Qanunvericilik › “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 23.07.2024) › Tam mətn

“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 23.07.2024)

“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 23.07.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1098-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2010-cu il 1 oktyabr tarixli 331 nömrəli və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 537 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 aprel tarixli 33 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 iyul 2024-cü il

1.1. Bu Qayda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.4-cü maddəsinə əsasən hazırlanmışdır və məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət vəsaiti hesabına hüquqi yardım (bundan sonra - hüquqi yardım) - məişət zorakılığından zərər çəkmiş şəxsə (bundan sonra - zərər çəkmiş şəxs) onun tərəfindən əvəzi ödənilmədən göstərilən hüquqi yardım;

1.2.2. hüquqi yardım göstərən subyektlər - dövlət yardım mərkəzləri və müvafiq ərazi üzrə yerləşən vəkil qurumlarında və ya fərdi qaydada fəaliyyət göstərən vəkil.

1.3. Bu Qaydada istifadə olunmuş digər anlayışlar “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.4. Hüquqi yardım aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

1.4.1. insanın şərəf və ləyaqətinə hörmət;

1.4.2. ayrı-seçkiliyə yol verilməməsi;

1.4.3. operativlik, keyfiyyətlilik, effektivlik;

1.4.5. konfidensiallıq;

1.4.6. dövlət orqanlarının, qeyri-dövlət qurumlarının və hüquqi yardım göstərən qurumların qarşılıqlı əməkdaşlığı;

1.4.7. hüquqlardan sui-istifadənin yolverilməzliyi.

1.5. Hüquqi yardım həyata keçirilərkən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və digər normativ hüquqi aktlar nəzərə alınmalıdır.

2.1. Hüquqi yardımın növləri aşağıdakılardır:

2.1.1. sənədlərin əldə edilməsinə kömək göstərilməsi;

2.1.2. zərər çəkmiş şəxsə hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün şifahi və ya yazılı hüquqi məsləhətlərin verilməsi;

2.1.3. zərər çəkmiş şəxslərin cinayət prosesini həyata keçirən orqanlarda və ya məhkəmələrdə təmsil edilməsi;

2.1.4. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi.

2.2. Hüquqi yardım formaları aşağıdakılardır:

2.2.1. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət yardım mərkəzləri tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına və zəmanət verilmiş həcmdə göstərilən sosial hüquqi xidmət;

2.2.2. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına vəkil tərəfindən göstərilən hüquqi yardım.

2.3. Bu Qaydanın 2.1.3-cü yarımbəndində nəzərdə tutulan hüquqi yardım yalnız bu Qaydanın 2.2.2-ci yarımbəndində qeyd edilən formada, mülki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda (məhkəmənin baxdığı inzibati xəta) müvafiq olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

2.4. Sosial hüquqi xidmətlər göstərilərkən bu Qaydanın 2.2.2-ci yarımbəndində nəzərdə tutulmuş formada hüquqi yardımın həyata keçirilməsinə ehtiyacın olması müəyyən edildikdə, zərər çəkmiş şəxslərə aidiyyəti üzrə cinayət prosesini həyata keçirən orqana və ya məhkəməyə müraciət edilməsi üçün kömək göstərilir.

3.1. Hüquqi yardım göstərilməsi üçün müraciət aşağıdakı qaydada edilir:

3.1.1. bu Qaydanın 2.1.3-cü yarımbəndində nəzərdə tutulan hüquqi yardım növü istisna olmaqla, digər yardım növləri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nə əsasən sosial hüquqi xidmət göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumuna, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin müvafiq “DOST” mərkəzinə və ya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına;

3.1.2. cinayət işləri üzrə icraat zamanı cinayət prosesini həyata keçirən orqana;

3.1.3. mülki, inzibati mübahisələrə dair və ya inzibati xətalara dair işlər üzrə vəkilə və ya məhkəməyə.

3.2. Bu Qaydanın 2.1.3-cü yarımbəndində nəzərdə tutulan hüquqi yardım növü istisna olmaqla, vəkillər tərəfindən bu Qaydada nəzərdə tutulmuş hüquqi yardımın digər növlərinin göstərilməsi, Аzərbaycan Respublikası Vəkillər Kollegiyasının qərarı əsasında həyata keçirilir.

4.1. Hüquqi yardım bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan hüquqi yardım növlərindən və 2.2-ci bəndində qeyd olunan hüquqi yardımın formalarından istifadə edilməklə göstərilir.

4.2. Hüquqi yardım göstərən subyekt zərər çəkmiş şəxsi və ya onun qanuni nümayəndəsini tərəflərin hüquq və vəzifələri, habelə hüquqi yardım göstərilməsinin məqsədləri, növləri, formaları və şərtləri haqqında, o cümlədən təklif olunan hüquqi yardımdan imtina etmək hüququna malik olduğu barədə məlumatlandırmalıdır. Hüquqi yardım alan şəxsin özünün, onun qanuni nümayəndəsinin və ya nümayəndəsinin hüquqi yardım göstərən subyektlə təklif edilən hüquqi yardımın tətbiqinin nəticələrini müzakirə etmək hüququ vardır.

4.3. Hüquqi yardım göstərilməsi üçün aşağıdakı sənədlərdən ən azı biri əsasdır:

4.3.1. məişət zorakılığına məruz qalmış şəxsə verilən qısamüddətli və yaxud uzunmüddətli mühafizə orderi;

4.3.2. cinayət prosesini həyata keçirən orqanın şəxsin məişət zorakılığı ilə bağlı cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınması barədə qərarı;

4.3.3. məişət zorakılığı ilə bağlı şikayət üzrə zərər çəkmiş şəxslə bağlı yerli icra hakimiyyəti orqanının qərarı;

4.3.4. məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin arayışı;

4.3.5. məişət zorakılığı ilə bağlı məlumat bankının məlumatı.

4.4. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 6-cı maddələrinə uyğun olaraq məişət zorakılığı barədə şikayətlərin tərtib edilməsi və bununla bağlı hüquqi məsləhətlərin verilməsi, bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş sənədlər təqdim edilmədən, zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin müraciəti əsasında hüquqi yardım göstərən subyektlər tərəfindən həyata keçirilir.

4.5. Hüquqi yardımın göstərilməsindən aşağıdakı hallarda imtina edilir:

4.5.1. bu Qaydanın 4.3-cü bəndində göstərilən sənədlərdən heç biri olmadıqda (bu Qaydanın 4.4-cü bəndində göstərilən hal istisna olmaqla);

4.5.2. təqdim edilmiş məlumatlar və sənədlər düzgün olmadıqda.

Hüquqi yardım göstərilməsi ilə bağlı ictimaiyyətin məlumatlandırılması bu Qaydanın 1.2.2-ci yarımbəndində qeyd edilən subyektlər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

6.1. Zərər çəkmiş şəxslərin hüquqi yardımla təmin edilməsinin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

6.2. Bu Qaydada nəzərdə tutulmuş hüquqi уаrdım göstərilməsinə görə haqq, vəkilin təqdim etdiyi hesabata əsasən dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ауrıca sətirdə nəzərdə tutulmuş vəsait hesabına müvafiq vəkilə ödənilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən aidiyyəti vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver