33.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi və ya inşa olunduğu məkanlarda qorunur.
33.2. Azərbaycan Respublikasında daşınmaz mədəni irsə aşağıdakılar aiddir:
33.2.1. milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini və dünyəvi abidələr, o cümlədən tarixi və bədii maraq kəsb edən arxeoloji, təbii ərazilər və arxitektura kompleksləri, incəsənət əsərləri;
33.2.2. daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini təmin edən sığınacaqlar;
33.2.3. mədəni sərvətlərin toplandığı yerlər.
33.3. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin siyahılara daxil edilən mədəni irs abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.