Qanunvericilik › Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Memarlıq obyektinin yaradılmasının əsasları və qaydaları

Memarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Memarlıq obyektinin yaradılması üçün sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinə və obyektin tikintisinə dair icazə və memarlıq-planlaşdırma tapşırıqları haqqında rəsmi sənəd almalı və memarlıq obyekti yaradan şəxsə layihələşdirmə tapşırığı verməlidir.

Memarlıq layihəsi yaratmaq üçün bağlanmış müqavilədə başqa şərtlər nəzərdə tutulmayıbsa, həmin layihə bir dəfədən artıq istifadə edilə bilməz.

Müstəsna hallarda memarlıq layihəsi müəllifinin icazəsi ilə memarlıq layihəsindən və onun əsasında tikinti üçün tərtib edilmiş sənədlərdən müəllifə və ya onun varisinə müəllif haqqı ödənilməklə istifadə edilə bilər.

Memarlıq obyekti mövcud tikinti norma və qaydalarına, ərazi-planlaşdırma layihələrinin əsas müddəalarına, insanların ekoloji, sosial cəhətdən təhlükəsiz və rahat həyat fəaliyyətinin təmin edilməsi tələblərinə cavab verməlidir.

Memarlıq obyektinin yaradılması və istifadə edilməsindən irəli gələn, tərəflərin maraqlarını, tələb, təklif və tövsiyyələrini əks etdirən layihə tapşırığı sifarişçi və memarlıq obyektini yaradan hüquqi və fiziki şəxs tərəfindən birgə imzalanır.

Memarlıq obyektinin layihəsi və layihənin texniki və ekoloji ekspertiza qaydaları memarlıq-planlaşdırma tapşırıqları verən orqanla razılaşdırılmaqla mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver