Qanunvericilik › Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 38

Maddə 38. Milli mədəni irsin mühafizəsinə dair öhdəliklər

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

38.1. Azərbaycan Respublikasında milli tarixi, təbii və mədəni irs obyektlərini, o cümlədən tarix, təbiət və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.

38.2. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla,Azərbaycan Respublikasında təbiət komplekslərinin, tarixi ərazilər və mədəni irs abidələrinin qoruq elan edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

38.3. Milli mədəni irsin mühafizəsi sistemi dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən qanuni hüquqi, maddi-texniki və təşkilati tədbirlərdən ibarətdir.

38.4. Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təminatlar verilir.

38.5. Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver