QanunvericilikAzərbaycan Respublikasının Mənzil Məcəlləsi › Maddə 145

Maddə 145. Bələdiyyələr tərəfindən çoxmənzilli binaların idarə edilməsi üçün şərait yaradılması

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

145.1. Çoxmənzilli binaların idarə edilməsi üçün şərait yaradılması məqsədi ilə bələdiyyələr aşağıdakıları həyata keçirirlər:

145.1.1. idarəedici təşkilatların fəaliyyəti üçün bərabər şəraiti təmin edir;

145.1.2. çoxmənzilli binanın idarə edilməsini həyata keçirən şəxslərin ixtisasının artırılmasına, belə fəaliyyəti həyata keçirmək niyyəti olan şəxslərin təlimini təşkil etməyə köməklik göstərir.

145.2. Bələdiyyələr idarəedici təşkilatlara, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinə, mənzil-tikinti kooperativlərinə və ya digər ixtisaslaşmış istehlak kooperativlərinə çoxmənzilli binaların əsaslı təmiri üçün öz vəsaitləri hesabına yardım edə bilərlər.

145.3. Bələdiyyələr və idarəedici təşkilatlar vətəndaşların sorğusu əsasında onlara çoxmənzilli binaların və onların yaşayış sahələrinin saxlanması və təmiri üzrə xidmət və işlərin müəyyən edilmiş qiymət və tarifləri, bu qiymət və tariflərə müvafiq haqqın miqdarı, göstərilən xidmət və yerinə yetirilən işlərin siyahısı və keyfiyyəti, habelə göstərilən kommunal xidmətlərin qiymət və tarifləri və bu xidmətlərin haqqının miqdarı barədə məlumat verməyə borcludur. Səkkizinci bölmə YEKUN MÜDDƏALAR

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver