Qanunvericilik › “Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları” təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 23.06.2009) › Tam mətn

“Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları” təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 23.06.2009)

“Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları” təsdiq edilməsi barədə (Dövlət Gömrük Komitəsi, 23.06.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9-cu maddəsinə uyğun olaraq

2. “Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları” dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

3. Bu Qaydalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minsin.

4. Bu Qaydalar qüvvəyə mindiyi gündən Dövlət Gömrük Komitəsinin 12 dekabr 2003-cü il tarixli, 118 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 22 dekabr 2003-cü il tarixdə 3017 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Mühafizə siyahısına daxil edilmiş mədəniyyət sərvətlərinin fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları” qüvvəsini itirmiş hesab edilsin.

5. İşlər İdarəsi (Rizvan Mustafayev) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra “Mədəniyyət sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”nı Komitənin mərkəzi aparatının struktur bölmələrinə və yerli gömrük orqanlarına göndərilməsini təmin etsin.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver