AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
«Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament»in təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
«Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə,
1. «Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament» təsdiq edilsin (əlavə olunur).
2. Qərar qəbul edildiyi gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.
3. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının «30» noyabr 2012-ci il tarixli Q59-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı:
Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu:
Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.20-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Daxili İşlər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
məhkumluq barədə arayışın verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://mia.gov.az/?/az/content/29780/
2.5. Elektron xidmət barədə məlumatlandırma:
http://mia.gov.az/?/az/content/29780/,
e-poçt: info@mia.gov.az, telefon: +994 12 590-92-19.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
- 2.6.1.1. Ərizə (əlavə № 1, 2,)
- 2.6.1.2. Nümayəndəliyi və qanuni nümayəndəliyi təsdiq edən sənədin skan edilmiş surəti.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. sorğunun formalaşdırılması:
ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində göstərilənlərlə birlikdə həmin elektron ünvana təqdim edilir.
3.2.2. sorğunun qəbulu:
sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron ünvanına dərhal bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
istifadəçi tərəfindən təqdim edilmiş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərin ərizəyə əlavə olunmaması) aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbi barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin məhkumluğun olması (olmaması) barədə arayışların verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur
3.3.2. Sorğunun qəbulu:
istifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə elektron formada (internet vasitəsi ilə) ünvanlanır.
Sorğunun icrası üçün Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
Sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 1 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya 1 gün müddətində (sorğu qeydiyyata alındığı tarixdən) baxılır.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: məhkumluq barədə arayışın təqdim edilməsi üçün istifadəçinin elektron poçt ünvanına arayışın təqdim edilmə yeri, tarixi və vaxtı barədə məlumat göndərilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi həyata keçirir.
3.5.1. Nəzarət forması:
daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçi ona elektron xidməti göstərmiş daxili işlər orqanının tabe olduğu yuxarı orqana və ya qanunvericiliklə nəzərdə tutulan qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
şikayət ərizəsi "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır;
3.6.3. Şikayətin baxılma müddəti:
şikayətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi ilə müəyyən olunmuş qaydada ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
«Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və
Statistik İnformasiya İdarəsinin rəisinə
Soyadı ___________________________
Adı ______________________________
Atasının adı _______________________
Doğulduğu gün, ay və il ____________
Doğulduğu yer ____________________
Yaşadığı ünvan __________________________________________
şəxsiyyət vəsiqəsinin seriyası _________№-si_________________
verilmə tarixi_________________
telefon və ya faks nömrələri _________________
elektron poçt ünvan________________________
Azərbaycan Respublikası ərazisində məhkumluğumun olması (olmaması) barədə arayışın verilməsini xahiş edirəm.
«Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu» üzrə inzibati reqlament»ə
Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və
Şəxsin nümayəndəsi (Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş etibarnamə ilə müvəkkil edilən şəxs, qanuni nümayəndəsi (qəyyum, himayəçi) (lazım olanın altından xətt çəkməli)
Soyadı ____________________________________________________
Adı ______________________________________________________
Atasının adı ______________________________________________
Doğulduğu gün, ay və il ___________________________________
Doğulduğu yer ___________________________________________
Yaşadığı ünvan __________________________________________
telefon və ya faks nömrələri _______________________________
elektron poçt ünvan______________________________________
Aşağıda göstərilən şəxsin Azərbaycan Respublikası ərazisində məhkumluğun olması (olmaması) barədə arayışın verilməsini xahiş edirəm.
Şəxsin Soyadı ____________________________________________
Adı ____________________________________________________
Atasının adı _____________________________________________
Doğulduğu gün, ay və il __________________________________
Doğulduğu yer __________________________________________
Yaşadığı ünvan __________________________________________
1. 04 noyabr 2015-ci il tarixli Q43-001-15 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511040043, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 noyabr 2015-ci il)
2. 08 yanvar 2016-cı il tarixli Q3-001-16 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601080003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2016-cı il)
3. 12 sentyabr 2017-ci il tarixli Q37-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709120037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 sentyabr 2017-ci il)
4. 10 noyabr 2017-ci il tarixli Q44-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711100044, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2017-ci il)