Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 9

Maddə 9. Meliorasiya və irriqasiya sahəsində Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının səlahiyyətləri

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Meliorasiya və irriqasiya sahəsində Azərbaycan Respublikası icra hakimiyyəti orqanlarının səlahiyyətləri aşağıdakılardır:

meliorasiya və irriqasiya sahəsində dövlət siyasətini müəyyən etmək;

meliorasiya və irriqasiya sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət etmək;

bu Qanunun 6-cı maddəsinə uyğun olaraq Birliklərin istifadəsinə verilən sistemlər istisna olmaqla, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək;

müəyyən edilmiş qaydada meliorasiya və irriqasiya üzrə müvafiq orqanları yaratmaq;

meliorasiya və irriqasiya sahəsində respublika proqramlarını təsdiq etmək və həyata keçirmək, onların yerinə yetirilməsinə nəzarəti təşkil etmək;

dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemləri vasitəsilə həyata keçirilən meliorasiya tədbirlərinin maliyyələşdirilməsini və meliorasiya və irriqasiya sahəsinə investisiyaların cəlb olunmasını təmin etmək;

meliorasiya və irriqasiya sahəsində vahid elmi-texniki siyasəti həyata keçirmək;

meliorasiya və irriqasiya sahəsində standartları, normaları və qaydaları təsdiq etmək;

meliorasiya və irriqasiya sistemləri layihələrinin dövlət ekspertizasını təşkil etmək;

regionlar və rayonlar (şəhərlər) üzrə meliorasiya və irriqasiya sistemlərindən sugötürmə limitlərini müəyyən etmək;

təbii fəlakət nəticəsində zədələnmiş və ya dağıdılmış meliorasiya və irriqasiya sistemlərinin bərpasını təşkil etmək;

dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərindən istifadəyə dair rayonlar (şəhərlər) arasındakı mübahisələri həll etmək;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver