Qanunvericilik › “Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2026) › Tam mətn

“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2026)

“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 19.03.2026) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 mart 2026-cı il

Məhkəmə-xətşünaslıq ekspertizası

Məhkəmə-müəllifşünaslıq ekspertizası

Sənədlərin məhkəmə-texniki ekspertizası

Audio və videoyazıların məhkəmə ekspertizası

Məhkəmə-linqvistik ekspertizası

Məhkəmə-trasoloji ekspertizası

Məhkəmə-ballistik ekspertizası

Məhkəmə partlayış-texniki ekspertizası

Məhkəmə-portret ekspertizası

Məhkəmə-fototexniki ekspertizası

Materialların məhkəmə ekspertizası

Məhkəmə-bioloji ekspertizası

Məhkəmə maliyyə-mühasibat ekspertizası

Məhkəmə-əmtəəşünaslıq ekspertizası

Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası

Məhkəmə texniki-təhlükəsizlik ekspertizası

Məhkəmə tikinti-texniki ekspertizası

Məhkəmə yerquruluşu ekspertizası

Məhkəmə kompüter-texniki ekspertizası

Məhkəmə-sənətşünaslıq ekspertizası

Məhkəmə-psixoloji ekspertizası

Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası

Kontrafakt məhsulların məhkəmə ekspertizası

Məhkəmə-daktiloskopik eskpertizası

Məhkəmə-tibbi ekspertiza (meyitin müayinəsi)

Məhkəmə-tibbi ekspertiza (ekshumasiya ilə meyitin müayinəsi)

Məhkəmə-tibbi ekspertiza (sənədlər əsasında meyitin müayinəsi)

Canlı şəxsin məhkəmə-tibbi ekspertizası

Canlı şəxsin məhkəmə-tibbi ekspertizası (tibbi sənədlər əsasında)

Məhkəmə tibbi-psixoloji ekspertiza

Məhkəmə-psixiatrik ekspertiza

Məhkəmə-tibbi bioloji ekspertiza (müayinə)

Məhkəmə-tibbi sitoloji ekspertiza

Məhkəmə molekulyar-genetik ekspertiza

Məhkəmə-tibbi kimyəvi ekspertiza (müayinə)

Məhkəmə-tibbi histoloji ekspertiza (müayinə)

Məhkəmə tibbi-kriminalistik ekspertiza (müayinə)

Məhkəmə tibbi-rentgeneoloji ekspertiza

Məhkəmə tibbi-arxeoloji ekspertiza

1. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:

1.1. ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;

1.2. əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;

1.3. təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;

1.4. kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi;

1.5. komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.

2. Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat.

3. Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat.

4. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat.

5. Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver