118.1. Pay haqqını tam ödəməmiş və kooperativlər haqqında qanunvericiliyə uyğun olaraq öz vəzifələrini yerinə yetirməməyə görə kooperativdən çıxarılmış mənzil-tikinti kooperativinin üzvü, habelə onunla birlikdə yaşayan ailə üzvləri mənzil-tikinti kooperativinin binasının yaşayış sahəsindən istifadə hüququnu itirirlər və həmin şəxslər kooperativin onların kooperativdən çıxarılması haqqında qərar qəbul etdiyi gündən iki ay müddətində həmin yaşayış sahəsini boşaltmağa borcludurlar, bu şərtlə ki, kooperativdən çıxarılmış üzvün payının tam məbləği (dəyəri) qaytarılmış olsun.
118.2. Yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, bu Məcəllənin 118.1-ci maddəsində göstərilən şəxslər başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdır. Altıncı bölmə MƏNZİL MÜLKİYYƏTÇİLƏRİNİN MÜŞTƏRƏK CƏMİYYƏTİ XIII fəsil Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması və fəaliyyəti