Bu qaydalar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə “Şəhərsalmanın əsasları haqqında”, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi haqqında Əsasnaməyə, “Yaşayış fondunun dövlət uçotunun aparılması qaydalarına” və digər normativ-hüquqi aktlara əsasən hazırlanmışdır.
Respublika ərazisində yeni tikilən (əsaslı təmir olunan) yaşayış binalarının yerləşdirilməsi, təsdiq olunmuş şəhərsalma sənədləri əsasında layihələndirilməsi və inşa edilməsi, həmçinin hüquqi və fiziki şəxslər tərəfindən aparılan yenidənqurma, genişləndirmə və digər tikinti-quraşdırma işlərinə, şəhərsalma reqlamentlərinə, mənzillərin saz halda saxlanması qayda və normalarına riayət olunmasına dövlət nəzarətini həyata keçirərkən aşkar edilmiş pozuntulara görə cərimələrin tətbiqi qaydalarını müəyyən edir.
Cərimələrin mənzil təsərrüfatı və tikinti qaydalarının pozulması nəticəsində inzibati xətalara görə hüquqi və fiziki şəxslərə tətbiq edilir.
Cərimələr tətbiqi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin BDTİMHQ və ŞKİ-sı və Dövlət arxitektura tikinti nəzarəti şöbəsi tərəfindən həyata keçirilir.
Dövlət mənzil nəzarətçiləri öz səlahiyyətləri çərçivəsində dövlət mənzil nəzarətinin nəticələrinə görə akt tərtib edilərək fiziki və hüquqi şəxslərə təqdim edirlər.
Aşkar olunan pozuntuların aradan qaldırılması təyin olunmuş müddətdə fiziki və ya hüquqi şəxslərin öz vəsaitləri hesabına zəruri tədbirlərin yerinə yetirilməsi mümkün olan hallarda (Əlavə 1) aşağıdakı kimi həyata keçirilir:
Mövcud tikililərin ilkin layihə vəziyyətinin pozulması ilə əlaqədar aparılmış dəyişikliklərin fiziki və ya hüquqi şəxslərin öz vəsaiti hesabına gücləndirilməsi, sökülməsi və digər zəruri tədbirlərin görülməsi.
Aşkar olunmuş pozuntulara görə dövlət-mənzil nəzarətçiləri qərarlara əsasən aşağıdakı hallarda fiziki, vəzifəli və hüquqi şəxslərə tətbiq edirlər. (Əlavə 2)
Şəhərsalma reqlamentlərinin pozulmasına;
Şəhərsalma normalarını və qaydalarını, normativ hüquqi aktların və normativ texniki sənədlərin tələblərini pozmağa;
Baş plan, müəyyənləşdirilmiş qırmızı xətlər və tikinti tənzimləmə xətləri pozulmaqla, tikinti üçün torpaq sahələrini ayırmağa;
Torpaq sahələrindən və digər daşınmaz əmlak obyektlərindən icazəsiz istifadə etməyə;
Tikintisi baş çatmış bina və qurğuların istifadəyə verilməsi və istismar olunması qaydalarını pozmağa;
Dövlət ekspertizası aparılmadan şəhərsalma sənədlərini təsdiq etməyə;
Şəhərsalma sənədlərinin həyata keçirilməsinə nəzarət edən orqanların fəaliyyətinə maneçilik törətməyə və həmin orqanların göstərişlərinə əməl etməməyə görə.
Cərimələr tətbiq olunmuş fiziki və ya hüquqi şəxslər barədə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti orqanlara məlumat verilir.
Cərimələr Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilir.
“Qərarlar” 3 nüsxədə tərtib edilir və 1 nüsxəsi cərimə olunan fiziki və ya hüquqi şəxsə təqdim olunur.
Fiziki və ya hüquqi şəxslər barədə qərar təqdim olduğu gündən 10 gün müddətindən gec olmayaraq cəriməni banka və ya səlahiyyətli kredit təşkilatına ödəməli və ya köçürməlidirlər.
Müəyyən olunmuş müddətdə cərimə ödənilməsə, göstərilən məbləğin ödənilməsi məhkəmə vasitəsilə həyata keçirilir.
Cərimə olunan cərimənin icrası haqqında qərar vermiş idarəyə cərimənin ödənilməsi barədə məlumat verməlidir.
Aşkar olunmuş pozuntular binanın dayanıqlığına xələl gətirilmədən on il və artıq müddətdə fasiləsiz istifadə edilmişdirsə, ona sahiblik edən fiziki və ya hüquqi şəxs bu tikililərin sənədləşdirilməsini tələb edə bilər.
İnzibati xəta törətmiş şəxs ona təyin olunmuş cəriməni, bu barədə qərarın qanuni qüvvəyə minməsindən və ya təxirə salınmasından, yaxud onun icrasına möhlət verilməsi müddəti keçdikdən sonra 30 gündən gec olmayaraq banka və ya səlahiyyətli kredit təşkilatına ödəməli və ya köçürməlidir.
Nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödəmədikdə, onun ödənilməsi məqsədilə inzibati cərimə tətbiqetmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən:
Fiziki şəxslər barəsində - onu inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi idarəyə;
Hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirindən tutulması üçün banka və ya digər kredit təşkilatına göndərilir.
Müəyyən olunmuş müddətdə cərimə ödənilməsə, göstərilən məbləğin ödənilməsi məhkəmə vasitəsilə həyata keçirilir.
İnzibati xəta törədilmiş şəxs inzibati xəta haqqında iş üzrə qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində BDTİMHQ və ŞKİ-nin və Dövlət arxitektura-tikinti nəzarəti şöbəsi vəzifəli şəxsinə şikayət verə bilər.
BDTİMHQ və ŞKİ-nin və Dövlət arxitektura-tikinti nəzarəti şöbəsi vəzifəli şəxsi inzibati xəta törətmiş şəxsin müraciətinə daxil olduğu gündən 10 gün müddətində baxmalıdır.
_____________________________________________________________________________
_________________________________________________________________________________
__________________________________________ _________________________ tarixli
(müayinə aktına əsasən tərtib edilmişdir)
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli, fiziki və hüquqi şəxs haqqında məlumat
Soyadı, adı, atasının adı ___________________________
Tutduğu vəzifə ___________________________
Yol verdiyi pozuntular ___________________________
(pozuntuların mahiyyəti)
_________________________________________________________________________________
hüquqi adı ___________________________
ünvanı ___________________________
yol verdiyi pozuntular ___________________________
(pozuntuların mahiyyəti)
qanun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 196-cı
maddəsinə əsasən _________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Pozuntulara yol vermiş şəxsin və ya şəxsin nümayəndəsinin inzibati izahat verməkdən imtina etməsi barədə qeyd _________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
məlumatlar ______________________________________________________________________
pozuntulara yol vermiş şəxsin və ya şəxsin nümayəndəsinin imzası, yaxud protokolu
imzalamaqdan imtina etməsi barədə qeyd ____________________________________________
_________________________________________________________________________________
dövlət mənzil nəzarətçisi ____________ _________________________
imza soyadı, adı, atasının adı
____________________ şəh. _____ _______________200 il
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
iştirak etmişdilər __________________________________________________________________
_________________________________________________________________________________
müəyyən edilmişdir_______________________________________________________________
_________________________________________________________________________________
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə əsasən
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Cərimənin məbləği qərarın təqdim olunduğu gündən 30 gün müddətindən gec olmayaraq banka və ya səlahiyyətli kredit təşkilatına ödənilməli və ya köçürülməlidir.
____ ____________200 il tarixə qədər idarəyə məlumat verilməlidir.
Dövlət mənzil nəzarətçisi ____________ _________________________
imza soyadı, adı, atasının adı
1. 26 fevral 2004-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsinin Əmri (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2004-cü il, № 03)
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI