Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Mədəniyyət sahəsində mülkiyyət hüququ

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Hər kəsin mədəniyyət sahəsində mülkiyyət hüququ dövlət tərəfindən qorunur.

11.2. Hər kəsin öz yaradıcılıq fəaliyyətinin nəticələrinə və qanuni əldə etdiyi mədəniyyət məhsullarına mülkiyyət hüququ vardır.

11.3. Mədəniyyət məhsullarının və xidmətlərinin əldə edilməsi, istifadəsi və barəsində sərəncam verilməsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq tənzimlənir.

11.4. Qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver