16.1. Mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır. Mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır.
16.2. Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı aşağıdakı intizam məsuliyyəti tədbirləri tətbiq edilir:
16.2.1. irad tutma;
16.2.2. töhmət;
16.2.3. 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması.
16.2-1. Bu Qanunun 16.2-ci maddəsində göstərilmiş intizam məsuliyyəti tədbirlərindən hər hansı biri tətbiq olunmadan, mediatora şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
16.3. Mediatora qarşı intizam tədbirləri Mediasiya Şurasının qərarı ilə tətbiq edilir. Mediatora qarşı intizam tədbirləri pozuntunun baş verdiyi tarixdən 1 il müddətində tətbiq edilir. İntizam icraatının həyata keçirilməsi qaydası Mediasiya Şurası tərəfindən müəyyən olunur.
16.4. Mediator tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll olunmamasına və ya barışıq sazişinin icra edilməməsinə görə məsuliyyət daşımır.
16.5. İntizam məsuliyyəti mediatoru bu Qanunla müəyyən olunan vəzifələri pozması nəticəsində vurduğu zərərə görə mülki, inzibati və cinayət məsuliyyətindən, həmçinin işlədiyi mediasiya təşkilatı tərəfindən tətbiq edilən intizam məsuliyyətindən azad etmir.