Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Meliorasiyanın tipləri və növləri

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meliorasiya tədbirlərinin xarakterindən asılı olaraq meliorasiyanın — hidromeliorasiya, aqromeşəmeliorasiya, mədəni-texniki meliorasiya, kimyəvi meliorasiya və digər tipləri vardır.

Meliorasiyanın hər bir tipi aşağıdakı növlərə bölünür:

hidromeliorasiya üzrə — suvarma, qurutma, şoran torpaqların yuyulması, erroziyaya, sürüşməyə, daşqına, sellərə qarşı mübarizə və s.;

aqro-meşəmeliorasiya üzrə — meşə əkinlərinin salınması yolu ilə həyata keçirilən torpaqqoruyucu tarlaqoruyucu, susaxlayıcı meliorasiya növləri və s.;

mədəni-texniki meliorasiya üzrə — torpaqların kol-kosdan, daş-kəsəkdən, ağac kötüklərindən və başqa əşyalardan təmizlənməsi, torpaqların rekultivasiyası və s.;

kimyəvi meliorasiya üzrə — torpaqların gipsləşdirilməsi və s.

II fəsil

Melİorasİya və İrrİqasİya sİstemlərİnə mülkİyyət hüququ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver