6.1. Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün aşağıdakılar səbəb ola bilər:
6.1.1. zərər çəkmiş şəxsin özünün və ya onun ailə üzvlərinin şikayəti;
6.1.2. fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya tibb müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, media subyektlərindən daxil olmuş müraciətlər.
6.2. Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və tibb müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.
6.3. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.