Qanunvericilik › Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 90

Maddə 90. Məhkəmələrin maddi-texniki bazası və fəaliyyətinin maliyyələşdirilməsi

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Məhkəmələr tərəfindən ədalət mühakiməsinin prosessual qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilməsinə lazımi şərait yaradılmasından ötrü hər bir məhkəmə:

xüsusi təchiz edilmiş binalarla, məhkəmə hakimiyyətinin rəmzləri (Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və ədalət mühakiməsinin rəsmi emblemi) və hakimlərin xüsusi geyimləri ilə, zəruri nəqliyyat vasitələri və təşkilati-texniki qurğularla;

blanklar, ştamplar, məhkəmənin adı və dövlət gerbi həkk olunmuş möhürlə təmin edilir.

Məhkəmələrin fəaliyyəti, maddi-texniki təchizatı dövlət büdcəsi hesabına həyata keçirilir.

Azərbaycan Respublikası dövlət büdcəsinin ayrıca maddəsində məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün vəsait ayrılması nəzərdə tutulur.

Müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının dövlət büdcəsi ilə müəyyən edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görürlər.

Birinci instansiya və apellyasiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflər müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl Məhkəmə-Hüquq Şurasının rəyi alınır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver