Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 39

Maddə 39. Audiovizual yayımçının vəzifələri və audiovizual yayıma dair tələblər

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

39.1. Audiovizual yayımçının vəzifələri aşağıdakılardır:

39.1.1. sifarişli yayım xidməti istisna olmaqla, Azərbaycan Respublikasının Dövlət Himnini hər gün səhər yayımın əvvəlində “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq səsləndirmək;

39.1.2. tütün istifadəsi prosesinin nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək;

39.1.3. bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət etmək;

39.1.4. reklam və sponsorluq fəaliyyətini “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həyata keçirmək;

39.1.5. Şuranın qərarlarını icra etmək;

39.1.6. bu Qanunla müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək.

39.2. Audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəriciləri ilə bağlı tələblər Şura tərəfindən müəyyən edilir.

39.3. Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:

39.3.1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır;

39.3.2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);

39.3.3. azı hər iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;

39.3.4. saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver