QanunvericilikAzərbaycan Respublikasının Mənzil Məcəlləsi › Maddə 72

Maddə 72. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsinə yol verilmədiyi

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

hallar

72.0. Aşağıdakı hallarda sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin kirayəçiləri arasında həmin yaşayış sahələrinin dəyişdirilməsinə yol verilmir:

72.0.1. dəyişdirilən yaşayış sahəsinin kirayəçisinə qarşı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə dair iddia irəli sürüldükdə;

72.0.2. dəyişdirilən yaşayış sahəsindən istifadə hüququ məhkəmə qaydasında mübahisələndirildikdə;

72.0.3. dəyişdirilən yaşayış sahəsi müvafiq qaydada yaşamaq üçün yararsız hesab edildikdə;

72.0.4. müvafiq evin sökülməsi və ya başqa məqsədlərlə istifadə edilməsi barədə qərar qəbul edildikdə;

72.0.5. müvafiq evin yaşayış sahələri yenidən qurulmaqla və (və ya) yenidən planlaşdırılmaqla evin (binanın) əsaslı təmiri barədə qərar qəbul edildikdə;

72.0.6. dəyişdirilmə nəticəsində kommunal mənzilə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaş köçəcəksə;

72.0.7. dəyişdirilmə nəticəsində müvafiq yaşayış sahəsinin sakinlərinin hər birinə düşən ümumi sahəsi uçot normasından, kommunal mənzildə isə ayrılma normasından az olduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver