Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 78

Maddə 78. Keçid müddəalar

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

78.1. Bu Qanun qüvvəyə mindiyi tarixdən 6 (altı) ay ərzində bu Qanunun 52.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər kağız və ya elektron formada təqdim edildikdən sonra Şura tərəfindən bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən teleradio yayımı sahəsində lisenziya sahiblərinə aşağıdakı lisenziyalar ödənişsiz əsaslarla verilir:

78.1.1. ümumölkə televiziya və radio yayımçılarına – ümumölkə yerüstü televiziya yayımçısı və ümumölkə yerüstü radio yayımçısı lisenziyası;

78.1.2. regional televiziya və radio yayımçılarına – regional yerüstü televiziya yayımçısı və regional yerüstü radio yayımçısı lisenziyası;

78.1.3. kabel yayımçılarına istifadə etdikləri yayım üsullarından (kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları) asılı olaraq – sadə platforma operatoru lisenziyası və universal platforma operatoru lisenziyası;

78.1.4. radiotezliklərdən istifadə etməklə fəaliyyət göstərən kabel yayımçılarına – multipleks operatoru lisenziyası;

78.1.5. peyk yayımçılarına – peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası.

78.2. Azərbaycan Respublikasında rəqəmsal radio yayımına tam keçid təmin olunanadək fəaliyyət göstərən ümumölkə və regional radio yayımçıları infrastruktur və ya multipleks operatorunun retranslyasiya funksiyasını həyata keçirə bilərlər.

78.3. Bu Qanun qüvvəyə minənədək fəaliyyət göstərən çap mediası və onlayn media subyektləri bu Qanunda nəzərdə tutulmuş Media Reyestri formalaşdığı tarixdən 6 (altı) ay müddətində bu Qanunun 73.6-cı maddəsində nəzərdə tutulmuş qaydada Şuraya müraciət etməlidir.

78.4. Bu Qanunun 48.3-cü maddəsi Şuranın bu Qanun qüvvəyə mindikdən sonra təyin edilmiş üzvlərinə şamil olunur.

78.5. Bu Qanunun 26.3.1-ci və 74.2.3-cü maddələri bu Qanun qüvvəyə mindikdən sonra yaranan hallara şamil olunur.

78.6. Bu Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 82; 2001, № 12, maddə 736; 2002, № 3, maddə 116, № 5, maddə 245; 2004, № 2, maddələr 57, 58; 2005, № 4, maddə 278; 2007, № 8, maddə 752, № 11, maddə 1079; 2009, № 4, maddə 212, № 8, maddə 611; 2010, № 3, maddə 172; 2015, № 2, maddə 82, № 11, maddələr 1258, 1292; 2016, № 1, maddə 40, № 5, maddə 837, № 12, maddə 1986; 2017, № 12 (I kitab), maddə 2254; 2018, № 1, maddə 16, № 5, maddə 891, № 6, maddə 1166; 2019, № 3, maddə 376, № 12, maddə 1882; 2020, № 6, maddə 671) və “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987; 2018, № 2, maddə 153, № 6, maddə 1167, № 12 (I kitab), maddə 2477; 2019, № 12, maddə 1882; 2020, № 6, maddələr 671, 673) ləğv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver