15.1. Məlumat toplularının hüquq sahibləri və istehsalçıları öz hüquqlarının müdafiəsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edə bilərlər.
15.2. Məlumat toplularına hüquqların pozulması ilə bağlı, məhkəməyə müraciət edilərkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq edilə bilər:
15.2.1.zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən məlumat toplusuna hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
15.2.2.zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilməsi.
15.3. Hüquq pozuntusu faktı sübut edildiyi halda zərər dəyib-dəyməməsindən asılı olmayaraq hüquq sahibi və ya istehsalçı hüquq pozuntusuna yol verən şəxsdən məlumat toplusundan qeyri-qanuni istifadənin hər bir halına və bütövlükdə pozuntuya görə kompensasiya ödəməsini tələb edə bilər.