, əsas fondunun eksponatlarının sayı 25 min vahiddən çox olan

İl ərzində muzeyə gələnlərin sayı 30 mindən 50 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 4 mindən 25 min vahidədək olan

İl ərzində muzeyə gələnlərin sayı 30 minədək, əsas fondunun eksponatlarının sayı 4 min vahidədək olan

İl ərzində muzeyə gələnlərin sayı 50 min nəfərdən, əsas fondunun eksponatlarının sayı 4 min vahiddən çox olan

İl ərzində muzeyə gələnlərin sayı 20 min nəfərdən 50 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 2 mindən 4 min vahidədək olan

İl ərzində muzeyə gələnlərin sayı 15 mindən 20 min nəfərədək, əsas fondunun eksponatlarının sayı mindən 2 min vahidədək olan

İl ərzində muzeyə gələnlərin sayı 15 min nəfərədək, əsas fondunun eksponatlarının sayı min vahidədək olan

- ədəbiyyat, xatirə muzeyləri və muzey tipli digər müəssisələr

İl ərzində muzeyə gələnlərin sayı 10 min nəfərdən, əsas fondun eksponatlarının sayı 3 min vahiddən çox olan

İl ərzində muzeyə gələnlərin sayı 5 min nəfərdən 10 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 2 mindən 3 min vahidədək olan

İl ərzində muzeyə gələnlərin sayı 3 mindən 5 min nəfərədək, əsas fondunun eksponatlarının sayı 1 mindən 2 min vahidədək olan

İl ərzində muzeyə gələnlərin sayı 3 min nəfərədək, əsas fondun eksponatlarının sayı 1 min vahidədək olan

- mədəniyyət və istirahət parkları

Ümumi sahəsi 5 hektardan, idman qurğuları və meydançalarının sayı 4-dən, attraksionlarının sayı 5-dən, oyun avtomatlarının sayı 10-dan çox olan

Ümumi sahəsi 4—5 hektar, idman qurğuları və meydançalarının sayı 3—4, attraksionlarının sayı 3—5, oyun avtomatlarının sayı 7—10 olan

Ümumi sahəsi 3 hektaradək, idman qurğuları və meydançaları 3-dək, attraksionlarının sayı 2-dək, oyun avtomatlarının sayı 7-dək olan

İl ərzində heyvanat parkına gələnlərin sayı 100 min nəfərdən, saxlanılan heyvanat növlərinin sayı 150-dən çox olan

İl ərzində heyvanat parkına gələnlərin sayı 100 min nəfərədək, saxlanılan heyvanat növlərinin sayı 150-dək olan

Mürəkkəb, mexanikləşdirilmiş attraksionları olan

Sadə attraksionları olan

Dövlət mədəni-maarif müəssisələrinin rəhbərlərinin əməyinin ödəniş qruplarının müəyyənləşdirilməsi həmin müəssisələrin müraciəti əsasında onların fəaliyyətinin nəticəsi nəzərə alınmaqla bilavasitə tabe olduqları yuxarı idarəetmə orqanları tərəfindən həyata keçirilir. Mədəni-maarif müəssisələrinin ödəniş qrupları son 3 ilin hesabat göstəricilərinə əsasən ən azı ildə bir dəfə müəyyən edilir. Bu zaman müəssisə müvafiq qrupa həmin qrup üzrə müəyyən edilmiş bütün göstəricilər olduqda aid edilir. Göstəricilərindən ən azı biri müvafiq qrupun göstəricisindən aşağı olan müəssisələrin ödəniş qrupu bir qrup aşağı, lakin ən aşağı qrupdan az olmamaqla müəyyənləşdirilir. Filialları olan mədəni-maarif müəssisələrinin ödəniş qrupları müəyyənləşdirilərkən filialların göstəriciləri də nəzərə alınır.

Mədəni-maarif müəssisələrində çalışan, VTİSK-də müvafiq vəzifələrin ixtisas tələblərində müəyyən edilmiş ixtisas təhsili olmayan qeyri-ixtisas təhsilli mütəxəssislərin əməyinin ödəniş dərəcəsi bir dərəcə aşağı müəyyən edilir.

İxtisas təhsili müəssisəsini fərqlənmə diplomu ilə bitirmiş rəhbər və mütəxəssis kateqoriyasına aid edilən vəzifələrdə çalışan işçilərin əməyinin ödəniş dərəcəsi bununla əlaqədar ixtisas tələblərində müvafiq tələb nəzərdə tutulmadıqda, müvafiq vəzifə üçün müəyyən edilmiş dərəcələr diapazonu çərçivəsində uyğun dərəcədən bir dərəcə yuxarı müəyyən edilir.

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəblərində struktur bölməyə (şöbəyə, sektora, seksiyaya və s.) rəhbərlik edən mütəxəssisin əməyinin ödəniş dərəcəsi mütəxəssis vəzifəsi üçün müəyyən edilmiş əməyin ödəniş dərəcəsindən bir dərəcə yuxan müəyyən edilir.

Rəhbərin müavininin aylıq vəzifə maaşı müvafiq rəhbərin aylıq vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən edilir.

Dövlət mədəni-maarif müəssisələrinin ödəniş qrupu göstəriciləri müəyyən qrup göstəricilərinə tam uyğun gəlməzsə, müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həmin müəssisələrin dünyəvi, elmi-kütləvi, geniş və səmərəli iş fəaliyyəti nəzərə alınaraq onların ödəniş qrupu bir qrup yuxarı müəyyənləşdirilir.

Respublikanın paytaxtında yerləşən, respublika miqyasında elmi-metodiki mərkəz hesab edilən, ödəniş qrupu göstəriciləri III qrup ödəniş göstəricilərindən aşağı olan muzey və muzey tipli müəssisələr III qrupa aid edilirlər.

Fəaliyyət sahələri uyğunluq təşkil edən digər müəssisələrin ödəniş qrupları müvafiq mədəni-maarif müəssisələrinin ödəniş qrupu göstəricilərinə əsasən müəyyən edilir.

VTİSK-də böyük və aparıcı mütəxəssislər və rəhbərlərin müavinlərinin tarif-ixtisas xüsusiyyətləri öz əksini tapmamışdır. Bu vəzifələr üzrə əmək funksiyası, biliyə və ixtisasa olan tələblər onlara uyğun gələn müvafiq vəzifələr əsasında müəyyən edilir.

“Böyük” vəzifə adı işçi öz vəzifəsindən başqa ona tabe olan icraçıya rəhbərlik etdikdə verilir.

“Aparıcı” vəzifə adı mütəxəssisə o zaman verilir ki, mütəxəssis müəssisənin və ya onun struktur bölməsinin işini müəyyən bir sahədə istiqamətləndirsin və həmin bölmənin işçilərinə metodiki rəhbərlik etsin.

Əmək müqaviləsinin (kontraktının) şərtlərində müəyyən edildikdə və ya işçilərin attestasiya komissiyasının təklifi ilə bu Kitabçada müəyyən edilmiş ixtisas tələblərindəki təhsil səviyyəsinə, əmək stajına (tələb qoyulduqda) və ya əlavə təhsilə (peşə hazırlığına) malik olmayan, lakin üzərinə qoyulan vəzifələri keyfiyyətlə yerinə yetirən və lazımı praktiki təcrübəsi olan işçilər müstəsna hallarda bu ixtisas tələblərinə malik işçilər kimi hər hansı bir vəzifəyə təyin edilə bilərlər.

Kitabxana direktoru (müdiri); Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru (müdiri)

Muzey direktoru; Muzey tipli müəssisənin direktoru

Mədəni-maarif müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasibi;

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin direktoru;

Xoreoqrafiya məktəbinin direktoru

Heyvanat parkının direktoru

Rayon (şəhər, qəsəbə, kənd) mədəniyyət evinin (sarayının) direktoru (müdiri); Mərkəzi klubun (kənd klubunun) direktoru (müdiri):

a) rayon (şəhər) mədəniyyət evində (sarayında), mərkəzi klubda

b) qəsəbə, kənd mədəniyyət evində və kənd klubunda

Mədəniyyət və istirahət parkının direktoru

Kitabxana filialının müdiri; Mərkəzləşdirilmiş kitabxana sisteminin filialının müdiri

Muzey filialının müdiri

Kitabxananın şöbə müdiri; Kitabxananın bölmə müdiri

Kitabxananın elmi katibi

Muzeyin elmi katibi; Heyvanat parkının elmi katibi

Klubun (mədəniyyət evinin (sarayının), mədəniyyət və istirahət parkının, mədəni-maarif müəssisəsinin) bədii rəhbəri

Bərpaçı emalatxanasının müdiri

Heyvanat parkının şöbə (bölmə) müdiri

Heyvanat parkının baytarlıq laboratoriyasının müdiri

Mədəniyyət evinin (sarayının, mərkəzi klubun, mədəni-maarif müəssisəsinin) şöbə (bölmə) müdiri:

a) əsas şöbələrdə (bölmələrdə)

b) köməkçi şöbələrdə (bölmələrdə)

Bədii-tərtibat emalatxanasının müdiri

Rəqs gecəsinin sərəncamçısı; Diskoteka aparıcısı; Diskotekanın musiqi hissəsinin rəhbəri

Dərnək rəhbəri; Həvəskar birliyin rəhbəri; Maraq dairəsi üzrə klub rəhbəri

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri); Xoreoqrafiya məktəbinin müəllimi(konsertmeysteri)

Rejissor (dirijor, baletmeyster, xormeyster)

Elektron kitabxananın proqramçısı

Mədəni-maarif işləri üzrə metodist

Multimedia mütəxəssisi; Multimedia resursları üzrə mütəxəssis

İnformasiya texnologiyaları üzrə mütəxəssis;

Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis

Mədəni-maarif müəssisəsinin redaktoru

Beynəlxalq əlaqələr üzrə tərcüməçi-redaktor

Heyvanat parklarının baytar həkimi

Mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı

Muzey baxıcısı; Muzey nəzarətçisi; Abidə mühafizəçisi

Rejissor (dirijor, baletmeyster, xormeyster) köməkçisi

Əmək funksiyası. Kitabxana işini təşkil edir. Kitabxananın elmi və təsərrüfat-istehsalat fəaliyyətinə rəhbərlik edir. Müəyyən edilmiş qaydada perspektiv və cari işlər planını təsdiq edir. Oxuculara vaxtında xidmət göstərilməsinə nəzarət edir. İnformasiya və kitabxananın işinin formalaşdırılması işlərini, kitab təbliği və sərgisinin keçirilməsi kimi aktiv tədbirləri təşkil edir. Başqa kitabxanalarla kitabxanalararası abonement üzrə əlaqələr yaradır. Kitabxana məsələləri üzrə beynəlxalq kitabxana təşkilatları, elmi-texniki informasiya orqanları, ictimai təşkilatlar, arxivlər və başqa idarə və müəssisələr ilə daimi əlaqə saxlayır. Kitabxananın lazımi texniki vasitələrlə təmin edilməsi üçün tədbirlər görür. Kitabxanada veb-saytının, elektron kataloqun və elektron kitabxananın yaradılmasına və idarə olunmasına, yeni elektron resursların, bazaların yaradılmasına, elektron kataloqun kataloqlaşdırma, komplektləşdirmə, oxucu, kitab verilməsi modullarının işinin təşkilinə və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin fəaliyyətinə nəzarət edir. Kitabxana işinin mexanikləşdirilməsinə səy göstərir. Kitabxananı ixtisaslı kadrlarla təmin edir. İşçilərin bilik və bacarıqlarından səmərəli istifadə edir. İşçilərin ixtisaslarının artırılması üçün tədbirlər həyata keçirir. Əmək intizamının gücləndirilməsi üçün işçilərin maddi həvəsləndirilməsi, eləcə də zəruri hallarda onlara inzibati tənbeh verilməsi üçün tədbirlər görür. Kitabxananın müəyyən olunmuş forma üzrə müasir və sistematik uçot fəaliyyətini təşkil edir. İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları; mədəni-maarif müəssisələrinin inkişaf perspektivlərini, bu sahədə qanunvericiliyi, dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə dair qərar, əmr, sərəncam və digər sənədlərini; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; iqtisadiyyatın əsaslarını; əməyin təşkili və idarə olunmasını; əmək qanunvericiliyinin əsaslarını; əmək müqavilələrinin bağlanmasını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı olduqda;

14-cü dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda və ixtisası üzrə 7 ildən az olmayaraq əmək stajı olduqda;

15-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

16-cı dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

17-ci dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) və muxtar respublika miqyaslı kitabxanalarda;

18-ci dərəcə: respublika miqyaslı elmi, uşaq və gənclər, gözdən əlilliyi olan şəxslər və s. təyinatlı kitabxanalarda;

19-cu dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Əsasnaməsinə (nizamnaməsinə) uyğun olaraq muzeyə və ya muzey tipli müəssisəyə rəhbərlik edir. Əhalinin ideya-siyasi və mənəvi tərbiyəsi məqsədilə bədii və mədəni irsin, ölkənin, eləcə də dünya mədəniyyətinin ən yaxşı mədəniyyət incilərinin elmi cəhətdən təbliğini təşkil edir. Muzeyə gələnlərə elmi-mədəni, estetik baxışların formalaşmasına kömək üçün elmi-təbliğat işini aparır. Muzey işinin perspektiv cari planlarını təsdiq edir. Müəyyən edilmiş qaydada elmi əlaqələri, yerli və xarici muzeylərdə sərgi mübadiləsini təşkil edir. Muzey fondunun təkmilləşdirilməsini, onların öyrənilməsini və mühafizəsini təmin edir. Muzey fondunun uçotunu, qeydiyyatını, xüsusi təchizatlı fond xəzinələrində onların yerləşdirilməsini, həmçinin bərpa işlərini təşkil edir.

İctimai təşkilatlar, müəssisələr, idarələr, təhsil ocaqları və digər təşkilatlar ilə daima əlaqə yaradır. Muzeyi ixtisaslı kadrlarla təmin edir. Muzey işçilərinin yaradıcı təşəbbüsünün inkişafına, onların ixtisaslarının artırılmasına kömək edir.

İqtisadi və inzibati üsullardan, maddi və mənəvi amillərdən səmərəli istifadə etməklə muzeyin fəaliyyətinin təkmilləşdirilməsinə çalışır. Pul vəsaitinin düzgün xərclənməsini, muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanmasını təmin edir. Muzeydə qeydiyyat, uçot və hesabat işlərini təşkil edir.

Bilməlidir: muzey işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının muzey işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; muzey fondunun uçotunu, qeydiyyatını və mühafizəsini; muzeyin elmi-tədqiqat, elmi-təbliğat, ekspozisiya-sərgi, metodik, bərpa və nəşriyyat işlərinin aparılması üsullarını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; muzeyşünaslığı; iqtisadiyyatın və idarəetmənin əsaslarını; işçilərin əmək haqlarının ödənilməsi sistemini, maddi həvəsləndirmənin formalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: səyyar xarakterli muzey tipli müəssisələrdə;

14-cü dərəcə: IV qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə);

15-ci dərəcə: III qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə);

16-cı dərəcə: II qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə);

17-ci dərəcə: I qrupa aid olan muzeylərdə (muzey tipli müəssisələrdə), muxtar respublika miqyaslı muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə), digər təşkilatlar üçün elmi-metodiki mərkəz sayılan muzeylərdə;

18-ci dərəcə: respublika əhəmiyyətli muzeylərdə və yaxud muzey tipli müəssisələrdə (təsdiq edilmiş siyahı üzrə);

19-cu dərəcə: müvafiq beynəlxalq təşkilatın üzvü olan, 40 ildən çox fəaliyyətdə olan elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə (muzey tipli müəssisələrdə) və ya milli statusa malik muzeylərdə (muzey tipli müəssisələrdə)”.

Əmək funksiyası. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir. Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin edir. Müəssisənin struktur bölmələri ilə əlaqəli surətdə maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotunda onların hərəkətini, xərclər smetasının hazırlanmasını, aidiyyəti maliyyə xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Əmək haqqı ödənişləri, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, icbari tibbi sığorta haqları, vergi ödənişləri, kapital qoyuluşu və qanunvericiliklə müəyyən edilmiş digər ödəmələr üzrə əməliyyatları vaxtında və keyfiyyətlə tərtib edir və yerinə yetirilməsini təmin edir.

İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının mühasibat uçotunun və maliyyə, vergi və digər hesabatların düzgün aparılmasına nəzarət edir.

Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin maliyyə, vergi və digər hesabatlardan silinməsi işlərini görür. Mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir. Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə kitabxananın struktur bölmələrinin işçilərinə rəhbərlik edir. Əmək intizamının gücləndirilməsi üçün işçilərin maddi həvəsləndirilməsi, eləcə də zəruri hallarda onlara inzibati tənbeh verilməsi üçün tədbirlər görür.

İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: müəssisənin aid edildiyi sahə üzrə normativ hüquqi aktları və aidiyyəti dövlət proqramlarını; müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını; yuxarı orqanların müəssisənin işinə dair qərar, əmr, sərəncam və digər sənədlərini; müəssisənin inkişaf perspektivlərini və maliyyə-təsərrüfat fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; mühasibat uçotunun təşkilini və maliyyə, vergi və digər hesabatların forma və tərtib edilmə qaydalarını; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması, silinməsi və xərclənməsi qaydalarını; debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; yoxlama və təftişin aparılma qaydalarını; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 10 ildən az olmayaraq əmək stajı və milli status almış mədəni-maarif müəssisəsinin direktorunun (müdirinin) iqtisadi məsələlər üzrə müavini - baş mühasibi vəzifəsini yerinə yetirdikdə-- aylıq vəzifə maaşı müəssisə direktorunun (müdirinin) vəzifə maaşından 10-20 faiz aşağı məbləğdə müəyyən olunur.

Əmək funksiyası. Əsasnaməsinə uyğun olaraq məktəbin fəaliyyətini təşkil edir. İncəsənətin müəyyən istiqaməti üzrə məktəbdə təhsil proqramlarının hazırlanmasını və təsdiq edilməsini təmin edir. Təhsilin bütün mərhələlərində işlərin düzgün təşkilinə, tələbələrin (şagirdlərin) keyfiyyətli bilik almasına, təhsilinin səmərəli aparılmasına nəzarət edir. İstedadlı tələbələrin (şagirdlərin) müxtəlif müsabiqələrdə iştirak etməsinə şərait yaradır. Məktəbdə qabaqcıl təcrübənin tətbiqinə səy göstərir. Dövlət tərəfindən ayrılan, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada məktəbin büdcəsinə digər mənbələrdən daxil olan vəsaitlərin səmərəli və məqsədyönlü xərclənməsini təmin edir. Müəllimlərin ixtisaslarının artırılması üçün lazımı şərait yaradır. Kadrların seçilməsi və yerləşdirilməsi məsələlərini həyata keçirir. Məktəbin lazımi avadanlıq və texniki vasitələrlə təmin edilməsi üçün tədbirlər görür, onlardan düzgün istifadə olunmasını təmin edir. Əmək intizamının gücləndirilməsi üçün işçilərin maddi həvəsləndirilməsi, eləcə də zəruri hallarda onlara inzibati tənbeh verilməsi üçün tədbirlər görür. Məktəbin fəaliyyəti üzrə tələb olunan uçot və hesabat işlərini təşkil edir. Məktəbdə əməyin mühafizəsi, sanitar-gigiyena, texniki təhlükəsizlik və yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: milli mədəniyyətin və incəsənətin inkişafını müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; aidiyyəti orqanların incəsənətin tədris olunan müəyyən istiqaməti ilə əlaqədar qərar, sərəncam və digər sənədlərini; pedaqogikanı və pedaqoji psixologiyanı; xarici və ölkədaxili incəsənət məktəblərinin qabaqcıl iş təcrübəsini; iqtisadiyyatın, əməyin təşkilinin və maliyyə təsərrüfat fəaliyyətinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, ixtisası üzrə 5 ildən az olmayaraq pedaqoji əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 10 ildən az olmayaraq pedaqoji əmək stajı.

a) uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbində:

13-cü dərəcə: şagirdlərin sayı 100-dək olduqda;

14-cü dərəcə: şagirdlərin sayı 100-dən 220-dək olduqda;

15-ci dərəcə: şagirdlərin sayı 220-dən 360-dək olduqda;

16-cı dərəcə: şagirdlərin sayı 360-dan 700-dək olduqda;

17-ci dərəcə: şagirdlərin sayı 700-dən çox olduqda.

b) xoreoqrafiya məktəbində:

17-ci dərəcə: tələbələrin sayı 250-dək olduqda;

18-ci dərəcə: tələbələrin sayı 250-dən çox olduqda.

Əmək funksiyası. Əsasnaməsinə (nizamnaməsinə) uyğun olaraq heyvanat parkının bütün elmi və təsərrüfat-istehsal fəaliyyətinə rəhbərlik edir. Heyvanat parkına gələnlərin dünyagörüşünün formalaşmasına kömək edən təbii-elmi bilikləri təbliğ edir. Heyvanat parkının müvafiq heyvan növləri ilə komplektləşdirilməsini, heyvanat parkının kolleksiyasında olan vəhşi heyvanların bu şəraitdə biologiyasını və törəmələrinin tədqiqini təşkil edir. Heyvanların saxlanılmasına və onlara qulluq göstərilməsinə nəzarət edir. Heyvanat parkında heyvanların ekspozisiyasının, stasionar və səyyar sərgisinin, onların teatrının, ekspozisiya və sərgilərə ekskursiyalarının, gənc təbiətçilər stansiyalarının yaradılması və mühazirələrin və məsləhətləşmələrin keçirilməsi işlərini təşkil edir. Bağ-park təsərrüfatının inkişafını və mühafizəsini təmin edir. Kadrların seçilməsini və səmərəli yerləşdirilməsini həyata keçirir. Heyvanat parkının işçilərinin ixtisaslarının artırılmasına və yaradıcılıq təşəbbüsünə imkan yaradır. İşin yekunlarına görə kollektivin məsuliyyətinin yüksəldilməsinə səy göstərir. Heyvanat parkının maliyyə-təsərrüfat fəaliyyəti üzrə hesabatının vaxtlı-vaxtında tərtib edilməsini təşkil edir. Rəhbərlik etdiyi işçilərin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; heyvanat parklarının işi ilə əlaqədar sənədləri; vəhşi heyvanların biologiyasının, zootexnika və baytarlıq xidmətinin əsaslarını; xarici və ölkədaxili heyvanat parklarının qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

15-ci dərəcə: II qrupa aid olan heyvanat parklarında;

16-cı dərəcə: I qrupa aid olan heyvanat parklarında;

17-ci dərəcə: respublika miqyaslı heyvanat parklarında.

Əmək funksiyası. Mədəniyyət evinin (sarayının), mərkəzi klubun fəaliyyət göstərdiyi ərazidə mədəni-maarif fəaliyyəti və asudə vaxtın təşkili üzrə tədbirlər hazırlayır və həyata keçirir. Yeni sosial-iqtisadi şərait və bazar münasibətləri nəzərə alınmaqla bədii istehsalat və maliyyə-təsərrüfat fəaliyyəti planlarını tərtib edir. Pul vəsaitinin düzgün xərclənməsini və əmlakın qorunmasını təmin edir. Təsərrüfat müqavilələrini və maliyyə sənədlərini imzalayır. Müəssisənin əmlakından və vəsaitindən istifadə edilməsi üçün əmr, sərəncam verir, etibarnamələri imzalayır. Müəyyən olunmuş qaydada işçilərin işə qəbul və işdən azad edilməsi üçün tədbirlər görür. Səlahiyyəti çərçivəsində olan məsələlər üzrə qərar qəbul edir. İşçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: mədəni quruculuq, iqtisadi tərəqqi məsələlərinə dair qanunvericiliyi; mədəni-maarif fəaliyyətinə və asudə vaxtın təşkilinə dair sənədləri; demoqrafik, yaş və milli xüsusiyyətlər nəzərə alınmaqla əhali arasında mədəni-maarif tədbirlərinin təşkilinin forma və üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

a) rayon (şəhər) mədəniyyət evində (sarayında), mərkəzi klubda: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: IV qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

14-cü dərəcə: III qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

15-ci dərəcə: II qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

16-cı dərəcə: I qrupa aid olan rayon (şəhər) mədəniyyət evində (sarayında), klubda;

17-ci dərəcə: respublika əhəmiyyətli elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən, 2 mindən artıq oturacaq yerləri olan mədəniyyət müəssisələrində.

b) qəsəbə, kənd mədəniyyət evində və kənd klubunda:

12-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili, IV qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda;

13-cü dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili, III qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda;

14-cü dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı, II qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda;

15-ci dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, I qrupa aid olan kənd mədəniyyət evində və kənd klubunda.

Əmək funksiyası. Əsasnaməsinə (nizamnaməsinə) uyğun olaraq mədəniyyət və istirahət parkının bütün mədəni-maarif və təsərrüfat-istehsal fəaliyyətinə rəhbərlik edir. Əhalinin müxtəlif təbəqələrinin tərbiyəsi məqsədilə kütləvi istirahət və mədəni xidməti təşkil edir. Cari və perspektiv iş planlarının hazırlanması, müəyyən olunmuş qaydada təsdiq edilməsi işlərinə rəhbərlik edir və onların yerinə yetirilməsinə nəzarət edir. Parkın və onun filiallarının ərazisində yaşıl teatrların, kinolektoriyaların, planetariyaların, kitabxanaların, qiraətxanaların, rəqs və estrada meydançalarının, oyun pavilyonlarının, sürüşmə meydançalarının, xizək və qayıq stansiyalarının, mədəni-məişət və idman əmlakı kirayəsi bazalarının, müxtəlif attraksionların, eləcə də nəfəsli alətlər və estrada orkestrlərinin, bədii özfəaliyyət kollektivlərinin, müxtəlif növ seksiya və dərnəklərin və sair əhaliyə mədəni xidmət obyektlərinin yaradılması işlərini təşkil edir. Bağ-park təsərrüfatının inkişafı və mühafizəsini təmin edir. Parkın yenidən qurulması və müasirləşdirilməsi məqsədilə layihələrinin hazırlanması üçün müqavilələr bağlayır. Park təsərrüfatının özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyəti üçün maliyyə imkanlarını təhlil edir. Parkı ixtisaslı kadrlarla təmin etmək üçün səy göstərir. Parkın strukturunu və ştat cədvəlini təsdiq edir. Park işçilərinin ixtisaslarının artırılmasına və yaradıcılıq təşəbbüsünə imkan yaradır. Uçot və hesabat işlərini təşkil edir. Rəhbərlik etdiyi işçilərin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; yuxarı orqanların mədəni-maarif işinə dair sənədlərini; xarici və ölkədaxili parkların qabaqcıl iş təcrübəsini; mədəni-maarif işinin forma və üsullarını; iqtisadiyyatın əsaslarını; əməyin və idarəetmənin təşkilini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

13-cü dərəcə: III qrupa aid olan mədəniyyət və istirahət parklarında;

14-cü dərəcə: II qrupa aid olan mədəniyyət və istirahət parklarında;

15-ci dərəcə: I qrupa aid olan mədəniyyət və istirahət parklarında;

16-cı dərəcə: respublika miqyaslı mədəniyyət və istirahət parklarında, elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəniyyət və istirahət parklarında.

Əmək funksiyası. Kitabxananın kitab fondunun düzülüşünü, uçotunu və saxlanılmasını təşkil edir. Oxucu sorğularının öyrənilməsi əsasında kitabxana fondunun komplektləşdirilməsi üzrə təkliflər hazırlayır. Oxuculara göstərilən abonement və oxu zalı xidmətlərinə nəzarət edir. Ədəbi gecələr təşkil etməklə fərdi və kütləvi kitab təbliği işini aparır. Oxucu konfransları, ədəbiyyat icmalları, kitab sərgiləri və başqa tədbirlər təşkil edir. Oxucu sorğuları əsasında yeni daxil olmuş ədəbiyyat siyahıların, biblioqrafıq məlumatların tərtib edilməsini təmin edir. Başqa kitabxanalarla qiyabi və kitabxanalararası abonement üzrə əlaqəni həyata keçirir. Kitabxana filialının fəaliyyəti haqqında uçot və hesabat işlərini aparır. İşçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir. Filialı olduğu kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) və filialın perspektiv inkişaf proqramlarının və iş planlarının hazırlanmasında iştirak edir.

Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları; mədəni-maarif müəssisələrinin inkişaf perspektivlərini, bu sahədə anunvericiliyi, dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

15-ci dərəcə: respublika miqyaslı kitabxanalarda;

16-cı dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Filialın ekspozisiya, təbliğatı, metodiki və digər fəaliyyətinə rəhbərlik edir. Muzey filialı fondunun zənginləşdirilməsi və tədqiqini təşkil edir. Muzey filialının kolleksiyasının bütün eksponatlarının mühafizə və dəqiq uçotunun aparılmasını təmin edir. Filialın iş planını, illik və perspektiv planlarını işləyib hazırlayır, onların müəyyən edilmiş qaydada təsdiq edilməsini təmin edir. Muzeyə gələnlərin estetik tərbiyəsini və mədəni səviyyəsini yüksəltmək məqsədilə daima ekspozisiyanın təkmilləşdirilməsi işinə diqqət yetirir. Kadrların seçilməsini və səmərəli yerləşdirilməsini təmin edir. Filial işçilərinin müəssisədaxili intizam qaydalarına, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: muzey işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının muzey işi üzrə qərar, sərəncam, əmr və sair sənədlərini; muzeyşünaslığı; muzeyin elmi-tədqiqat, elmi-təbliğat, ekspozisiya-sərgi, metodik, bərpa və nəşriyyat işlərinin aparılması üsullarını; xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan muzeylərin tabeliyindəki filialda;

12-ci dərəcə: III qrupa aid olan muzeylərin tabelindəki filialda;

13-cü dərəcə: II qrupa aid olan muzeylərin tabeliyindəki filialda;

14-cü dərəcə: I qrupa aid olan muzeylərin, muxtar respublika miqyaslı muzeylərin, nadir kolleksiyalı muzeylərin (təsdiq edilmiş siyahı üzrə), memarlıq abidələri binalarında və respublika əhəmiyyətli qoruqlarda yerləşən muzeylərin, digər təşkilatlar üçün elmi-metodiki mərkəz sayılan muzeylərin tabeliyindəki filialda;

15-ci dərəcə: respublika əhəmiyyətli muzeylərin (təsdiq edilmiş siyahı üzrə) tabeliyindəki filialda;

16-cı dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərin tabeliyindəki filialda.

Əmək funksiyası. Kitabxana fondunun komplektləşdirilməsi, düzəldilməsi, işlənilməsi, kataloqların qurulması, elmi-metodiki, elmi-tədqiqat və oxuculara xidmət göstərilməsi işlərini təşkil edir. Kitabların yüksək səviyyədə təbliği, kitabxana fondunun istifadəsinin təhlili, oxucu sorğusunun öyrənilməsi, onlara səmərəli xidmət göstərilməsi üzrə təkliflərin hazırlanması və sorğuların təmin edilməsi işlərini aparır. Perspektiv və cari fəaliyyət planlarının işlənməsini, şöbənin (bölmənin) fəaliyyət uçotunu və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin oxucu, kitab verilməsi modulları vasitəsilə oxuculara kitab verilməsini həyata keçirir. Kitabxanaşünaslıq, biblioqrafiya və kitab tarixi sahəsində elmi tədqiqatlar aparır. Xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini, kitabxana işlərinin mexanikləşdirmə və avtomatlaşdırma məsələlərini öyrənir.

Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; kitabxana işlərinin mexanikləşdirmə və avtomatlaşdırma məsələlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri;

11-ci dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri, III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri;

12-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri, II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri;

13-cü dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri, I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri;

14-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) şöbə müdiri;

15-ci dərəcə: respublika miqyaslı kitabxanalarda şöbə müdiri, milli statusa malik kitabxanada bölmə müdiri;

16-cı dərəcə: milli statusa malik kitabxanalarda şöbə müdiri.

Əmək funksiyası. Muzeydə ekskursiya işini təşkil edir. Tematik mühazirə və ekskursiyaları planlaşdırır, onların keçirilməsi cədvəlini tərtib edir. Ekskursiya və mühazirələrə ərizə qəbulunu təşkil edir, onları ixtisaslı bələdçi və mühazirəçi ilə təmin edir. Mühazirə və ekskursiyaların keçirilməsinə dair hesabat aparır. Muzey ekspozisiyası, sərgiləri üzrə icmal və tematik ekskursiyalar aparan bələdçilərin, eləcə də mühazirələrin və ekspozisiya zallarındakı məsləhətçilərin işinə nəzarət edir. Şagird və tələbələr arasında elmi-təbliğat işinin aparılması məqsədilə ictimai təşkilatlar, müəssisələr, təhsil ocaqları ilə daima əlaqə saxlayır. Şöbənin işçiləri arasında iş bölgüsünü aparır, onların düzgün yerləşdirilməsini təmin edir. İşçilərin yaradıcı təşəbbüsünün inkişafına, onların ixtisaslarının artırılmasına kömək edir. Şöbə işçilərinin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: muzey işinin iqtisadi və sosial inkişafının əsas istiqamətlərini müəyyənləşdirən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı dövlət orqanlarının muzey işi ilə əlaqədar qərar, sərəncam, əmr və digər sənədlərini; muzeyşünaslığın əsaslarını; ekskursiya-mühazirə işinin keçirilməsi metodikasını; muzey ekspozisiya tematikasını; xarici və ölkədaxili muzeylərinin ekskursiya işi üzrə qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan muzeylərdə;

12-ci dərəcə: III qrupa aid olan muzeylərdə;

13-cü dərəcə: II qrupa aid olan muzeylərdə;

14-cü dərəcə: I qrupa aid olan muzeylərdə, muxtar respublika miqyaslı muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

15-ci dərəcə: respublika əhəmiyyətli muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

16-cı dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə.

Əmək funksiyası. Elmi şuranın işini təşkil edir, onun qərarlarının, eləcə də kitabxananın direktorunun aidiyyəti əmrlərinin icra olunmasına nəzarət edir. Kitabxanaçılıq, biblioqrafiya və kitab tarixi sahələrində elmi-tədqiqat və təhqiqat planlarına dair təkliflər irəli sürür. Qəbul olunmuş planların vaxtında və keyfiyyətlə icra olunmasına nəzarət edir. Kitabxana fəaliyyəti haqqında ümumi plan və hesabatlar hazırlayır. Kitabxanada kargüzarlıq işlərini təşkil edir. Nəşriyyat-redaksiya fəaliyyəti planının icrasına nəzarət edir. Hazır işlərə rəylərin yazılmasını təmin edir. Ümumi kitabxana tədbirlərinin (elmi müşavirələr, konfranslar, seminarlar və s.) təşkilində iştirak edir. Kitabxana əməkdaşlarının və peşə kitabxanaları şəbəkəsi işçilərinin ixtisasartırma, staj keçmə planlarını tərtib edir. Direktorun tapşırığı ilə kitabxana işini nizamlayan normativ sənədləri hazırlayır. Kitabxananın beynəlxalq əlaqələrini uzlaşdırır. İşçilərin attestasiyasının keçirilməsi işlərinin təşkilində iştirak edir, onların fəaliyyətinin qiymətləndirilməsi meyarı və üsullarını hazırlayır.

Bilməlidir: kitabxananın bütün struktur bölmələrinin işini; elmi-tədqiqat işlərinin planlaşdırmasını, təşkilini və maliyyələşdirilməsi qaydalarını; müəllif hüquqlarının müdafiəsi haqqında qanunları və normativ hüquqi sənədləri; işçilərin müsabiqədən və attestasiyadan keçirilməsi qaydalarını; müqavilə əsasında işlərin təşkilini; kargüzarlığın aparılmasına dair sənədləri; media subyektləri üçün məlumatın hazırlanmasını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) və muxtar respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: respublika miqyaslı kitabxanalarda;

16-cı dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Muzeydə (heyvanat parkında) fəaliyyətin əsas istiqamətləri üzrə elmi-tədqiqat və təhqiqat işləri aparılarkən elmi-təşkilati məsələlərlə məşğul olur. Muzeyin (heyvanat parkının) elmi-tədqiqat sərgi-ekspozisiya və digər işlərinin perspektiv və illik plan layihəlilərinin, eləcə də muzeyin (heyvanat parkının) fəaliyyətinin əsas istiqamətləri ilə bağlı bölmələrin iş planlarının tərtib olunmasını təşkil edir. Muzeyin (heyvanat parkının) fəaliyyəti ilə bağlı məsələlərin araşdırılmasında, iş planlarının yerinə yetirilməsinə aid tədbirlərin həyata keçməsində, elmi-tədqiqatların səmərəliliyinin artırılmasında, onların nəticələrinin tətbiqində iştirak edir. Digər aidiyyəti elmi-tədqiqat və ixtisas müəssisələri ilə əlaqələndirmə, yaradıcılıq həmrəyliyi üzrə işləri təşkil edir. Elmi əsərlərin nəşri üçün planların tərtibində iştirak edir, elmi kadrların yerləşdirilməsi və ixtisaslarının artırılması üzrə tədbirlər görür. Elmi konfransların, müşavirələrin, seminarların və sair elmi-mədəni tədbirlərin təşkili və keçirilməsi işlərinə rəhbərlik edir. Elmi şurada baxılacaq sənədlərin hazırlanması işlərinə rəhbərlik edir.

Bilməlidir: aidiyyəti sahənin inkişaf istiqamətlərini müəyyənləşdirən normativ-hüquqi aktları, dövlət proqramlarını; aidiyyəti metodik təlimatları və materialları; müəssisənin fəaliyyətinin perspektiv istiqamətlərini; muzeyin (heyvanat parkının) informasiya təminatı sistemini; aidiyyəti sahə üzrə xarici və ölkədaxili qabaqcıl iş təcrübəsini; ixtisas üzrə elmin nailiyyətlərini; elmi-tədqiqat və təhqiqat işlərinin təşkili və planlaşdırılmasını, onların aparılması və keyfiyyətinə qiymət verilməsini; müəllif hüquqlarının müdafiəsinə dair qanunvericilik aktlarını; patentşünaslığın əsaslarını; elmi işçilərin vəzifəyə təyin olunması tələblərini; müəyyən vakant vəzifələrin tutulması üçün müsabiqənin keçirilməsi qaydasını; işçilərin attestasiyasının keçirilməsi qaydasını; işlərin yerinə yetirilməsi üçün mülki-hüquqi və sair müqavilələrin bağlanılması qaydasını; kargüzarlıq üzrə normativ hüquqi aktları; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

12-ci dərəcə: III və ya IV qrupa aid olan muzeylərdə (heyvanat parkında);

13-cü dərəcə: II qrupa aid olan muzeylərdə (heyvanat parkında);

14-cü dərəcə: I qrupa aid olan muzeylərdə (heyvanat parkında), muxtar respublika miqyaslı, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

15-ci dərəcə: respublika əhəmiyyətli muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

16-cı dərəcə: milli statusa malik muzeylərdə.

Əmək funksiyası. Bədii özfəaliyyət kollektivlərinin işini təşkil edir və planlaşdırır. Elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəniyyət müəssisəsində çalışdıqda rayon, şəhər, qəsəbə, kənd klublarına metodiki köməklik göstərir. Yaradıcılıq fəaliyyəti göstərən şöbələrinin bədii tədbirlərin keçirilməsi üzrə işlərini uzlaşdırır. Kütləvi bədii tədbirlərin (tamaşaların, bayramların, xalq gəzintilərinin, mahnı bayramlarının və s.) keçirilməsi ssenarilərinin hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edir. Bədii özfəaliyyət kollektivlərinin və ayrı-ayrı kollektivlərin repertuarını müəyyənləşdirir və onlara ixtisaslı rəhbərlər seçir. Dərnək rəhbərləri ilə seminarlar keçirir. Bədii özfəaliyyət kollektivlərinin işi üzrə təcrübə mübadiləsi aparmaqla baxış və festivallar keçirir və onların rayon, mikrorayon, şəhərdə çıxışlarını təşkil edir. Əhaliyə xidmətin təkmilləşdirilməsi məqsədilə yaradıcı işçiləri keçirilən tədbirlərə cəlb edir, bu məqsədlə iş prosesində yaradıcılıq ittifaqları və ictimai təşkilatlarla əlaqə yaradır.

Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif işinə dair qərar, sərəncam və digər sənədləri; incəsənət tarixi və nəzəriyyəsinin əsaslarını; kütləvi nümayiş və teatr bayramlarının keçirilməsi üzrə rejissorluğu; yaradıcı kollektivlərin təşkilatı və metodik işinin, repertuarının formalaşması prinsiplərini; klubun bədii özfəaliyyət kollektivlərində aparılan təlim-tərbiyəvi işin xüsusiyyətlərini; iqtisadiyyatın və əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

11-ci dərəcə: orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan, IV qrupa aid olan mədəni-maarif müəssisələrində və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 10 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili, ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı, III qrupa aid olan mədəni-maarif müəssisələrində;

13-cü dərəcə: ali ixtisas təhsili, ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı, II qrupa aid olan mədəni-maarif müəssisələrində;

14-cü dərəcə: ali ixtisas təhsili, ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı, I qrupa aid olan mədəni-maarif müəssisələrində;

15-ci dərəcə: ali ixtisas təhsilli, ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı, respublika əhəmiyyətli elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəni-maarif müəssisələrində.

Əmək funksiyası. Muzeyin bərpa işlərinə rəhbərlik edir. Muzey fonduna daima nəzarət edir, bərpaya ehtiyacı olan eksponatları aşkar edir. Eksponatların yaradılması texnologiyası və materiallarını, onun ilkin halının (formasının, şəklinin) dəyişməsi səbəblərini tədqiq edir və dəyişmə səbəblərinin aradan götürülməsi üsullarını müəyyən edir. Zədələnmiş eksponatların bünövrəsini möhkəmləndirir və ya onların tarixi-bədii əhəmiyyətini qorumaq şərti ilə ilkin forması (şəkli) üzrə bərpa edir. Bərpaçı emalatxanasının işini planlaşdıraraq bərpa işlərinin ardıcıllıq qrafikini hazırlayır. Emalatxananın tələb olunan materialla təchiz edilməsi üçün sifarişlər hazırlayır. Bərpa işlərinin texnologiyasının mükəmməlləş-dirilməsinə, iş yerlərin səmərəli təşkilinə, əmək hasilatının yüksəldilməsinə, çox əmək tələb edən işlərin azaldılmasına, materialların qənaətlə işlədilməsinə yönəldilmiş tədbirlər hazırlayır və onları həyata keçirir. Rəhbərlik etdiyi işçilərin müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: muzey eksponatlarının hazırlanması texnologiyasını, onların fiziki və fiziki-kimyəvi xüsusiyyətlərini; bərpa işi üzrə milli və xarici ölkələrin elmi nailiyyətlərini; bərpa işlərinin aparılması üsullarını; bərpa işlərində istifadə olunan materialları və onlarla təchiz olunmanı; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: III və ya IV qrupa aid olan muzeylərdə;

12-ci dərəcə: II qrupa aid olan muzeylərdə;

13-cü dərəcə: I qrupa aid olan muzeylərdə, nadir kolleksiyalı muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

14-cü dərəcə: respublika əhəmiyyətli muzeylərdə (təsdiq edilmiş siyahı üzrə);

15-ci dərəcə: elmi-tədqiqat fəaliyyətli respublika miqyaslı muzeylərdə.

Əmək funksiyası. Heyvanat parkının sektor, seksiya müdirləri və baytar həkimləri arasında işi əlaqələndirir. Şöbədə (bölmədə) elmi-tədqiqat işini təşkil edərək ona rəhbərlik edir. Şöbədə (bölmədə) heyvanat kolleksiyasını komplektləşdirir. Fəaliyyət növləri üzrə perspektiv və illik planları tərtib edir, onların yerinə yetirilməsini təmin edir. İşdə istifadə olunan müasir metodikanı tədqiq edir. Heyvanların sayına, düzgün saxlanılmasına və yemlənməsinə nəzarət edir, onlara düzgün qulluğu təmin edir. Heyvanların ehtiyaclarını maksimal dərəcədə ödəyən şəraitin yaradılmasına, qəfəs və volyerlərin bədii tərtibat işinə rəhbərlik edir. Heyvanat parkının rəhbərliyi və elmi şurası tərəfindən təsdiq olunmuş plana əsasən elmi-tədqiqat işlərini aparır. Şöbənin (bölmənin) işini təhlil edir və müəyyən heyvan növlərinin saxlanılması, yemlənməsi, artırılması və müalicəsi şəraitinin təkmilləşdirilməsinə dair təlimatlar hazırlayır. Elmi əməkdaşlar və laboratoriyalar arasında işi əlaqələndirir. Hər il şöbənin (bölmənin) işi haqqında hesabat verir. Heyvanlar üzərində iş zamanı qabaqcıl iş təcrübəsini tətbiq edir. Yem normalarının təkmilləşdirilməsi ilə məşğul olur. Bölmədə saxlanılan növlərin artırılmasını təmin edir. Heyvan növlərinin biologiyasını öyrənmək məqsədi ilə təbiət qoynuna ekspedisiyalar təşkil edir. Şöbə (bölmə) işçiləri arasında iş bölgüsü aparır, onların səmərəli yerləşdirilməsini təmin edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Şöbə (bölmə) işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; heyvanat parklarının işi ilə əlaqədar sənədləri; biologiya elminin müasir durumunu; vəhşi heyvanların biologiyasını, onların heyvanat parkı şəraitində saxlanılması qaydalarını; fəaliyyət istiqaməti üzrə xüsusi ədəbiyyatı; heyvanat parklarında elmi-tədqiqat işlərinin aparılmasının müasir üsullarını; zootexnikanın, baytarlığın, tədqiq edilən heyvan qruplarının etnologiya, genetika və sistemləşdirilməsi əsaslarını; heyvan artırılmasının müasir üsullarını; əmək qanunvericiliyinin əsaslarını; istehsal proseslərinin təşkilinin iqtisadi üsulları; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan heyvanat parklarında;

12-ci dərəcə: III qrupa aid olan heyvanat parklarında;

13-cü dərəcə: II qrupa aid olan heyvanat parklarında;

14-cü dərəcə: I qrupa aid olan heyvanat parklarında;

15-ci dərəcə: muxtar respublika və respublika miqyaslı heyvanat parklarında.

Əmək funksiyası. Laboratoriyanın fəaliyyətinə rəhbərlik edir. Laboratoriyanın işinin cari, perspektiv istehsal və tematik planlarını işləyib hazırlayır, onların yerinə yetirilməsinə nəzarət edir. Laboratoriyada diaqnostik tədqiqat işləri aparır. Heyvanat parklarında saxlanılan vəhşi heyvanların xəstəliklərinin yaranma səbəblərinin tədqiqini aparır. Vəhşi heyvanlarda patologiya məsələləri üzrə elmi-tədqiqat işi aparır. Ölmüş heyvanların yarılmasında iştirak edir və ölümün səbəblərini müəyyən edir. Baytarlıq laboratoriyaları, elmi-tədqiqat və baytarlıq institutları ilə əlaqə yaradır. Elmi-tədqiqat işlərinin təşkilini təkmilləşdirir, laboratoriya və elmi tədqiqatların nailiyyətlərindən istifadə olunmasını təmin edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Laboratoriya işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: elmin inkişafını üzrə qanunvericiliyi; heyvanat parkının işi ilə əlaqədar sənədləri; vəhşi heyvanların biologiyasının əsaslarını; xarici və ölkədaxili heyvanat parklarının qabaqcıl iş təcrübəsini; əmək qanunvericiliyinin əsaslarını; baytarlıq-sanitariya ekspertizasını və bu sahədə ən yeni nailiyyətləri; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

11-ci dərəcə: IV qrupa aid olan heyvanat parklarında;

12-ci dərəcə: III qrupa aid olan heyvanat parklarında;

13-cü dərəcə: II qrupa aid olan heyvanat parklarında;

14-cü dərəcə: I qrupa aid olan heyvanat parklarında;

15-ci dərəcə: muxtar respublika və respublika miqyaslı heyvanat parklarında.

Əmək funksiyası. Elektron kataloqun administrator modulu vasitəsilə kitabxanada istifadə olunan avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin (elektron kataloq və elektron kitabxana) fəaliyyətini əlaqələndirir və sistemin işinə nəzarət edir. Sistemin işini təmin etmək məqsədilə işçilərə tapşırıq və göstərişlər verir və icrasına nəzarət edir. Tabelikdə olan işçilərə nasazlıqların aradan qaldırılması üzrə məsləhətlər verir. Sistemdə baş vermiş nasazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görür. Avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin yenilənməsi, əlavə və dəyişikliklərlə təmin edilməsinə dair kitabxana rəhbərliyinə mütəmadi olaraq təkliflər verir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 3 ildən az olmayaraq müvafiq sahədə əmək stajı.

10-cu dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

11-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) ən mürəkkəb iş sahələrindən birinə (komplektləşdirmə, xidmət, ədəbiyyatın işlənməsi və kataloqların təşkili, biblioqrafiya, elmi-metodiki, elmi-tədqiqat və s.) rəhbərlik edir. Kitabxana işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflərin işlənib hazırlanmasında iştirak edir. Oxucu marağının öyrənilməsi və onlara səmərəli xidmətin göstərilməsi üzrə təkliflərin işlənib hazırlanmasını təşkil edir. Kitabxanaların planlarına müvafiq olaraq kitabxanaşünaslıq sahəsində elmi-tədqiqat və elmi-metodiki işləri aparır. Xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini öyrənir, nəticələrini sistemləşdirir və təhlil edir, onların istifadə edilməsi üzrə təkliflər hazırlayır. Mətbuatda, iclaslarda, kitabxana işçilərinin konfrans və seminarlarında iştirak edir, elmi-tədqiqat işlərinin nəticələrinin tətbiqi üzrə tövsiyələri və metodik vəsaitləri nəşrə hazırlayır. Kitabxana işini nizamlayan normativ sənədlərin layihələrini hazırlayır. İşçilərin ixtisasının artırılması üzrə işləri aparır, bu sahədə onlara metodiki köməklik göstərir.

Bilməlidir: elm və mədəniyyətin inkişafını müəyyən edən normativ hüquqi aktları, dövlət proqramlarını; kitabxana işi sahəsinə aid yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxana fondunun uçotunu, saxlanmasını və düzəldilmə qaydalarını; kitabxanaşünaslıq nəzəriyyəsini, xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə

8 ildən az olmayaraq əmək stajı və yaxud II və III qrup kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda orta ixtisas təhsilli olmaqla ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

10—11-ci dərəcələr: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) ən mürəkkəb müstəqil sahələrindən biri olan məlumat-biblioqrafiya işinə rəhbərlik edir. Kitab sərvətlərinin bütünlüklə istifadə edilməsi məqsədilə məlumat biblioqrafiya fəaliyyətinin genişləndirilməsi, insanların tərbiyəsinin, mədəni və elmi-texniki səviyyələrinin yüksəldilməsi üzrə iş aparır. Biblioqrafiya məsələləri üzrə metodik vəsaitlərin, tövsiyə edilən ədəbiyyat siyahısının, biblioqrafik göstəricilərin tərtib edilməsi və məlumat-biblioqrafiya xidmətinin göstərilməsi üzrə işləri təşkil edir. Kitab tarixi, biblioqrafiya sahəsində elmi-tədqiqat işlərini aparır, onların aparılması metodlarını müəyyən edir. Biblioqrafıq arayışı hazırlayır. Kitabxana işçilərinin konfrans və seminarlarında, müşavirələrində, mətbuatda çıxış edir. Elmi-metodiki işlərə rəy hazırlayır.

Elmi-tədqiqat işlərinin nəticələrinin işlədilməsi üzrə metodik tövsiyələrin nəşrini təşkil edir, məsləhətlər verir. Müqavilə əsasında və ya ödənişli qaydada göstərilən xidmətləri keyfiyyətlə yerinə yetirir. Məlumat mübadiləsi və biblioqrafik fəaliyyət üzrə işləri başqa kitabxanalarla uzlaşdırır. Kitabxana işçilərinin peşəkarlığının yüksəldilməsinə səy göstərir. Buraxılan metodiki vəsaitlərin redaktə edilməsində və onlara rəy verilməsində iştirak edir.

Bilməlidir: elm və mədəniyyətin inkişafını müəyyən edən normativ hüquqi aktları, dövlət proqramlarını; kitabxana işi sahəsinə aid yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxana fondunun uçotunu, saxlanmasını və düzəldilmə qaydalarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini, xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı və yaxud II və III qrup kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) çalışdıqda orta ixtisas təhsilli olmaqla ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

10—11-ci dərəcələr: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Rəhbərlik etdiyi şöbənin (bölmənin) fəaliyyət sahəsinə dair konkret plan və proqramları hazırlayır. Qəbul edilmiş plan və proqramların həyata keçməsi üçün təşkilati, maddi və intellektual imkanları araşdırır, bu məqsədlə məqsədilə bütün marağı olan strukturların fəaliyyətini əlaqələndirir. Şöbə (bölmə) işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif fəaliyyətinə və asudə vaxtın təşkilinə dair sənədləri; əhalinin demoqrafik, yaş və milli xüsusiyyətləri nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərin təşkilinin forma və üsullarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

a) əsas şöbələrdə (bölmələrdə): ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

10-cu dərəcə: IV qrupa aid olan mədəni-maarif müəssisələrində;

11-ci dərəcə: III qrupa aid olan mədəni-maarif müəssisələrində;

12-ci dərəcə: II qrupa aid olan mədəni-maarif müəssisələrində;

13-cü dərəcə: I qrupa aid olan mədəni-maarif müəssisələrində, elmi-metodiki mərkəzlərdə şöbə müdiri, respublika miqyaslı elmi-metodiki mərkəzlərdə və mədəni-maarif müəssisələrində bölmə müdiri;

14-cü dərəcə: respublika əhəmiyyətli elmi-metodiki mərkəzlərdə və mədəni-maarif müəssisələrində şöbə müdiri.

b) köməkçi şöbələrdə (bölmələrdə) (xidmət, büro, mikrofilm, fotolaboratoriya və s.): ali ixtisas təhsili və ixtisası üzrə mədəni-maarif müəssisələrində 1 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə mədəni-maarif müəssisələrində 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: IV qrupa aid mədəni-maarif müəssisələrində;

10-cu dərəcə: III qrupa aid mədəni-maarif müəssisələrində;

11-ci dərəcə: II qrupa aid mədəni-maarif müəssisələrində;

12-ci dərəcə: I qrupa aid mədəni-maarif müəssisələrində;

13-cü dərəcə: respublika əhəmiyyətli elmi-metodiki mərkəzlərdə və mədəni-maarif müəssisələrində.

Əmək funksiyası. Attraksionun mütəxəssis və fəhlələrinin arasında iş bölgüsünü aparır, onların işini təşkil edir. İşlərin qəzasız aparılmasını, attraksionun və işlədilən ləvazimatın bütün növlərinin işlək vəziyyətdə saxlanılmasını, saz vəziyyətdə olmasını, etibarlı, düzgün və təyinatı üzrə istifadəsini təmin edir. Sistematik olaraq onları yoxlayır və qəza şəraitinin aradan qaldırılması üçün zəruri tədbirlər görür. Attraksion qəzalarının səbəblərinin tədqiqində, istehsalat travmatizminin aradan qaldırılması tədbirlərinin işlənib hazırlanmasında iştirak edir. Attraksiona gələnlərin bədbəxt hadisələrdən təhlükəsizliyini təmin edir. Təmir işlərinin aparılması, attraksionların montaj və demontajı üçün xərclər smetasını tutur. Attraksionun istifadəyə verilməsi üçün zəruri materialların və əlavə hissələrin alınması üçün sifarişlər verir. Attraksion işçilərinin səmərəli iş rejimini, onların düzgün yerləşdirilməsini təmin edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Attraksion işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: Attraksion ləvazimatlarının texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini; attraksion işçilərinin əmək funksiyalarını və iş rejimini; ləvazimatın texniki istismar və təmirdən sonra qəbul qaydalarını; iqtisadiyyatın, əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: II qrupa aid olan attraksionlarda;

12-ci dərəcə: I qrupa aid olan attraksionlarda.

Əmək funksiyası. Fəaliyyətin bütün növləri üzrə emalatxana işini təmin edir. Tərtibat elementləri eskizlərini, reklam, plakat, dəvətnamə eskizlərini və s. təsdiq edir. İşin icrası zamanı texniki estetika tələblərinin ödənilməsinə nəzarət edir. İş yerlərinin səmərəli təşkil olunmasını təmin edir. İcra olunan işlərin uçotu aparır. Emalatxananın təchizat materiallarına olan ehtiyacını müəyyən edir, onların alınması üçün qəbul olunmuş qaydada tədbir görür və emalatxanada işlədilən materialların saxlanılmasına nəzarət edir. Qəbul edilmiş qaydada uçot və hesabat işlərini aparır. Emalatxana işçilərinin əmək funksiyalarının icrasına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Bilməlidir: bədii-tərtibat işlərinə qoyulan tələblərə dair normativ hüquqi aktları və digər sənədləri; bədii-tərtibat işlərinin yerinə yetirilməsinin üsul və vasitələrini, onların aparılmasına dair standartları və texniki şərtləri; bədii-tərtibat, texniki estetikaya dair metodikaları və onların tərtibat işlərində istifadəsini; iqtisadiyyatın, əməyin elmi təşkilinin, əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: III və ya IV qrupa aid olan mədəni-maarif müəssisələrində;

10-cu dərəcə: II qrupa aid olan mədəni-maarif müəssisələrində;

11-ci dərəcə: I qrupa aid olan mədəni-maarif müəssisələrində;

12-ci dərəcə: respublikanın müvafiq müəssisələri üçün elmi-metodiki mərkəz funksiyalarını yerinə yetirən mədəni-maarif müəssisələrində.

Əmək funksiyası. Kitabxananın kitab fondunun düzülüşünü, uçotunu və saxlanılmasını təşkil edir. Oxucu sorğularının öyrənilməsi əsasında kitabxana fondunun komplektləşdirilməsi üzrə təkliflər hazırlayır. Oxuculara göstərilən abonement və oxu zalı xidmətinə nəzarət edir. Oxu zallarının, habelə oxu zalının nəzdində yaradılmış internet mərkəzinin fəaliyyətini təşkil edir. Müasir informasiya texnologiyaları, elektron resurslar vasitəsi ilə oxuculara xidmət işini peşəkar səviyyədə həyata keçirir. Ədəbi gecələr təşkil etməklə fərdi və kütləvi kitab təbliği işini aparır. Oxucu konfransları, ədəbiyyat icmalları, kitab sərgiləri və başqa tədbirlər təşkil edir. Oxucu sorğuları əsasında yeni daxil olmuş ədəbiyyat siyahılarının, biblioqrafik məlumatların tərtib edilməsini təmin edir. Başqa kitabxanalarda qiyabi və kitabxanalararası abonement üzrə əlaqəni həyata keçirir. Kitabxana filialının fəaliyyəti haqqında uçot və hesabat işlərini aparır. Filialı olduğu kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) və filialın perspektiv inkişaf proqramlarının və iş planlarının hazırlanmasında iştirak edir. Oxu zalında müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları; mədəni-maarif müəssisələrinin inkişaf perspektivlərini, bu sahədə qanunvericiliyi; dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanılmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: I, II, III və IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

10-cu dərəcə: respublika miqyaslı kitabxanalarda;

11-ci dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Rəqs gecəsinin, diskotekaların musiqi proqramının ssenarisinin, bədii tərtibatın hazırlanmasında iştirak edir. İşıq tərtibatında və müxtəlif yaş təbəqəli gələnlər üçün musiqi repertuarının seçilməsində iştirak edir. Rəqs gecəsini keçirir, sərəncamçı və aparıcı kimi çıxış edir. Musiqi proqramının yerinə yetirilməsinə nəzarət edir.

Bilməlidir: aidiyyəti orqanların mədəni-maarif işinə dair qərar, sərəncam və təlimatlarını; auditoriyanın fəallaşdırılması, gələnlərin kollektiv rəqsə cəlb olunması üsullarını; mədəni-kütləvi tədbirlərin keçirilməsi formalarını; rəqs və musiqi sənətinin tarixini və nəzəriyyəsini; aparıcı diskotekaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət etmələrinə nəzarət edir.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla mədəni-maarif müəssisələrində 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Dərnək (musiqi, xor, xoreoqrafiya və s.) kollektivinə, həvəskar birliyin, maraq dairəsi üzrə klubun işinə rəhbərlik edir. Perspektiv və cari iş planlarının hazırlanmasında, təşkilatı-yaradıcı tədbirlərin keçirilməsində iştirak edir. Aktyor sənətkarlığı, nitq texnikası, bədii söz, səsin qoyuluşu, vokal partiyaların öyrənilməsi, tematik proqram üzrə işə aid qrup halında və fərdi məşğələlər keçirir. Musiqi partiyalarının öyrənilməsi üzrə orkestr məşğələləri keçirir. Klassik və səviyyəli trenaj, təsviri incəsənət tarixinin tədqiqi, emalatxanalarda rəssamlıq texnikası və texnologiyası, bədii-tərtibatçılıq sənətkarlığı, sirk sənətkarlığının tədqiqi və müzakirəsi, foto sərgilərin təşkili metodikası; göstərilən texnika növünün inkişafı və tarixinin öyrənilməsi, texniki yaradıcılıq sərgilərinin təşkili üzrə məşğələlər keçirir. Təlim məşğələləri, kollektiv və dərnəklərin konsert və tamaşalarla çıxışlarını təşkil edir. Metodiki kabinetin kütləvi tamaşaların, tematik gecələrin, teatr bayramlarının, karnavalların, xalq gəzintilərinin təşkili və keçirilməsi üzrə işində iştirak edir. Xərclər smetasını tutur və qəbul olunmuş qaydada təsdiqə təqdim edir.

Bilməlidir: mədəni quruculuq məsələlərinə dair dövlət proqramlarını; bədii özfəaliyyətin və texniki yaradıcılığın inkişafına dair sənədləri; müvafiq incəsənət növünün nəzəriyyəsini; repertuarın formalaşması prinsiplərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

8-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya orta ixtisas təhsilli olmaqla mədəni-maarif müəssisələrində 3 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və ixtisas üzrə 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Tədris edilən incəsənət növünün müəyyən fəni üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla şagirdlərlə (tələbələrlə) təlim məşğələləri aparır. Tədris prosesində qəbul edilmiş müxtəlif formalardan, üsullardan və metodlardan istifadə edir. Keçdiyi incəsənət növünün fəni üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin (tələbələrin) onları baza səviyyəli tələblər əsasında mənimsənilməsini təmin edir. Tədris etdiyi fənə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlığından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həyata keçirilən metodik iş formaları üzrə fəaliyyət göstərir. Təlim prosesinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür, peşə ixtisasının yüksəldilməsinə səy göstərir.

Bilməlidir: uşaqların və gənclərin təhsili, təlim-tərbiyəsi üzrə normativ hüquqi aktları, dövlət proqramlarını; incəsənət növünün tədris etdiyi fənni üzrə təlimin məzmununu, fənnin tədris metodikasını və təşkili formalarını; pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı və məktəb gigiyenasını; tədris otaqlarının texniki vasitələrlə təchiz olunmasına qoyulan tələbləri; əməyin elmi təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

a) uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbində:

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya fərqlənmə diplomu ilə bitirilmiş orta ixtisas təhsili; orta ixtisas təhsilli olmaqla 3 ildən 5 ilə qədər pedaqoji əmək stajı; xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən 8 ilədək pedaqoji əmək stajı; əmək stajına tələb qoyulmadan və fərqlənmə diplomu ilə bitirilmiş ali ixtisas təhsili; orta ixtisas təhsili və 5 ildən 10 ilədək pedaqoji əmək stajı; orta ixtisas təhsili, 7 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və yaxud qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə; xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 7 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 8 ildən 13 ilədək pedaqoji əmək stajı;

ali ixtisas təhsili, 8 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda; orta ixtisas təhsili və 10 ildən az olmayaraq pedaqoji əmək stajı; orta ixtisas təhsili, 7 ildən az olmayaraq pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və yaxud qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə;

13-cü dərəcə: ali ixtisas təhsili və 13 ildən 18 ilədək pedaqoji əmək stajı; ali ixtisas təhsili, 8 ildən 13 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda; əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili, keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə;

14-cü dərəcə: ali ixtisas təhsili və 18 ildən çox pedaqoji əmək stajı; 13 ildən 18 ilədək pedaqoji əmək stajı və keçmiş SSRİ-nin və ya Azərbaycan Respublikasının dövlət təltifləri olduqda və qabaqcıl iş təcrübəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyası tərəfindən bəyənilərək müvafiq qaydada rəsmiləşdirildikdə;

15-ci dərəcə: ali ixtisas təhsili, 20 ildən çox pedaqoji əmək stajı və ya fəxri adı və elmi dərəcəsi olduqda;

b) xoreoqrafiya məktəbində:

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

10-cu dərəcə: orta ixtisas təhsili və 3 ildən 8 ilədək pedaqoji əmək stajı;

11-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla 8 ildən 13 ilədək pedaqoji əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən 8 ilədək pedaqoji əmək stajı və yaxud orta ixtisas təhsilli olmaqla 13 ildən 18 ilədək pedaqoji əmək stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 8 ildən 13 ilədək pedaqoji əmək stajı və yaxud orta ixtisas təhsilli olmaqla 18 ildən az olmayaraq pedaqoji əmək stajı;

14-cü dərəcə: ali ixtisas təhsili və 13 ildən 18 ilədək pedaqoji əmək stajı;

15-ci dərəcə: ali ixtisas təhsili və 18 ildən az olmayaraq pedaqoji əmək stajı və ya fəxri adı və elmi dərəcəsi.

Əmək funksiyası. Musiqi, xor, xoreoqrafiya kollektivlərinin, həvəskar birliklərin, studiyaların, yaradıcılıq emalatxanalarının, klubun, mərkəzin və s. işinə rəhbərlik edir. İşin carı və perspektiv repertuar planlarını işləyib hazırlayır. Tamaşa, konsert nömrələri proqramlarını hazırlayır və həyata keçirir. Kollektiv ifaçılığın kamilləşdirilməsi üzrə məşğələlər keçirir, metodiki təlim işini aparır. Əhalinin müxtəlif təbəqələri üçün klub və mədəni-maarif tədbirlərinin hazırlanmasında iştirak edir. Keçirilən tədbirlərin xərclər smetasını tərtib edir.

Bilməlidir: mədəniyyət və incəsənət sahəsinə aid qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif fəaliyyətinə və asudə vaxtın təşkilinə dair sənədləri; əhalinin demoqrafik, yaş və milli xüsusiyyətləri nəzərə alınmaqla mədəni-kütləvi tədbirlərin təşkilinin forma və üsullarını; kütləvi nümayiş və teatr bayramlarının keçirilməsi üzrə rejissorluğu; müvafiq incəsənət növünün nəzəriyyəsini; repertuarın formalaşması prinsiplərini; bədii yaradıcılıq kollektivlərində təlim-tərbiyə işinin təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və ya orta ixtisas təhsilli olmaqla ixtisası üzrə yaradıcılıq işlərində 3 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən az olmamaqla ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı;

12—13-cü dərəcələr: ali ixtisas təhsili və 5 ildən az olmayaraq fəxri ad daşıyan studiya və kollektivlərdə ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı.

Əmək funksiyası. Səhnə materialları əsasında tamaşaların bədii dekorativ tərtibatını hazırlayır. Rejissorun ümumi yaradıcılıq ideyasına müvafiq olaraq dekorasiya, eskiz və maketləri, qrim, kostyum, butaforiya, eləcə də reklam, afişa, proqram, dəvətnamə eskizləri yaradır. Dekorasiya və digər tərtibat detallarının işçi və konstruktiv çertyojlarını işləyib hazırlayır. Tamaşanın işıq tərtibatı məsələsini həll edir. Bütün tərtibat işlərinin yerinə yetirilməsinə, onların eskizlərə, çertyojlara, təsvirlərə müvafiq təşkil olunmasına nəzarət edir. Səhnə texnikasından düzgün istifadə edilməsini, onun işçi vəziyyətdə saxlanılmasını təmin edir. Montaj məşqi keçirir, deyilən qeydləri nəzərə alaraq tərtibatı təsvir edir. Baş məşqlər və tamaşalar zamanı texniki heyətə rəhbərlik edir. Tamaşanın tərtibi və səhnə təchizatı üçün lazım olan materialları müəyyənləşdirir, onların alınması üçün sifarişlər verir. Stasionar və səyyar şəraitdə dekorasiya montajını təmin edir.

Bilməlidir: teatrda bədii tərtibat işi texnikasını və texnologiyasını; səhnə texnikası və ondan istifadə qaydalarını; peşəkar və özfəaliyyət teatrlarının tamaşaların tərtibatı və səhnə texnikasından istifadə üzrə qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

10-cu dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

11-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla 3 ildən az olmayaraq ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı;

12-ci dərəcə: ali ixtisas təhsili və 3 ildən az olmayaraq ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı;

13-cü dərəcə: ali ixtisas təhsili və 5 ildən az olmayaraq fəxri ad daşıyan studiya və kollektivlərdə ixtisası üzrə yaradıcılıq işlərində əmək stajı.

Əmək funksiyası. Yüksək bədii və tarixi əhəmiyyətli əsərlər, eləcə də bərpaçılıq komissiyasının (şurasının) tapşırığına əsasən nadir incəsənət əsərləri üzərində çox mürəkkəb, ən çətin, orta səviyyəli bərpaçılıq və konservasiya işlərini aparır. Bərpa işlərinin aparılması metodikasını tərtib edir, bu məqsədlə materialları seçir, bərpa işlərinin gedişini sənədlə əsaslandırır. Obyektin zədələrinin və onların bərpası üçün istifadə edilən materialların və tətbiq olunacaq üsulların siyahısını tutur. Bərpa işlərinə başlamazdan əvvəl, iş prosesində və iş başa çatdıqdan sonra obyektin şəklini çəkir. Bərpa edilən obyekti çox ciddi tədqiq edir və vəziyyətinin təsvirini verir, onun ilkin şəklini, dəyişmə tarixini müəyyən edir. Kimyəvi, fiziki və bioloji tədqiqatlar nəticəsində xarab olmanın səbəblərini və xarakterini təyin edir. Təsviri incəsənət əsərinin bərpası zamanı onun bünövrəsini, rəng astarını möhkəmləndirir, eləcə də müəllif əsərini gizlədən və ya pozan, sonradan əmələ gəlmiş örtükləri təmizləyir. Bərpa işlərinin müxtəlif proseslərinin sənədli fotofiksasiyası üzrə fotoqraflara göstərişlər verir. Muzey fondlarını və ekspozisiyalarını tədqiq edir. Eksponatların qorunması və zədələnməməsi məsələləri baxımından muzey mühafizələrinə nəzarət edir. Stajorların işinə rəhbərlik edir. Bərpaya ehtiyacı olan eksponatları tədqiq edən elmi əməkdaşlara köməklik göstərir.

Bilməlidir: bədii, tarixi və nadir incəsənət əsərlərinin bərpa texnologiyasını və üsullarını; bərpa işlərində istifadə olunan materialların xüsusiyyətlərini və onların bərpa işlərində istifadəsini; monumental, dəzgah rəssamlığı, tempera, yağlı boya, qrafika, tətbiqi sənət və heykəltəraşlıq üslubunda hazırlanmış əsərlərinin bərpasında qəbul olunmuş xarici və ölkədaxili əsas üsulları; tarix qoyma və atribusiya prinsiplərini; eksponatların xarab olma səbəblərini; xarab olmanın səbəb və xarakterlərinin təyin olunmasında istifadə edilən laboratoriya tədqiqatının əsas növlərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

9-cu dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 2 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 3 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 5 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 4 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 5 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 7 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 6 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 7 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 10 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 6 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 7 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 10 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə: ali incəsənət və ya sənətşünaslıq təhsili və yaxud orta ixtisas (incəsənət) təhsili və 8 ildən az olmayaraq bərpaçılıq işlərində əmək stajı. Peşə təhsilli olduqda bərpaçılıq işlərində 9 ildən və ya xüsusi təhsili olmadıqda isə bərpaçılıq işlərində 12 ildən az olmayaraq əmək stajı;

Əmək funksiyası. Kitabxananın informasiya texnologiyalarının (kompüter, skaner, printer, surətçıxarma aparatı, modem) işlək vəziyyətini, lokal və internet şəbəkəsi, habelə şəbəkənin antivirus proqramının fəaliyyətini təmin edir və normal işləməsinə nəzarət edir. Kitabxananın veb-saytının idarə edilməsi ilə bağlı işləri yerinə yetirir, veb-saytın operativ yenilənməsinə, domen və hostinqin fəaliyyətinə nəzarət edir, vəziyyətlə bağlı rəhbərliyi mütəmadi olaraq məlumatlandırır, təkliflər verir. Elektron kitabxananın yaradılması işini həyata keçirir və nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Lokal şəbəkə xidmətinin, lokal şəbəkəyə qoşulmuş kompüterlərin və məlumat bazasının təhlükəsizliyinin, daimi işləməsinin, internetə çıxışının təmin edilməsi, kompüterdən istifadə zamanı əməkdaşlara texniki köməkliyin göstərilməsi, çap qurğuları və kompüterlərdə yaranmış problemlərin aradan qaldırılması işlərinin yerinə yetirir.

Bilməlidir: verilən bazaları və onların idarəetmə sistemlərini; internet texnologiyalarını; lokal kompüter şəbəkələrinin qurulması, inkişaf etdirilməsi və istismarını, servis və tətbiqi proqram vasitələrinin istismarını, şəbəkə texnologiyalarını; lokal kompüter şəbəkələrinin server səviyyəsində qurulmasını; əməliyyat sistemlərinin qurulmasını; xarici və ölkədaxili kitabxanaların informasiya texnologiyalarından istifadə üzrə qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: III və IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

10-cu dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

11-ci dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-cu dərəcə: respublika miqyaslı kitabxanalarda;

13-ci dərəcə: milli statusa malik kitabxanalarda.

Əmək funksiyası. Mədəni-maarif işlərinin təşkili üçün vacib olan metodik materialları işləyib hazırlayır. İdarənin (şöbənin) perspektiv iş planlarının hazırlanmasında iştirak edir. Mədəniyyət idarələrinin iş təcrübəsini ümumiləşdirir, qabaqcıl iş təcrübəni təbliğ və tətbiq edir. Müşavirələrin, seminarların, mühazirələrin, tematik gecələrin, şifahi jurnalların, ekskursiyaların, sərgilərin keçirilməsində, tamaşalara baxılmasında, konsertlərin və başqa tədbirlərin hazırlanmasında, təşkilində və keçirilməsində iştirak edir. Mədəni-maarif müəssisələrinin cədvəl üzrə fəaliyyəti haqqında materialları sistemləşdirir və təhlil edir, onların işinin yaxşılaşdırılması üzrə təkliflər hazırlayır. Yaradıcılıq cəhətdən daha kamil olan kollektivlərə fəxri adların verilməsi barədə təklif hazırlayır. Mədəni-maarif tədbirlərinin, seminarların işlənib hazırlanmasında iştirak edir. Əhaliyə göstərilən kitabxana-biblioqrafiya xidmətinin vəziyyətinin yoxlanılmasını təmin edir. Elmi-tədqiqat işlərinin nəticələrinin tətbiq edilməsinə kömək edir.

Bilməlidir: mədəniyyətin, incəsənətin inkişafını müəyyən edən normativ hüquqi aktları, dövlət proqramlarını; yuxarı orqanların mədəni-maarifməsələlərinə dair sənədlərini; mədəni-maarif işlərinin forma və metodlarını, mədəni-maarif sahəsində xarici və ölkədaxili iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili və əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə: orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsilli və ixtisası üzrə 8 ildən az olmayaraq əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 11 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 13 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (böyük metodist): ali ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, respublika miqyaslı elmi-metodiki mərkəzlərdə, I qrupa aid olan mədəni-maarif müəssisələrində çalışdıqda ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, digər müəssisələrdə çalışdıqda 7 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 15 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (böyük metodist): ali ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, respublika miqyaslı elmi-metodiki mərkəzlərdə, I qrupa aid olan mədəni-maarif müəssisələrində çalışdıqda ixtisası üzrə 7 ildən az olmayaraq əmək stajı, digər müəssisələrdə çalışdıqda 10 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (aparıcı metodist): ali ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, respublika miqyaslı elmi-metodiki mərkəzlərdə, I qrupa aid olan mədəni-maarif müəssisələrində çalışdıqda ixtisası üzrə 10 ildən az olmayaraq əmək stajı;

Əmək funksiyası. Oxucuya lazım olan ədəbiyyatın seçilməsini təmin edir. Abonementdə və oxu zalında ədəbiyyatın verilməsi işlərini icra edir. Oxuculara kömək göstərmək məqsədilə onların yaşını, peşə marağını, təhsil səviyyəsini nəzərə alaraq sorğu və maraqlarını sistematik olaraq öyrənir. Kitabxana fondunun və kataloqların təşkilində, ədəbiyyatın işlənməsində iştirak edir. Kitabxana fondunun mühafizəsi və uçotu üzrə iş aparır. Kitabların təbliğində, ədəbiyyat gecələrində, oxucu konfranslarında, yazıçılarla görüşdə, ədəbiyyat, incəsənət, elm və texnika, aktual məsələlər üzrə keçirilən tematik sərgilərdə və başqa kütləvi tədbirlərdə iştirak edir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

7-ci dərəcə: orta ixtisas təhsilli, 2 ildən az olmayaraq kitabxanaçı vəzifəsində əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

8-ci dərəcə: orta ixtisas təhsili, kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 2 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 5 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 4 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 8 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

10-cu dərəcə (böyük kitabxanaçı): ali ixtisas təhsili, 2 ildən az olmayaraq əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli olmaqla milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 10 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 7 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (böyük kitabxanaçı): ali ixtisas təhsili, 4 ildən az olmayaraq əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 6 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 7 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (böyük kitabxanaçı): ali ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (aparıcı kitabxanaçı): ali ixtisas təhsili, milli kitabxanada çalışdıqda kitabxanaçı vəzifəsində 7 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Məlumat biblioqrafiya işlərini yerinə yetirir. Tövsiyə olunan ədəbiyyat siyahısını, göstəriciləri, yaddaşları tərtib edir. Şifahi ədəbiyyat icmallarını hazırlayır və keçirir. Mütəxəssislərin yeni ədəbiyyat haqqında fərdi məlumatını aparır. Kitabxananın məlumat-biblioqrafiya işini nizamlayan normativ hüquqi sənədlərin layihələrini işləyib hazırlayır. Oxuculara göstərilən məlumat-biblioqrafiya xidmətinin keyfiyyətinin artırılması üzrə elmi-metodiki və elmi-tədqiqat işlərinin aparılmasında, eləcə də kitabxana işçilərinin peşəkar biliklərinin yüksəldilməsi üzrə tədbirlərin, müşavirələrin, konfransların, seminarların, təşkilində və keçirilməsində iştirak edir.

Bilməlidir: mədəniyyətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; biblioqrafiyalarını, xarici və ölkədaxili kitabxanaların biblioqrafiya sahəsində qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

7-ci dərəcə: orta ixtisas təhsilli, 2 ildən az olmayaraq biblioqraf vəzifəsində əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

8-ci dərəcə: orta ixtisas təhsili, biblioqraf vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 2 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 5 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 4 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 8 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

10-cu dərəcə (böyük biblioqraf): ali ixtisas təhsili, 2 ildən az olmayaraq əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli olmaqla milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 10 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 7 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (böyük biblioqraf): ali ixtisas təhsili, 4 ildən az olmayaraq əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 6 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 7 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (böyük biblioqraf): ali ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (aparıcı biblioqraf): ali ixtisas təhsili, milli kitabxanada çalışdıqda biblioqraf vəzifəsində 7 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Oxucuya lazım olan ədəbiyyatın seçilməsini təmin edir. Abonementdə və oxu zalında ədəbiyyatın verilməsi işlərini icra edir. Kitabxananın elektron kataloqunun oxucu, kitab verilməsi modulları üzrə biblioqrafik yazıların daxil edilməsi, habelə onların idarə edilməsini təmin edir. Kitabxanada saxlanılan multimedia resursları (audio, video, CD, DVD), elektron kitablar vasitəsilə oxuculara informasiya xidmətini həyata keçirir. Oxuculara kömək göstərmək məqsədilə onların yaşını, peşə marağını, təhsil səviyyəsini nəzərə alaraq sorğu və maraqlarını sistematik olaraq öyrənir. Kitabxana fondunun və kataloqların təşkilində, ədəbiyyatın işlənməsində iştirak edir. Kitabxana fondunun mühafizəsi və uçotu üzrə iş aparır. Kitabların təbliğində, ədəbiyyat gecələrində, oxucu konfranslarında, yazıçılarla görüşdə, ədəbiyyat, incəsənət, elm və texnika, aktual məsələlər üzrə keçirilən tematik sərgilərdə və başqa kütləvi tədbirlərdə iştirak edir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

7-ci dərəcə: orta ixtisas təhsilli, 2 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

8-ci dərəcə: orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 2 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 9 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (aparıcı mütəxəssis): ali ixtisas təhsilli, milli kitabxanada çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vasitəsilə elektron kataloq və elektron kitabxananın yaradılması işini həyata keçirir. Yeni elektron resursların, bazaların yaradılması, elektron kataloqun kataloqlaşdırma, komplektləşdirmə, oxucu, kitab verilməsi modullarının işini əlaqələndirir və təşkil edir. Elektron kataloqun yaradılması işində kitabxananın şöbələrinin əlaqəli işini təşkil edir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

7-ci dərəcə: orta ixtisas təhsilli, 2 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

8-ci dərəcə: orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 2 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 9 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (aparıcı mütəxəssis): ali ixtisas təhsilli, milli kitabxanada çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Özfəaliyyət kollektivlərinin, ansambl və solistlərin, mədəni-kütləvi tədbirlər üzrə təşkilatçıların çıxış və məşqlərinin musiqi müşayiətini təmin edir. Solistlərin vokal partiyalarını öyrənir, ansamblların musiqi müşayiətində iştirak edir, ifaçılarla birlikdə yeni repertuarlar hazırlayır. Mədəni-kütləvi tədbirlərin, konsertlərin, tamaşaların, bayram və istirahət axşamlarının və s. keçirilməsində iştirak edir. Bədii özfəaliyyət kollektivlərində təlim-tərbiyə işlərində iştirak edir.

Bilməlidir: musiqi tarixini və nəzəriyyəsini; bədii özfəaliyyət kollektivləri ilə iş üsulunu; bədii özfəaliyyət kollektivlərinin, solistlərin repertuarının formalaşdırılması prinsiplərini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: musiqi təhsilinə tələb qoyulmadan 3 ildən az olmayaraq ifaçılıq təcrübəsi olduqda;

8-ci dərəcə: 7 illik ilkin musiqi təhsili;

9-cu dərəcə: əmək stajına tələb qoyulmadan orta ixtisas təhsili;

10-cu dərəcə: orta ixtisas təhsilli və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili;

12-ci dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Buraxılan çap məhsullarının perspektiv və cari planlarım işləyib hazırlayır. Nəşr üçün müəyyən işlərin görülməsinə müəllifi cəlb edir. Buraxılan nəşrlərin tematikası üzrə materialların işlənməsində iştirak edir. Daxil olmuş müəllif əlyazmalarının müzakirəsini və onlara rəy verilməsini təşkil edir. Nəşrə qəbul edilmiş işlərin redaktə edilməsi üçün müəlliflərə köməklik göstərir. Redaktə edilmiş orijinalların poliqrafik istehsala təhvil verilmək üçün hazırlayır. Nəşriyyatın (poliqrafik müəssisənin) göstərişi ilə istehsala təhvil verilmiş orijinalın üzərində tamamlama işlərini yerinə yetirir. Nəşrləri, kataloq və kartotekaları redaktə edir, elektron nəşrlərin siqnal nüsxələrini oxuyur və korrektura möhürlərinin düzəlişini aparır. Nəşrlərin istehsalatdan keçirilmə qrafikini aparır. Oxşar və ya uyğun nəşriyyatların tematika üzrə buraxılan çap məhsullarına rəy və annotasiya tərtib edir. Məlumat-biblioqrafiya işlərində iştirak edir, biblioqrafik vəsaitləri və çap kataloqlarmı redaktə edir. Çapdan çıxmış nəşrlərin uçotunu aparır. Biblioqrafik, metodik materialların bölmələrini və ya məlumat-biblioqrafiya aparatının hissələrini redaktə edir, kataloqların və kartotekaların, kitab və digər nəşrlərin elektron versiyasının redaktəsini, yardımçı göstəricilərin təşkili işlərini həyata keçirir.

Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; mədəni-maarif sahəsinə aid normativ hüquqi aktları, yuxarı orqanların mədəniyyət sahəsinə aid qərar, əmr, sərəncam və digər sənədlərini; əlyazmalarının, kataloq və kartotekaların redaktə edilməsini və tərtibi qaydalarını, kitab və digər nəşrlərin elektron versiyasının redaktəsini, çap məhsullarının bədii-texniki formalaşdırılmasını; mətbuat möhürlərinin çap işarələrini; poliqrafik istehsala verilən nəşriyyat orijinalların hazırlanma qaydalarını; çap məhsullarının buraxılışa hazırlanması üzrə normativ materialları, standart korrektura işarələrini; rus dilinin qrammatikasını və stilistikasını; müəllif hüquqlarını; redaksiya-nəşriyyat fəaliyyətinin təşkilini və iqtisadiyyatını; poliqrafıq istehsalın texnologiyasını, əməyin təşkili və idarə olunmasını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələblər:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 2 ildən və yaxud digər sahələrdə redaktor vəzifəsində 3 ildən az olmayaraq əmək stajı olduqda;

9-cu dərəcə: ali ixtisas təhsili və iqtisadiyyatın digər sahələrində redaktor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda;

10-cu dərəcə: ali ixtisas təhsili və mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 3 ildən və yaxud iqtisadiyyatın digər sahələrdə redaktor vəzifəsində 8 ildən az olmayaraq əmək stajı olduqda;

11-ci dərəcə (mədəni-maarif müəssisəsinin aparıcı redaktoru): ali ixtisas təhsili və mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 5 ildən az olmayaraq əmək stajı olduqda, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində), I qrupa aid edilən mədəni-maarif müəssisələrində çalışdıqda və yaxud ali ixtisas təhsilli olmaqla iqtisadiyyatın digər sahələrdə redaktor vəzifəsində 10 ildən az olmayaraq əmək stajı olduqda;

12-ci dərəcə (mədəni-maarif müəssisəsinin aparıcı redaktoru): ali ixtisas təhsili və mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 7 ildən az olmayaraq əmək stajı olduqda, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində), I qrupa aid edilən mədəni-maarif müəssisələrində çalışdıqda və yaxud ali ixtisas təhsilli olmaqla iqtisadiyyatın digər sahələrdə redaktor vəzifəsində 15 ildən az olmayaraq əmək stajı olduqda;

13-cü dərəcə (mədəni-maarif müəssisəsinin aparıcı redaktoru): mədəni-maarif müəssisələrində redaktor vəzifəsində 10 ildən az olmayaraq əmək stajı olduqda və milli statusa malik kitabxanada çalışdıqda.

Əmək funksiyası. Beynəlxalq kitab mübadiləsi üzrə aidiyyəti işləri həyata keçirir. Xarici ölkələrin kitab kataloqlarından və kitabxanaların kitab mübadiləsi siyahılarından kitabların mövzular üzrə seçilməsini təmin edir, onların siyahılarını, biblioqrafik təsvirlərini tərtib edir. Kitabların hər birinə ayrı-ayrılıqda qısa annotasiyalar hazırlayır. Seçilmiş və hazırlanmış materialları Azərbaycan dilinə tərcümə edir. Beynəlxalq kitab mübadiləsi yolu ilə kitabxanaya alınması nəzərdə tutulan xarici kitabların və dövri nəşrlərin kartotekasını təşkil edir.

Azərbaycanda çap olunan və beynəlxalq kitab mübadiləsi üçün təqdim olunan ədəbiyyatın siyahılarını hazırlayır, onların biblioqrafik təsvirlərini beynəlxalq standartlara uyğun olaraq tərtib edir. Həmin kitablara qısa biblioqrafik annotasiyalar hazırlayır, onları tələb olunan xarici dilə tərcümə edir və xarici ölkə kitabxanalarına göndərir. Xarici ölkə kitabxanalarına beynəlxalq kitab mübadiləsi yolu ilə göndərilən kitabların və dövri nəşrlərin kartotekasını təşkil edir.

Bilməlidir: milli mədəniyyətin inkişafı üzrə qanunvericiliyi; mədəni-maarif sahəsinə aid normativ hüquqi aktları, yuxarı orqanların mədəniyyət sahəsinə aid qərar, əmr, sərəncam və digər sənədlərini; əlyazmalarının, xarici dillərdə kataloq və kartotekaların tərtibi və redaktə edilməsi qaydalarını, xarici dillərdə kitab və digər nəşrlərin elektron versiyasının redaktəsini, beynəlxalq standart kitab nömrələri üzrə axtarış aparmağı, xarici dildə annotasiya və biblioqrafik təsvir tərtib etməyi; əməyin təşkili və idarə olunmasını, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, rus və türk dillərindən əlavə bir və ya bir neçə xarici dildə sərbəst danışıq, peşəkar səviyyədə həmin dillərdə şifahi və yazılı formada tərcümə etmək bacarığı.

11-ci dərəcə: 2 ildən az olmayaraq tərcüməçi vəzifəsində əmək stajı olduqda və beynəlxalq əlaqələri olan respublika əhəmiyyətli mədəni-maarif müəssisələrində çalışdıqda;

12-ci dərəcə: 2 ildən az olmayaraq tərcüməçi vəzifəsində əmək stajı olduqda və beynəlxalq əlaqələri olan milli statusa malik kitabxanada çalışdıqda;

13-cü dərəcə (beynəlxalq əlaqələr üzrə aparıcı tərcüməçi-redaktor): 3 ildən az olmayaraq beynəlxalq əlaqələr üzrə tərcüməçi-redaktor vəzifəsində əmək stajı olduqda və beynəlxalq əlaqələri olan milli statusa malik kitabxanada çalışdıqda.

Əmək funksiyası. Heyvanatlarda xəstəliyin və ölümün qarşısını almaq məqsədilə profilaktik-baytarlıq, sanitar-baytarlıq və klinik laborator tədbirlərini planlaşdıraraq həyata keçirir. Heyvanat parkının istehsalat otaqlarının və ərazisinin sanitar-baytarlıq vəziyyətini yoxlayır. Heyvanat parkına yeni gətirilmiş heyvanlar üzərində karantin tədbirlərini həyata keçirir, xəstə heyvanları aşkar edərək onları təcrid edir. Xəstə heyvanları diaqnostik müayinə edir, onlara qoruyucu peyvəndlər edir. Profilaktik müalicəni həyata keçirir. Baytarlıq aptekində olan yemlərin keyfiyyətini yoxlayır. Heyvanat parklarının heyvanlarının çıxdaş edilməsində iştirak edir və öldürülmüş heyvanların ətindən istifadə olunması haqqında qərar çıxarır. Baytarlıq sənədlərinin hazırlanması ilə məşğul olur. Heyvanat parkının elmi iş planına müvafiq olaraq tədqiqat aparır. Heyvanat parkında saxlanılan vəhşi heyvanların müalicəsi haqqında məsləhətlər verir. Baytarlıq işlərinin uçotunu və qəbul edilmiş hesabatı aparır.

Bilməlidir: baytarlıq işi barədə normativ sənədləri; baytarlıq və sanitariya qaydalarını, təminatlarını; aidiyyəti orqanların baytarlıq işi barədə qərar, sərəncam və digər sənədlərini; heyvanat parkında saxlanılan vəhşi heyvanların biologiyasını, onlara xas olan xəstəlikləri və onların qarşısının alınması və müalicə qaydalarını; sanitar-baytarlıq ekspertizasını; baytarlıq və sanitar-baytarlıq ekspertizası sahəsində yeni nailiyyətləri; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: əmək stajına tələb qoyulmadan ali ixtisas təhsili və yaxud orta ixtisas təhsilli olmaqla baytar həkimi vəzifəsində 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: ali ixtisas təhsili və 1 ildən az olmayaraq baytar həkimi vəzifəsində əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və 4 ildən az olmayaraq baytar həkimi vəzifəsində əmək stajı;

10-cu dərəcə (aparıcı baytar həkimi): ali ixtisas təhsili və 7 ildən az olmayaraq baytar həkimi vəzifəsində əmək stajı.

Əmək funksiyası. Kütləvi oyunlar, tamaşalar, əyləncələr və sair əhalinin asudə vaxtının keçirilməsi üzrə kollektiv tədbirlər həyata keçirir. Ssenarinin, tematik proqramın, bədii tərtibatın, musiqi müşayiətinin və texniki təchizatın işlənib hazırlanması və tərtibi işlərində iştirak edir. Xərclər smetasını tutur və müəyyən olunmuş qaydada təsdiqə təqdim edir.

Bilməlidir: milli mədəniyyətin və incəsənətin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; mədəni-maarif işinə dair qərar, sərəncam və digər sənədləri; incəsənət tarixi və nəzəriyyəsinin əsaslarını; oyun və əyləncələrin yaranma tarixini, onların sosial-psixoloji və pedaqoji funksiyalarını; auditoriyanın fəallaşması, adamların kollektiv oyun ünsiyyətinə cəlb olunması üsullarını; kütləvi əyləncəli tədbirlərin dramaturji quruluşunu; müxtəlif yaş təbəqələri üçün oyun repertuarını; mədəni-kütləvi tədbirlərin keçirilməsi üzrə qabaqcıl təcrübəni; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

8-ci dərəcə: iş stajı nəzərə alınmadan ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq bu vəzifədə əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsili və ixtisası üzrə 1 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 10 ildən az olmayaraq bu vəzifədə əmək stajı.

Əmək funksiyası. Tapşırılmış ekspozisiyanın eksponatlarının xarab edilməməsi üçün müvafiq tədbirlər görür, onları oğurlanmadan mühafizə edir. İşin axırında ona tapşırılmış ekspozisiyanı siyahı üzrə yoxlayaraq növbətçiyə təhvil verir. Ona tapşırılan zalların təmizliyinə nəzarət edir. Muzeyə gələnlərin muzeydə davranış qaydalarına, müəyyən edilmiş iş rejiminə riayət etmələrinə diqqət yetirir.

Bilməlidir: muzeyə, qoruğa və muzey tipli müəssisələrə gələnlərin muzeydə davranış qaydalarını; muzeyin iş rejimini; eksponatların mühafizə qaydalarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil, əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

7-ci dərəcə:xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifələrdə 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili, ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı;

8-ci dərəcə: respublika miqyaslı və ya milli muzeylərdə, respublika əhəmiyyətli qoruqlarda və muzey tipli müəssisələrdə çalışdıqda xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və bu vəzifədə 10 ildən az olmayaraq əmək stajı və yaxud həmin müəssisələrdə çalışdıqda orta ixtisas təhsilli olmaqla ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

Əmək funksiyası. Studiyanın, bədii özfəaliyyət kollektivlərinin təşkilatı yaradıcılıq planlarının tərtibində iştirak edir. İfaçılarla məşqlər keçirir, təlim işlərini aparır. Qarşıya qoyulmuş məsələlərin həlli üçün vacib olan ədəbi, musiqi, ikonoqrafiya və s. materialların seçilməsində ifaçılara köməklik göstərir. Studiyanın, bədii özfəaliyyət kollektivlərinin yaradıcılığının inkişafına səy göstərir.

Bilməlidir: yaradıcılıq prosesinin həyata keçirilməsinin təşkilati əsaslarını və üsullarını; incəsənətin müəyyən sahəsində ifadə vasitələrini və üsullarını, ifaçılıq sənətinin elementlərini; analoji studiya və kollektivlərin qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: orta ixtisas təhsili

5-ci dərəcə: əmək stajına tələb qoyulmadan;

6-cı dərəcə: ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı.

1. 10 iyun 2013-cü il tarixli 04 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201306100004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyun 2013-cü il)

2. 18 dekabr 2018-ci il tarixli 11-2 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201812180112, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 7 yanvar 2019-cu il)

3. 3 may 2019-cu il tarixli 190500024 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201905030024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 may 2019-cu il)

4. 16 iyul 2019-cu il tarixli 1905000035 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201907160035, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2019-cu il)

5. 17 sentyabr 2019-cu il tarixli 1905000050 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201909170050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 1 oktyabr 2019-cu il)

6. 28 noyabr 2019-cu il tarixli 1905000053 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201911280053, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 dekabr 2019-cu il)

7. 18 avqust 2020-ci il tarixli 20020030144 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202008180144, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 31 avqust 2020-ci il)

8. 17 yanvar 2022-ci il tarixli 22050000016 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202201170016, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 28 yanvar 2022-ci il)

9. 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-28/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283528, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 9 oktyabr 2023-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver