Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinə bir və ya bir neçə rayonun ərazisində yerləşən, dövlət vəsaiti hesabına tikilmiş (tikilməkdə olan), rayonlararası və (və ya) təsərrüfatlararası su bölgüsünü, artıq və tullantı suların kənar edilməsini və digər meliorasiya və irriqasiya tədbirlərinin aparılmasını təmin edən, habelə Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının bu Qanunla müəyyən edilən səlahiyyətlərinin həyata keçirilməsi üçün istifadə olunan meliorasiya və irriqasiya sistemləri aiddir.

Dövlət əhəmiyyətli meliorasiya və irriqasiya sistemləri, onların layihələndirilməsini, tikintisini, istismarını və torpaqların meliorativ vəziyyətinə nəzarəti həyata keçirən təşkilatların obyektləri və digər əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilə bilməz.

Sudan İstifadəedənlər Birliyinin xidmət göstərdiyi ərazidə yerləşən dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qərarı ilə Birliyin uzunmüddətli istifadəsinə (20 ildən az olmayan müddətə) verilir. Sistemlərin istifadəyə verilməsi şərtləri və bu şərtlər pozulduğu halda onların geri alınması qaydası həmin qərarla müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver