Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir:
internet informasiya ehtiyatları vasitəsilə;
rəsmi nəşrlərlə;
kütləvi informasiyanın yayılması ilə;
kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə;
fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;
qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla.
Açıq məlumatın alınması qaydası və şərtləri bu Qanunla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər.