17.1. “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl olunmaqla, hər kəsin mədəniyyət sahəsində istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
17.2. Bu Qanunun 17.1-ci maddəsinin tələblərinə əməl olunmaqla, mədəniyyət sahəsində məlumat mübadiləsi media və digər yayım vasitələri ilə aparıla bilər.
17.3. Azərbaycan mədəni irsinin və mədəni sərvətlərinin təbliğ edilməsinə “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq media subyektləri tərəfindən informasiya dəstəyi göstərilir.