“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 26 may 2015-ci il
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən hazırlanmışdır və mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi qaydalarını tənzimləyir.
1.2. Milli mədəni sərvətin mülkiyyətçisi və ya istifadəçisi onun saxlanılmasını və mühafizəsini təmin etməyə borcludur.
1.3. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.
1.4. Tarixi, arxeoloji, şəhərsalma, arxitektura və monumental sənət abidələrinin, təbii-landşaft obyektlərinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının və Şuşa Şəhəri Dövlət Qoruğunun əraziləri istisna olmaqla) mühafizəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən həmin obyektlərin mühafizə zonaları müəyyən edilir.
1.5. Mühafizə olunan mədəni sərvətlərin siyahısının tərtib edilməsi daşınmaz mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər mədəni sərvətlərə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. Mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilən hər bir mədəni sərvətə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən şəhadətnamə verilir.
1.6. Azərbaycan Respublikası Azərbaycan xalqının milli mədəni və təbii irsinə zərərin vurulmasının və ya zərərin vurulması təhlükəsinin qarşısını almaq məqsədi ilə tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq yardımın göstərilməsini, xüsusi mühafizə və ya gücləndirilmiş mühafizə statusunun verilməsini tələb edir.
1.7. Mədəni sərvətlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.
1.8. Mühafizə dərəcəsi olan mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə münasibətləri mühafizə müqaviləsi ilə müəyyən edilir.
1.9. Dövlət tərəfindən qorunan mədəni sərvətlərin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
2.1. Mühafizənin qabaqlayıcı dərəcəsi mədəni sərvətlərin tarixi əhəmiyyəti və qiyməti müəyyən olunanadək həmin obyektlərə şamil edilir.
2.2. Mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş obyektlər üzrə aşağıdakı tədbirlər həyata keçirilir:
2.2.1. mədəni sərvətin cari təmiri;
2.2.2. mədəni sərvətin istifadə üçün uyğunlaşdırılması.
2.3. Mədəni sərvətin cari təmiri tarixi və bədii təyinatını dəyişdirmədən obyektin adi istismar vəziyyətini saxlamaq üçün mülkiyyətçi və ya istifadəçi tərəfindən həyata keçirilən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır. Mədəni sərvətlərin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər.
2.4. Mədəni sərvətin istifadə üçün uyğunlaşdırılması tarixi və bədii təyinatını dəyişdirmədən ondan istifadə şərtlərinə uyğun olaraq mülkiyyətçi və ya istifadəçi tərəfindən həyata keçirilən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılmasıdır.
3.1. Aşağıdakıların həyata keçirilməsi və mülkiyyətçi və ya istifadəçi tərəfindən elmi-tədqiqat, inşaat-möhkəmləndirmə, təmir-tikinti və digər işlərin aparılması məqsədi ilə mədəni sərvətlərə mühafizənin konservasiya dərəcəsi tətbiq edilir:
3.1.1. mədəni sərvətin cari vəziyyətinin pisləşməsinin qarşısının alınması;
3.1.2. mədəni sərvətin hal-hazırkı vaxtadək saxlanılmış görkəminin dəyişilməməsi;
3.1.3. fövqəladə və qarşısıalınmaz hallarda təcili tədbirlərin görülməsi imkanlarının yaradılması.
3.2. Mədəni sərvətlərin konservasiyasına aşağıdakı tədbirlər daxildir:
3.2.1. fiziki-mexaniki və fiziki-kimyəvi mühitin təsirindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr quraşdırmaq;
3.2.2. daşınmaz mədəni sərvətlərin yeraltı suların dağıdıcı təsirindən qorunmasını, onların toxunulmazlığını və çəpərlənməsini təmin etmək.
3.3. Mühafizənin konservasiya dərəcəsi tətbiq edilmiş obyektlər istifadədən tamamilə çıxarılmalı və ya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nəzarəti altında məhdud dairədə istifadə edilməli olan mədəni sərvətlərə aid edilir.
4.1. Mühafizənin bərpa (rekonstruksiya, regenerasiya) dərəcəsi mədəni irs obyektlərinin ilkin mədəniyyət təyinatına qaytarılması məqsədi ilə bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir.
4.2. Mədəni sərvətlərin bərpası onların zədələnmiş və itirilmiş hissələrinin mədəni sərvətin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edilib ilkin halına gətirilməsidir.
4.3. Mühafizənin bərpa dərəcəsi ilkin mədəniyyət təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mühafizənin bərpa dərəcəsi tətbiq olunana qədər obyekt barədə konservasiya dərəcəsi müəyyən edilə bilər.
4.4. Mədəni sərvətin istifadəyə uyğunlaşdırılması üçün aşağıdakı tədbirlər həyata keçirilir:
4.4.1. mədəni sərvətlərin rəvayətlər, rəsmlər, qravyuralar əsasında tərtib olunmuş layihələr üzrə yenidən qurulması;
4.4.2. mədəni sərvətlərin daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə onların ilkin həcm-plan həllinin bərpası.
5.1. Xüsusi mühafizə dərəcəsi Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan mədəni sərvətlərə şamil edilir.
5.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Qaydası”na uyğun olaraq mədəni sərvətlər Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilir.
6.1. Xüsusi mühafizə dərəcəsi istisna olmaqla, müvafiq mühafizə dərəcəsinin tətbiq edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq müraciət edilir. Müraciətə mədəni sərvətlərlə əlaqədar aparılacaq bərpa, yenidənqurma və abadlıq, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri əlavə edilir.
6.2. Bu Qaydanın tələblərinə uyğun olaraq həyata keçirilən inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılır.
7.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu Qaydanın 6.1-ci bəndində göstərilən layihələrə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında baxır.
7.2. Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi alındıqdan sonra, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri təsdiq edilir.
7.3. Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi olmadıqda və ya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən layihələr təsdiq edilmədikdə, bu barədə mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisinə məlumat verilir.
8.1. Mədəni sərvətlərə qabaqlayıcı, konservasiya və bərpa-mühafizə dərəcələrinin tətbiqi haqqında qərarı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qəbul edir.
8.2. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar mədəni sərvətlərin mülkiyyətçisi və ya istifadəçisi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi arasında münasibətlərin mühafizə müqaviləsi ilə rəsmiləşdirilməsi üçün əsasdır.
8.3. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərarın qəbul edilməsindən imtina aşağıdakı əsaslar üzrə həyata keçirilir:
8.3.1. mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri barədə Azərbaycan Milli Elmlər Akademiyasının müsbət rəyi olmadıqda;
8.3.2. mədəni sərvətlərlə əlaqədar aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən əsaslandırılmaqla təsdiq edilmədikdə.
9.1. Bu Qaydanın 8.1-ci bəndində göstərilən qərar qəbul edildikdən sonra layihə üzrə işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.
9.2. Layihə üzrə işlər tamamlandıqdan sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Şuşa şəhərinin ərazisində isə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə görülmüş işlər barədə hesabat təqdim edilir.
1. 11 oktyabr 2017-ci il tarixli 420 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1885)
2. 6 dekabr 2017-ci il tarixli 529 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 dekabr 2017-ci il, № 271, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2477)
3. 26 oktyabr 2020-ci il tarixli 424 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1312)
4. 5 noyabr 2022-ci il tarixli 409 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 11 noyabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1346)
5. 4 sentyabr 2024-cü il tarixli 390 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 5 sentyabr 2024-cü il, “Xalq” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1053)
6. 10 iyul 2026-cı il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 14 iyul 2026-cı il, № 122)