4.1. Media sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır:
4.1.1. media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığını təmin etmək;
4.1.2. Azərbaycan Respublikasında hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq;
4.1.3. istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq;
4.1.4. medianın inkişafını təşviq etmək və stimullaşdırıcı tədbirlər həyata keçirmək;
4.1.5. media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq;
4.1.6. media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq;
4.1.7. Azərbaycan Respublikasının media məkanının təhlükəsizliyini təmin etmək;
4.1.8. ictimai yayımın təmin olunması üçün şərait yaratmaq.