Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 22

Maddə 22. Media subyektləri tərəfindən yayımlanmış materialların saxlanılması

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

22.1. Audiovizual yayımçılar öz proqramlarını 3 (üç) ay müddətində saxlamalıdırlar.

22.2. Seçkiqabağı və referendumqabağı təşviqata aid audiovizual proqramların audio və (və ya) videoyazısı aparılır, həmin yazılar yayımlandığı gündən 12 (on iki) ay müddətində müvafiq audiovizual yayımçı tərəfindən saxlanılır. Audiovizual yayımçı ödənişli və ödənişsiz efir vaxtının ayrılmasına dair hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 (beş) il müddətində saxlamalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver