20.0. İntizam məsuliyyəti məsələsinə baxılan hakim:
20.0.1. intizam icraatının materialları ilə tanış olmaq;
20.0.2. özünün seçdiyi hakim və ya Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü tərəfindən müdafiə olunmaq;
20.0.3. Məhkəmə-Hüquq Şurasının intizam icraatı üzrə iclasının tarixi, vaxtı və yeri barədə xəbərdar edilmək;
20.0.4. bu qanunun 28-ci maddəsində göstərilən əsaslarla Məhkəmə-Hüquq Şurasının üzvünə etiraz etmək;
20.0.5. intizam icraatı üzrə iclaslarda iştirak etmək, izahat, vəsatət və sənədlər təqdim etmək;
20.0.6. intizam icraatı üzrə qərarın surətini almaq;
20.0.7. intizam məsuliyyətinə cəlb edilməsi barədə qərardan müəyyən edilmiş qaydada şikayət vermək hüququna malikdir.