Memarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır:
müvafiq orqanlara sorğu vermək və memarılıq əsərinin layihəqabağı tədqiqatları, layihələşdirmə, tikinti üçün zəruri memarlıq-planlaşdırma tapşırıqlarını, digər məlumatları və ilkin sənədləri almaq;
ekspertiza və baxılma zamanı obyektin sifarişçi ilə razılaşdırılmış memarlıq layihəsini müvafiq orqanlarda müdafiə etmək;
sifarişçinin tapşırığı ilə tikinti üçün sənədləşmələrin bütün bölmələrinin işlənməsinə rəhbərliyi həyata keçirmək, qəbul edilmiş layihənin memarlıq həllinin bütün dəyişikliklərini müvafiq icra hakimiyyəti və müvafiq dövlət ekspertiza orqanları ilə razılaşdırmaq, sənədlərin tərtibatına müqavilə əsasında köməkçilər, məsləhətçilər və texniki işçilər cəlb etmək;
memarlıq obyektinin inşası üçün podrat müqaviləsi bağlanarkən sifarişçinin tapşırığı ilə onun mənafeyini təmsil və müdafiə etmək, tikinti müqaviləsi ilə bağlı müsabiqənin təşkilinə kömək etmək;
memarlıq obyektinin inşasına müəllif nəzarətini həyata keçirmək;
tikinti materiallarının və tikinti-quraşdırma işlərinin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirərərk sifarişçinin tapşırığı ilə həmin obyektin tikintisində onun cavabdeh nümayəndəsi olmaq;
memarlıq obyektinin istismara qəbul olunmasında iştirak etmək və sifarişçinin tapşırığı ilə onun cavabdeh nümayəndəsi olmaq;
memarlıq layihələrinin ekspertizasını keçirmək, sərmayə qoyuluşu məsələləri, memarlıq obyektlərinin inşası və istismarı üzrə məsləhətlər vermək və sifarişçinin digər funksiyalarını həyata keçirmək.