Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30-10

Maddə 30-10. Təftiş komissiyası

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Təftiş komissiyası üç nəfərdən ibarət olmaqla ümumi yığıncaq tərəfindən Birlik üzvlərindən seçilir. Təftiş komissiyası Birliyin hesablarını, balansını, habelə ümumi yığıncağın qərarlarının icrasını yoxlayır. Yoxlamaların nəticələri barədə məlumat, o cümlədən pozuntular aşkar edilmişdirsə, onların aradan qaldırılmasına dair tövsiyələr və tələblər ümumi yığıncağa və idarə heyətinə təqdim olunur.

Birliyin maliyyə-təsərrüfat fəaliyyəti haqqında illik hesabat təftiş komissiyası tərəfindən yoxlanıldıqdan sonra ümumi yığıncağa təqdim edilir.

Təftiş komissiyasının iş qaydası nizamnamə və ya ümumi yığıncağın təsdiq etdiyi əsasnamə ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver