Qanunvericilik › Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4-2

Maddə 4-2. Sığortaçının hüquq və vəzifələri

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4-2.1. Sığortaçının aşağıdakı hüquqları vardır:

4-2.1.1. sığortalıdan sığorta haqqını və rüblük hesabatları almaq;

4-2.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta ödənişi almaq hüququ olan şəxsdən sığorta ödənişinin ödənilməsi, habelə uçot məlumatlarında dəyişikliklərin edilməsi üçün tələb olunan sənədləri və məlumatları tələb etmək;

4-2.1.3. sığorta hadisəsinin müəyyən edilməsi ilə bağlı, sığortalıdan və aidiyyəti dövlət orqanlarından (qurumlarından) məlumat və ya sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayış almaq (o cümlədən elektron qaydada);

4-2.1.4. sığortalı tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinin təhlilini aparmaq və nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;

4-2.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

4-2.2. Sığortaçının aşağıdakı vəzifələri vardır:

4-2.2.1. sığorta ödənişi almaq hüququ olan şəxsə və sığortalıya dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;

4-2.2.2. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək;

4-2.2.3. hər bir sığortalıya və bu Qanunun 9.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığortaya nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sığorta ödənişlərinin icrasına dair məlumat təqdim etmək;

4-2.2.4. sığortalının təqdim etdiyi məlumatlar əsasında sığortalıların və sığortaolunanların uçotunu aparmaq;

4-2.2.5. sığortaolunanın yazılı müraciətinə əsasən hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə uçot məlumatlarını təqdim etmək;

4-2.2.6. bu Qanunun 8-1-ci maddəsinə uyğun olaraq sığorta vəsaitlərini idarə etmək;

4-2.2.7. sığortalı tərəfindən sığorta haqlarının sığortaçıya ödənilməsinə nəzarət etmək;

4-2.2.8. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver