28.1. Məhkəmə-Hüquq Şurasının hər bir üzvü şuranın iclasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda bu haqda şuranı məlumatlandırmalı və iclasda iştirak etməmək üçün şuradan icazə istəməlidir.
28.2. Bu qanunun 28.1-ci maddəsində göstərilən əsaslar olduqda barəsində məsələyə baxılan şəxs Məhkəmə-Hüquq Şurasının üzvünə etiraz edə bilər. Etiraz şuraya yazılı və ya şifahi formada verilə bilər. Etiraz əsaslandırılmalıdır.
28.3. Etiraz Məhkəmə-Hüquq Şurasının iclasında etiraz məsələsinə baxılan şəxsin iştirakı olmadan müzakirə edilir. Bu məsələ üzrə qərar iclasda iştirak edən şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.