Qanunvericilik › Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Mediatorların ilkin hazırlığı və ixtisasının artırılması

Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Mediator olmaq istəyən şəxslərin ilkin hazırlığı, həmçinin mediatorların ixtisasının artırılması mediasiya təlimi qurumunda həyata keçirilir.

14.2. Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə, həmçinin ixtisasartırma kursunu bitirmiş mediatorlara mediasiya təlimi qurumu tərəfindən müvafiq sertifikat verilir. Mediatorların ilkin hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifikatın qüvvədə olma müddəti beş ildir.

14.3. Mediasiya təlimi qurumunda təlim mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasına uyğun olaraq həyata keçirilir.

14.4. Mediasiya təlimi qurumuna bu Qanunun 11.2-ci və 11.4–11.8-ci maddələrin tələbləri şamil olunur. Bu Qanunun 14.5-ci maddəsinin tələblərinə cavab verdiyi halda mediasiya təlimi qurumu qismində mediasiya təşkilatı da çıxış edə bilər.

14.5. Hüquqi şəxs Mediasiya Şurasının üzvlüyünə qəbul edildiyi andan mediasiya təlimi sahəsində fəaliyyət göstərmək hüququ əldə edir. Mediasiya Şurasının üzvlüyünə mediasiya təlimi qurumu qismində qəbul edilməsi üçün hüquqi şəxs aşağıdakı tələblərə cavab verməlidir:

14.5.1. aşağıdakı göstərilən şəxslər kateqoriyasından ən azı ikisi ilə əmək müqaviləsi və ya müvafiq mülki-hüquqi müqaviləsi olmalıdır:

14.5.1.1. son 2 il ərzində ən azı 10 mediasiya işi aparmış ən azı 1 mediatorla;

14.5.1.2. son 6 ildə mediasiya üzrə (o cümlədən, mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq) azı 2 il pedaqoji staja malik və ya son 3 il ərzində beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmış 1 təlimçi ilə;

14.5.1.3. beynəlxalq mediasiya qurumlarının mediasiya sahəsində təşkil etdiyi mediasiya təlimçilərinin təlimindən keçməsi barədə müvafiq sertifikatı olan ən azı 1 təlimçi ilə;

14.5.2. ilkin hazırlıq və ixtisasartırma mediasiya dərsləri üzrə təfsilatlı proqrama malik olmalıdır;

14.5.3. bu Qanunun 11.8-ci maddəsində nəzərdə tutulmuş hallar olduğu halda, müvafiq müddətin keçməsi gözlənilməlidir.

14.6. Xarici ölkələrdə bu Qanunun 14.5.1.1‒14.5.1.3-cü maddələrinə uyğun olaraq əldə edilmiş iş təcrübəsinin və ya sertifikatların tanınması məsələsi mediasiya reyestrinin aparılması qaydası ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver