Meliorasiya və irriqasiya tədbirləri texniki-iqtisadi cəhətdən əsaslandırılmaqla, müvafiq tikinti, ekoloji, sanitariya və digər standartlara, normalara və qaydalara uyğun işlənib hazırlanmış layihələr əsasında ixtisaslaşdırılmış dövlət tikinti təşkilatları, habelə fiziki və hüquqi şəxslər tərəfindən aparılır.
Fəaliyyəti su obyektlərindən istifadə ilə bağlı olan meliorasiya və irriqasiya sistemlərinin layihələndirilməsi və tikintisi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq verilmiş sudan istifadəyə dair müqavilə əsasında həyata keçirilir.
Torpaqların aqro-meşəmeliorasiyası bu Qanuna və Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun həyata keçirilir.