23.1. Mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçir. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına da müraciət edə bilərlər.
23.2. Tərəflər mediatorun seçilməsi üçün mediasiya təşkilatına müraciət etdikdə mediasiya təşkilatı tərəflərə bir və ya bir neçə mediatorun namizədliyini təklif edir və ya tərəflər arasında bağlanmış “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və ya tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulduğu, həmçinin tərəflərin qarşılıqlı razılaşmasına əsasən və ya bu Qanunun 28.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hallarda mediatoru (mediatorları) bilavasitə təyin edir.
23.3. Mediator və ya mediasiya təşkilatı “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı ana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini ödənişsiz izah etməlidir.
23.4. Mediator və ya mediasiya təşkilatı ilə tərəflər arasında münasibətlər mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə ilə tənzimlənir. Mediasiya xidmətlərinin göstərilməsinə dair bağlanan müqavilədə mediatorun və ya mediasiya təşkilatının, tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, konfidensiallıq, mediasiya xərcləri, bu Qanuna və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq digər şərtlər müəyyən olunur.
23.5. Mediator tərəflərin qarşılıqlı razılığı ilə mediasiya prosesinin keçirilmə yerini və vaxtını müəyyənləşdirir.